Icma.az
close
up
RU
Uşaqlarda qarında şişlik bu problemlərin göstəricisidir SİYAHI

Uşaqlarda qarında şişlik bu problemlərin göstəricisidir SİYAHI

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Arıq uşağın qarnının irəli olması normaldır, yoxsa nələrisə yoxlamalıyıq?”

Ölkə.Az xəbər verir ki, bu barədə pediatr Aytən İsmayılzadə danışıb. O bildirib ki, əgər uşaq arıqdırsa, qarın böyüklüyü piy deyil:

“İlk növbədə əgər qarın bərkdirsə və uşaq narahatdırsa, qarın boşluğu USM (uzi ) olunmalıdır. Çünki belə halda qarın boşluğunda törəmə (şiş), maye toplanması, qaraciyər böyüməsi ola bilər. USM nəticəsində hər şey yaxşıdırsa, ikinci mərhələ analizə keçirik.

Zəif əzələlər hesabına da qarın irəli ola bilər. Yəni qarnın ön divarında olan düz əzələlər zəif olur və irəli boşalır. Buna “qurbağa qarnı” deyilir və daha çox raxit xəstəliyi zamanı, d vitamini və kalsium azlığından əzələ tonusunun azalması nəticəsində 1-3 yaş ətrafı uşaqlarda müşahidə edilir. 

Uşaq böyüdükcə bu səbəb öz yerini narahat bağırsaqlara verir. Yəni qarın əzələləri zəif olsa da, onu arxadan nəsə itələməsə, o çox da irəli gəlməz. Onu itələyən isə narahat bağırsaqlardır. Sanki bağırsaqlar özünə geniş yer açır. Hətta belə qarnı düzləşdirmək də çətin olur. Yəni geri çəkib saxlayırsan, amma bu, elə də asan olmur. Sanki qarnı rahat buraxacağın anı səbirsizliklə gözləyirsən”.

Bəs bağırsaqları narahat edən nədir?

Pediatr belə olan halda bağırsaqlara narahatlıq verən amildən də söz açıb:

“İlk növbədə onun divarını qıcıqlandıran, iltihab yaradan qidadır. Bu, müxtəlif qidalar ola bilər. İlk növbədə allergiya verə biləcək məhsullar, inək südü, qlüten, taxılların digər zülalları, araxis və başqa bəzi məhsullar ola bilər, əsas da “abur-cubur”.

Kandida göbələyinin artması da səbəblərdən biridir. Bu göbələyin qidası şəkərdir. Şəkəri çox yeyən uşaqların bağırsaq mühitində göbələk aktivləşir, pis bakteriyalar artır və qıcqırma prosesi üstünlük təşkil edir, artıq qazlar yaranır nəticədə bağırsaq narahat olur.

Növbəti səbəb çox yeməkdir. Uşaq normasından artıq yeyəndə (əsas da ət və yumurta) özünə aid olan həzm fermentləri yeməyə görə azlıq edir və yenə həzm tam getmir, çürüdücü bakteriyalar aktivləşir, çoxlu qazlar yaranır yenə bağırsaq narahat olur.

Qəbizlik də qarında şişlik yaradır. Uzun müddət (7-10 gün) bağırsaqların dolu qalması, nəcis daşları, əlbəttə, bağırsaqları narahat edəcək.

Öd ifrazının pis olması da qarnı irəli verir. Öd yollarının diskineziyası, yəni pis işləməsi əksər uşaqlarda olur. Bu zaman öd yaxşı çıxmır, biz isə uşağa yağlı yeməklər veririk və öd çatmayanda yenə fermentlər aktivləşə bilmir”.

Billurə Yunus
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri