Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Uşaqlarda özünəqapanma

Uşaqlarda özünəqapanma

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son zamanlarda cəmiyyətdə geniş yayılmış problemlərdən biri də özünəqapanmadır.

İstənilən yaş dövründə olan insanlar üçün xarakterik olsa da, uşaqlarda rast gəlmə tezliyi daha intensivdir. Gündəlik həyatda təsirinə məruz qaldığımız sosioloji və psixoloji amillər özünəqapanmanı daha da sürətləndirir. Hazırki  dövrdə bu problem ən aktual mövzular içərisindədir və getdikcə gəncləşməkdədir. Özünəqapanma probleminin yaranma səbəblərini və ona təsir göstərən amilləri vaxtında müəyyən etməklə aradan qaldırmaq mümkündür.

NƏDİR ÖZÜNƏQAPANMA?

Özünəqapanma insanın ətrafındakılarla emosional kontaktın zəifləməsi şəklində təzahür edən  davranış formasıdır. Bu zaman insan öz problemlerini kimsəylə bölüşmək istəmir, ona üz verən çətinlikləri tək başına həll etməyə cəhd göstərir ki, bu da çox zaman uğursuzluqla nəticələnməklə yanaşı, dost seçimində tərəddüdlər, ən ağır formada isə  ailə üzvləri və cəmiyyətdəki digər insanlarla ünsiyyətin minimuma enməsi şəklində müşahidə olunur. Ümumi davranışların dəyişilməsi, əhval-ruhiyyənin  tam səmimiyyətlə biruzə verilməməsi, qarşı tərərflə emosional kontaktın zəifləməsi özünəqapanma problemini şərtləndirən amillər sırasındadır.
BƏS ÖZÜNƏQAPANMAYA SƏBƏB OLAN ƏSAS AMİLLƏR HANSILARDIR?

Özünəqapanmanın formalaşmasına həm psixoloji, həm də sosioloji amillər təsir göstərir.
1.Özgüvənin aşağı salınması. Uşağın ailə daxilində daim danlanması, əsassız təhqirlərə məruz qalması onda özünə inamsızlığın yaranmasına səbəb olur ki, bu da özünəqapanmaya gətirib çıxarır. Adətən valideynlər evin ilk uşağını yaşından asılı olmayaraq “böyük uşaq” adlandırırlar. Tez-tez “sən böyüksən bu işi belə  görməlisən, “bunu düz etmədin böyüklər belə etməz” kimi sözlərdən istifadə edirlər. Bu yanaşmalar uşaqda elə düşüncə formalaşdırır ki, sanki o heç nəyi bacarmır,qabiliyyəti yoxdur, heç bir işin öhdəsindən gələ bilmir. Məhz bu düşüncə uşaqda utanmağa, ailə üzvlərindən kənarlaşmağa əsas verir. Uşaq onu istəyənin səmimiyyətinə  o vaxt inanır ki, o istəyi dərk edir. O dərk etdiyini o vaxt “ qanuniləşdirir” ki, onu əməllə yoxlayır. Demək uşaqlar davranışlara daha həssasdırlar. Bu səbəbdən onlara sevgimizi yalnız sözlə deyil, əməllərlə göstərməliyik. Ailəsi tərəfindən təmənnasız sevildiyini  bilən uşaq özünüqiymətləndirmədə çətinlik çəkmir, özgüvəni yüksək olur və belə hallarda uşaqda özünəqapanma davranışı azalır.
2. Uşağımın dostları kimlərdir? Ən önəmli məsələlərdən biri də budur ki, uşağın dost çevrəsi sağlam olsun. Düzgün dost seçilməməsi, çətinliklərini bölüşəcəyi birinin olmaması uşağı cəmiyyətdən daha da uzaqlaşdırır. Bu proses böyüklərdə də özünü doğruldur. İnsanın yaşantıları onun düşüncələrini formalaşdırır. Müəyyən müddət sonra insan yaşadıqları ilə yüklənir və problemlərini özünə yaxın biri ilə bölüşmək istəyir. Bu səbəbdən ətrafımızda güvənə biləcəyimiz, bizi başa düşən birinə ehtiyac duyuruq. Uşaqlar da həmçinin. Əgər  uşaq ətrafında etibar edəcəyi birini tapmazsa, onu başa düşən biri olmazsa bu zaman bütün hisslərini gizlətməyə çalışacaq, fikirlərini  bölüşməyəcək, qərar qəbul etmədə çətinliklər meydana  çıxacaq ki, bu da özünəqapanmaya səbəb olur.
3.Virtual aləmə nə dərəcədə bağlıdır? Son zamanlarda uşaqların əksəriyyətində rast gəlinən  internet asılılığı özünəqapanmanın formalaşmasına gətirib çıxaran amillər sırasındadır. Uşaqların günün yarıdan çoxunu kompüterin qarşısında keçirməsi virtual aləmə hədsiz bağlılıq, telefondan aşırı istifadə real ünsiyyəti minimuma endirib, özünəqapanmanı maksimum səviyyəyə çatdırır. Valideynlərin üzərinə düşən vəzifə uşağın internetdən istifadəsi müddətinə nəzarət etməkdir.
ÖZÜNƏQAPANMANIN ARADAN QALDIRILMA YOLLARI

İlk öncə valideyn uşaqla dostluq münasibəti qurmalıdır. Çünki, uşaqda özümüzə qarşı güvən duyğusu yaratmaq onun mənəvi sferasına daxil olmaqda əsas addımlardandır.  Onun uğurlarını qiymətləndirməli, uğursuzluq zamanı isə tənbeh etmək yerinə nöqsanlarının aradan qaldırılmasında birgə səy göstərilməlidir. Ailə daxilində valideynlər uşaqla mövqeyinə görə yox yaşına görə davranmalıdırlar. Valideyn bunu bilməlidir ki, uşaq ailədə ilk övlad olsa da nəticə etibarilə uşaqdır. Ona tez-tez “böyüksən” deyib yaşına uyğun davranmasına sədd çəkmək olmaz. Xüsusilə uşağın dost çevrəsinə diqqət yetirilməlidir. Onu başqaları ilə müqayisə edib, konflikt yaratmaq əvəzinə, uşağın sahib olduğu  bacarıqları həyata keçirməsinə imkan yaradılmalıdır. Uşağın sosiallaşma prosesində ləngiməsinin qarşısını almaq üçün internetə aşırı bağlılığı aradan götürməliyik. Bu zaman  ailədə normal ünsiyyətə qoşulması, fikir yürütməsi üçün şərait yaratmalı, vaxtının çox hissəsini kompüterin qarşısında keçirməsinin qarşısını almalıyıq. Valideyn  uşağın həyat tərzinə, yaşantılarına diqqət yetirməli, istənilən çətinlik anında uşağa dəstək olmalı, problemlərini bölüşməsinə şərait yaratmalıdır.
Səfərova Zümrüd                                                      
psixotest.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see430

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see323

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see320

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see300

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see294

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see278

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see278

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see268

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see248

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see229

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see213

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see211

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see200

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see196

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see189

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see188

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see183

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see175

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri