Icma.az
close
up
RU
Uşaqlarda qaraciyər yağlanması artır Valideynlər diqqətli olun!

Uşaqlarda qaraciyər yağlanması artır Valideynlər diqqətli olun!

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

Qaraciyər yağlanması əvvəllər yalnız böyüklərdə müşahidə edilirdisə, artıq dəyişən həyat tərzi ilə əlaqədar olaraq bu problem uşaqlarda da yayılmağa başlayıb. Zamanında diaqnoz qoyulmadıqda isə xəstəlik ciddi fəsadlara – iltihaba, qaraciyər funksiyalarının pozulmasına, sirroza və hətta qaraciyər transplantasiyasına qədər gedib çıxa bilər.

Pravda.az uşaqlarda qaraciyər yağlanması probleminin əsas səbəblərini tədim edir:

Artıq çəki

Fiziki hərəkətsizlik

Tip 2 şəkərli diabet

Bəzi dərmanlar (epilepsiya və steroid tərkibli dərmanlar)

Həkimlərin sözlərinə görə, qaraciyər yağlanmasının spesifik simptomları yoxdur. Bu səbəbdən bir çox uşaq həkimə ancaq sirroz mərhələsində müraciət edir. Bəzən isə qaraciyər fermentlərinin artması və ya qaraciyərdə böyümə təsadüfən aşkarlanır. Eyni zamanda, digər səbəblərlə həkimə aparılan uşaqlarda edilən qaraciyər USM-i nəticəsində də yağlanma üzə çıxa bilər.

Mütəxəssislər bildirirlər ki, qaraciyər yağlanmasının dəqiq diaqnozu yalnız qaraciyər biopsiyası ilə qoyula bilər. Amma bu prosedur hər uşağa tətbiq edilə bilməz. Buna görə də, ilk növbədə risk faktorlarını aradan qaldırmaq, eləcə də risk qrupuna daxil olan uşaqlar üçün fiziki müayinə, qaraciyər enzimlərinin yoxlanması və USM ilə müntəzəm skrininqlər aparmaq vacibdir.

Valideynlər üçün tövsiyələr: uşaqlarınızı necə qoruya bilərsiniz?

Qaraciyər yağlanması təkcə "artıq çəkili uşaq xəstəliyi" deyil – normal çəkidə olan uşaqlarda da müşahidə oluna bilər. Lakin artıq çəkili uşaqlarda bu risk daha yüksəkdir. Aşağıdakı tədbirlərlə uşaqlarınızı bu təhlükəli vəziyyətdən qoruya bilərsiniz:

Sağlam qidalanma – Uşaqları ən azı 6 ay yalnız ana südü ilə qidalandırmaq, evdə hazırlanan yeməklərə (tərəvəz, şorba, salat) üstünlük vermək vacibdir. “Fast food” və “abur-cubur”dan uzaq durmaq şərtdir.

Zərərli qidalardan uzaq durun – Hazır şirniyyatlar, paketlənmiş meyvə şirələri və qazlı içkilər kimi qidalar qidalanma çantasına daxil edilməməlidir. Onların əvəzinə evdə hazırlanmış tam buğda çörəyindən sandviçlər, ayran, təzə tərəvəzlər tövsiyə olunur.

Təbii meyvələrə üstünlük verin – Meyvə suyu əvəzinə uşağın özü meyvə yeməsi daha faydalıdır. Əgər meyvə suyu istənilirsə, evdə sıxılmış, şəkərsiz təbii şirə verilməlidir.

Ekran qarşısında vaxt məhdudlaşdırılmalıdır – Kompüter və televizor qarşısında uzun müddət vaxt keçirmək qaraciyər yağlanması riskini artırır.

Fiziki aktivlik – Uşaqları idmanla məşğul olmağa, piyada gəzməyə təşviq edin.

Qidalanma rejimi – Uşaq vaxtında və balanslı şəkildə qidalanmalıdır.

Ailəvi yeməklər – Birgə nahar və şam süfrələri uşağın həm psixoloji, həm də fiziki sağlamlığı üçün vacibdir. Valideynlər iş rejimindən asılı olmayaraq, axşam yeməklərini birlikdə keçirməyə çalışmalıdırlar.

Əminə Bayramova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 May 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Doğum Günləri: Tarixlə başlayan, şəbəkələrlə tamamlanan bir sehr Məryəm Bağırova yazır

27 İyun 2025 14:29see723

Bakıda güclü partlayış baş verib VİDEO

26 İyun 2025 23:26see162

Ukrayna dronları Rusiya S 400 nü belə məhv etdi Video

26 İyun 2025 23:07see154

Təyyarə sürmək istərdim demişdi 83 yaşlı Mürüvvət xanımın arzusu gerçəkləşdi

26 İyun 2025 23:12see130

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see125

Dünyanın ən dərin barı açılacaq 164 milyon dollar xərclənəcək

26 İyun 2025 23:18see120

Kansler Fridrix Merts Almaniyanın Avropa İttifaqına tam dəstəyini ifadə edib

27 İyun 2025 07:26see120

Ukraynada baş nazir postu uğrunda mübarizə gedir..?

27 İyun 2025 18:43see117

Tez bişən yemək RESEPTLƏRİ: 20 dəqiqəyə...

28 İyun 2025 05:06see116

Pezeşkian: İranın cavab tədbirləri regionda tammiqyaslı və nəzarətsiz müharibənin qarşısını aldı

27 İyun 2025 16:56see115

Tramp: Xameneini alçaldıcı ölümdən xilas etdim

27 İyun 2025 21:42see115

İsrail əsgərləri Qəzzada yeni doğulmuş körpələri öldürdü

27 İyun 2025 09:23see115

Yeni viruslar ölümcül ola bilər: İnfeksionistdən XƏBƏRDARLIQ

27 İyun 2025 18:15see114

Dünənki güclü partlayışdan sonra… Yeni video KONKRET

27 İyun 2025 13:59see114

Gözünü aç, amma ağzını yum: Niyə Ermənistana hər şey olar?

27 İyun 2025 15:10see114

Mercedes lər geri çağırılır Qəfil alışa bilərlər

28 İyun 2025 03:04see113

“Yuve” və “Siti”dən növbəti asan qələbələr

27 İyun 2025 09:07see113

Hyundai Rusiyaya çatdırılmanın yolunu tapıb...

27 İyun 2025 23:54see113

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

28 İyun 2025 10:42see112

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır Kosaçev

27 İyun 2025 19:59see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri