Icma.az
close
up
RU
Uşaqlarda qasıq yırtığı. Sualları uşaq cərrahı cavablandırır Foto

Uşaqlarda qasıq yırtığı. Sualları uşaq cərrahı cavablandırır Foto

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Uşaqlar arasında qasıq yırtığı ən yayılmış cərrahi xəstəliklərdən biridir.

Uşaq cərrahı və uşaq uroloqu uzman Vüsal Cəfərov qasıq yırtığı ilə bağlı ən tez-tez verilən suallara ətraflı cavab verib.

Saglamolun.az sizə bu məlumatı təqdim edir.  

- Uşaqlarda ən çox qarşılaşdığınız cərrahi xəstəliklər hansılardır ?

- Həm poliklinikada müayinə etdiyimiz, həm də ən çox əməliyyat etdiyimiz uşaq cərrahi xəstəlikləri qasıq kanalı patologiyalarıdır. Buraya: qızlarda və oğlanlarda qasıq yırtığı, oğlanlarda Hidrosel (su yırtığı) və bunun qızlarda qarşılığı Nuck kanal kisti (çox nadir), oğlanlarda Kord kisti və kriptorxizm (Enməmiş xaya) daxildir.

- Qasıq yırtığı nədir və necə əmələ gəlir?

- Bildiyimiz kimi xayalar 7-ci aydan etibarən qarın içindən xayalığa doğru enməyə başlayırlar. Xayanı endirən Gubernakulum adlı toxuma qasıq kanalına girdiyi zaman özü ilə birlikdə qarın zarı kimi bilinən Peritonu da xayalığa qədər endirir  və nəticədə xayalıqla qarın boşluğu arasında bir əlaqə əmələ gəlir. Xayalar təqribən 35-38-ci həftələr arasında xayalığa enirlər. Enmə prosesinin arxasınca qarın boşluğu ilə xayalıq arasındaki əlaqə kəsilir - Prossesus Vaginalis bağlanır.

Qızlarda isə Uşaqlığın Girdə Bağı kanala girdikdən sonra qarın boşluğu ilə əlaqə kəsilməlidir. Bəhs etdiyimiz qarın boşluğu ilə olan əlaqə kəsilməzsə qarın içi orqanlar - oğlanlarda ən çox nazik və qalın bağırsaqlar, piylik, qızlarda isə yumurtalıq, yumurtalıq boruları və piylik qarın boşluğundan peritonun açıq qalmış çıxıntısı vasitəsi ilə qasıq kanalına keçərək yırtıq əmələ gətirirlər. Əgər açıq qalan periton çıxıntısı orqanların keçə biləcəyi genişlikdə deyilsə, çox dardırsa, o zaman qarın içi maye kanala toplanaraq Hidrosel – su yırtığı əmələ gətirirlər. Əgər kanalın hər iki tərəfi bağlanıb sadəcə orta hissəsi açıq qalarsa kord kistası  inkişaf edəcəkdir.

- Risk faktorları nələrdir?

- Peritonun yataq çıxıntısının - Prosessus Vaginalisin açıq qalmasının səbəbi tam olaraq bilinməməkdədir.

Normal doğuş populyasiyasında qasıq yırtığı 1/100 təşkil edir. Ancaq yarımçıq doğulan uşaqlarda bu rəqəm 30 %-ə kimi yüksələ bilər.

- Qasıq yırtıqlarını hamiləlik müddətində aşkarlamaq və qarşısını almaq mümkündürmü?

- Xeyir, qasıq yırtığının hamiləlik dövründə diaqnostikasının heç bir əhəmiyyəti yoxdur və hamiləlik müddətində qarşısını almaq hələ ki,müasir tibdə mümkün deyil.

- Diaqnozu necə qoyulur?

- Qasıq yırtığının diaqnozunu adətən ailələr özləri qoyurlar. Qasıq nahiyyəsində şişlik olması səbəbi ilə xəstəxanaya gətirirlər. Ətraflı toplanmış anamnez və diqqətlə edilən muayinə sonrasında diaqnozu təsdiqləmək mümükündür. Adətən böyük uşaqsa valsalva manevrası etdirməklə, kiçik yaşda isə ağladığı zaman palpasiyada yırtıq kisəsini hiss etmək mümkündür.

- Oğlanlarda, yoxsa qızlarda daha çox qarşılaşırsınız ?

- Qasıq yırtığı oğlanlarda qızlardan təqribən 8-10 dəfə çox rast gəlinir.Adətən 60% sağ tərəfli, 30% sol tərəfli, 10% isə iki tərəfli olur.

- Necə və hansı yaşda müalicə olunmalıdır ?

- Qasıq yırtığının müasir tibdə tək müalicə metodu vardır ki, o da cərrahi əməliyyat ilə kanalın bağlanmasıdır. Bəzi hallarda ailələrin özləri tərəfindən və ya başqa birisinin yalnış məsləhəti ilə şişlik olan nahiyyəni bandaj və ya sarğı ilə bağlamağa çalışırlar. Ancaq bu manevranın heç bir faydası olmamaqla yanaşı, eyni zamanda çox təhlükəlidir. Kisə içərisinə girən orqanların mexaniki olaraq sıxılmasına səbəb olduğu üçün ciddi fəsadlara yol açır.

Əməliyyat yaşına gəlincə, qasıq yırtıqlarının müalicə protokolunda yaş və gözləmə taktikası yoxdur. Qasıq yırtıqları bizə iki şəkildə müraciət edirlər. Ya boğulmuş, reduksiya edilə bilməyən,yəni inkarserasiya və ya geçikmiş strangulasiya (işemiyanın və nekrozun başlanması) mərhələsində - bu vəziyyətdə yaş, yanaşı xəstəlik və s. nəzərə alınmadan bütün önləmlər alınaraq təcili əməliyyat edilməlidir.

Digər halda isə ailələr qasıq nahiyyəsinin ara-sıra şişməsi şikayəti ilə gətirirlər. Bu zaman diaqnoz təsdiqlənərsə yenə də yaş nəzərə alınmadan yaxın bir tarixdə elektiv əməliyyat planlanmalıdır.

- Bir az da əməliyyat haqqında məlumat verə bilərsinizmi ?

- Əlbəttə ki, xəstə üçün ən faydalı üsul qasıq nahiyyəsində təqribən 1.5-2 sm-lik kəsik icra edilərək aparılan cərrahi üsuldur. Əgər xəstə bir tərəfli qasıq yırtığı ilə gətirilən 5 yaşından kiçik qız uşağıdırsa və ya 2 yaşından kiçik yarımçıq doğulmuş oğlan uşağıdırsa qarşı tərəfdə də kanalın açıq olma ehtimalı yüksəkdir. Bunun üçün əməliyyat sırasında yırtıq olan tərəfin kisəsini bağlamad öncə Laparoskop ilə kisənin içərisindən girib qarşı tərəfə baxmaq lazımdır. Qarşı  tərəf açıq olarsa əməliyyat etmək lazımdır. Nəzərə almaq lazımdır ki,oğlanlarda qasıq kanalının içərisindən 3 sinir, 3 damar, venoz kələf və toxumdaşıyıcı kanal, qızlarda isə iki sinir və Uşaqlığın girdə bağı keçir. Buna görə də bu əməliyyatı icra edən təcrübəli bir uşaq cərrahı olmalıdır.

- Əməliyyata hazırılıq və əməliyyat sonrası təqib necə aparılır ?

- Xəstənin əməliyyatdan öncə qan analizlərinə baxılır, əməliyyat ümumi anesteziya ilə icra edildiyi üçün əməliyyatdan öncə anestezioloq tərəfindən müayinə olunur. Əməliyyat günü isə sabah erkəndən 5 saat ac olaraq xəstəxanaya gətirilir. Şöbəyə yatızdırılır və qlukoza tərkibli sistem qoşulur. 6 ayından böyükdürsə damardaxili sakitləşdirici vurularaq əməliyyata verilir. Əməliyyatdan 2 saat sonra qidalandırılır və adətən axşama doğru evə göndərilir. Əgər uşaq yarımçıq doğulmuşsa o zaman bir gün xəstəxanada saxlanılmalıdır. Xəstə 3 gün sonra kontrol muayinəyə çağrılır və yara sarğısı açılır. Bundan sonra isə 3 həftə, 3 ay və 6-cı aylarında müayinəyə çağrılır.

Vüsal Cəfərov
Uşaq cərrahı və uşaq uroloqu

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri