Icma.az
close
up
RU
“Yuve” və “Siti”dən növbəti asan qələbələr

“Yuve” və “Siti”dən növbəti asan qələbələr

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu qrupda ilk iki turdan sonra vəziyyət elə əvvəlcədən proqnozlaşdırıldığı kimidi.

"Football-plus.az" xəbər verir ki, “Yuventus”la “Mançester Siti” 2-ci turda da hesabına rahat qələbə yazdı. Kənan Yıldız hələ ki turnirin ən parlaq oyunçularından biridi. Türkiyə yığmasının üzvünün canfəşanlığı 6-cı dəqiqədə avtoqolla nəticələndisə, çox keçmədən Yıldız rəqibin köməyi olmadan fərqləndi.
“Vidad” gözlənilmədən qollardan birinin əvəzini çıxaraq bir müddət intriqanı bərpa etməyi bacardı. Amma 2-ci hissədə Kənan yenə səhnəyə çıxaraq “Yuve”ni rahatlatdı. 20 yaşlı futbolçu Turin nəhəngində ilk dəfə ardıcıl 3 rəsmi oyunda qol sevinci yaşadı. Yekun nəticəni isə penaltidən fərqlənən Vlahoviç müəyyənləşdirdi. Bütün turnirləri nəzərə almaqla “Yuve” son 4 oyunda artıq 14 qol vurub. Halbuki bu seriyadan öncə komanda eyni sayda qolu 14 oyuna vurmuşdu!
Qrupun digər matçında “Siti” “Əl-Əyn”ə rəhm etmədi. Qvardiolanın komandasının əlinə top fərqini yaxşılaşdırmaq üçün gözəl fürsət düşmüşdü. “Şəhərlilər” bu fürsətdən bacardıqları qədər yararlandılar. “Siti” hələ ilk yarıda 3 qol vuraraq 2-ci hissəni formallığa çevirdi. Cərimə zərbəsindən fərqlənən Eçeverri, eləcə də yekun nəticəni müəyyənləşdirən Şerki yeni klubda ilk dəfə qol sevinci yaşadı. Adı “Qalatasaray”la hallanan İlkay Gündoğan isə dubl etməklə özünü yaxşı tərəfdən göstərdi.
Maraqlıdı ki, Qvardiola məşqçi kimi KDÇ-də 10-cu oyundan 10-cu qələbə ilə ayrıldı. Bu turnirdə onun klubları 33 qol vurduqları halda, öz qapısından cəmi 2 qol buraxıb. Beləliklə, qrupun lideri 3-cü turda “Yuventus”la “Siti”nin duelindən sonra bəlli olacaq. “Yuve” daha çox qol vurduğu üçün əlavə göstəricilərdə üstündü. Yəni heç-heçə məhz Turin nəhənginə sərf edəcək. “Siti” qrupdan çıxmaq üçün yalnız qalib gəlməlidi.
Maraqlıdı ki, son illərdə ÇL-də dəfələrlə yolları kəsişən “Siti” ilə “Real” bu turnirdə də artıq 1/8 finalda üzləşə bilər. Çünki “Siti” qrupu zirvədə tamamlaya bilməsə, H qrupunun lideri ilə qarşılaşacaq. Bu isə böyük ehtimalla məhz “Real” olacaq...
G qrupu, 2-ci tur
Yuventus – Vidad 4:1 (2:1)

Yuventus (Turin, İtaliya): Di Qreqorio, Koşta (Niko İvan Qonsales, 72), Kalulu, Savona, Kelli, Kambiaso, Makkenni (Koopmayners, 46), K.Türam, Konseysao (Lokatelli, 72), K.Yıldız (Qatti, 84), Kolo Muani (Vlahoviç, 72).
Vidad (Kasablanka, Mərakeş): Benabid, Mufi (Əziz Ki, 87), Oliveyra, Butuil (Harkass, 78), Meyers (Mvalimu, 46), Mufid, Mubarik, Zemraui (Mailula, 78), Amrabat, Lorç, Obenq (Əl-Somah, 46).
Qollar: Butuil, 6-öz qapısına (1:0). K.Yıldız, 16 (2:0). Lorç, 25 (2:1). K.Yıldız, 69 (3:1). Vlahoviç, 90+4-p. (4:1).
Vərəqələr: Meyers, 22. Oliveyra, 51. K.Türam, 77 – sarı.
Hakim: Səid Martines (Honduras).
22 iyun. Filadelfiya. 31975 tamaşaçı.
Mançester Siti – Əl-Əyn 6:0 (3:0)
Mançester Siti (İngiltərə): Orteqa, Xusanov (Bobb, 61), Akanci, Qvardiol (Diaş, 74), Ait-Nuri, Niko İqlesias Qonsales (Rodri, 61), İlkay Gündoğan, B.Silva (Şerki, 73), Nunyeş, Eçeverri (Foden, 46), Holann.
Əl-Əyn (Əbu Dəbi, BƏƏ): Eysa, Yasiç, Nyanq, Park, Rabia, Zabala (Erik, 62), Traore, Nader (Palasios, 46), Şadli (Sanabriya, 74), Əl-Baluşi (Kaku, 62), Rahimi (Laba, 46).
Qollar: İ.Gündoğan, 8 (1:0). Eçeverri, 27 (2:0). Holann, 45+5 (3:0). İ.Gündoğan, 73 (4:0). Bobb, 84 (5:0). Şerki, 89 (5:0).
Vərəqələr: Zabala, 25. Rabia, 45+4. Xusanov, 58 – sarı.
Hakim: Mustafa Qorbal (Əlcəzair).
22 iyun. Atlanta. 40392 tamaşaçı.
1. Yuventus 2 2 0 0 9-1 6
2. Mançester Siti 2 2 0 0 8-0 6
3. Vidad 2 0 0 2 1-6 0
4. Əl-Əyn 2 0 0 2 0-11 0

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:297
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 İyun 2025 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri