Icma.az
close
up
RU
Uşaqlarda qəbizlik niyə artıb? Pediatr səbəbləri və təhlükələri AÇIQLADI

Uşaqlarda qəbizlik niyə artıb? Pediatr səbəbləri və təhlükələri AÇIQLADI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son zamanlarda valideynlər yeni doğulan körpələrdə, eləcə də 0–5 yaş arası uşaqlarda qəbizliyin artdığını deyirlər.

Bəs bunun səbəbi nədir? Bağırsaq florasının pozulması uşaqlarda hansı xəstəliklərə zəmin yaradır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında pediatr Şəlalə Poluxova bildirdi ki, qəbizlik əslində hər yaş qrupunda rast gəlinən geniş yayılmış bir problemdir və onun səbəbləri yaşdan asılı olaraq dəyişə bilir.

Dediyinə görə, ən çox qəbizlik hallarına erkən uşaqlıq və körpəlik dövründə, xüsusilə də əlavə qidaya keçid mərhələsində rast gəlinir:

"Bu dövrdə valideynlər adətən defekasiya aktının çətin və ağrılı olması ilə bağlı şikayət edirlər. Bunun əsas səbəblərindən biri uşağın qida rasionunda lif və suyun kifayət qədər olmamasıdır. Körpələr əlavə qidaya keçdikdə meyvə, tərəvəz və taxıl liflərinin qəbulu çox vaxt az olur. Digər tərəfdən, uşaqlar bu dövrdə su içməyə alışmadıqları üçün qatı qida qəbuluna nisbətən daha az su içirlər və nəticədə nəcis bərkiyir, defekasiya çətinləşir. Digər bir səbəb həzm sisteminin tam formalaşmamasıdır. Altı aylıq uşağın həzm sistemi hələ tam inkişaf etmədiyi üçün ana südündən bərk qidaya keçid zamanı funksional həzm pozuntuları yarana və qəbizliyə meyillilik arta bilər. Fiziki aktivliyin az olması da bağırsaq peristaltikasını zəiflədən mühüm faktorlardan biridir. Uşaqlar az hərəkət etdikdə bağırsağın fəaliyyəti yavaşlayır və qəbizlik yarana bilir".

Pediatr qeyd etdi ki, qəbizliyin yaranmasına davranış faktorları da təsir göstərir:

"Bəzi uşaqlar müxtəlif səbəblərdən tualetə getməkdən imtina edirlər. Əgər uşaq daha əvvəl ağrılı defekasiya yaşayıbsa, bu onda qorxu yaradır və nəticədə nəcisini saxlamağa başlayır. Bəzən isə heç bir ağrı və ya qorxu olmadan, sadəcə oyuna həddindən artıq fokuslandıqları üçün tualet ehtiyacını təxirə salırlar. Nəcis saxlandıqca o bərkiyir, defekasiya daha ağrılı olur və bu, uşağın tualetdən uzaq durmasına səbəb olan qüsurlu dövrə yaradır. Beləcə bağırsaq tənbəlliyi inkişaf edir".

Müsahibimizin sözlərinə görə, 0-5 yaş arası uşaqlarda qəbizlik çox vaxt funksional xarakter daşıyır, yəni altda anatomik və ya struktur problem olmadan yaranır.

"Çox zaman bu vəziyyət sadalanan faktorlarla əlaqəli olaraq bağırsaq mikrobiotasının dəyişməsi ilə müşayiət olunur. Qidalanma, su qəbulu, fiziki aktivlik və tualet vərdişləri düzgün şəkildə tənzimləndikdə isə qəbizlik çox hallarda heç bir müalicə tələb etmədən keçib gedir və müvəqqəti olur. Bağırsaq mikrobiotasının pozulması təkcə qəbizliklə məhdudlaşmır, daha geniş sağlamlıq problemlərinə səbəb ola bilər. Xroniki qəbizlik bağırsaq peristaltikasının zəifləməsi və defekasiya ritminin pozulması ilə nəticələnir. Uzun müddət davam etdikdə düz bağırsaqda çatların yaranmasına, gələcəkdə isə hemoroid kimi problemlərə gətirib çıxara bilir. Bundan əlavə, xroniki qəbizliyi olan uşaqlarda sidik yolu infeksiyalarına meyillik artır. Mikrobiotanın pozulması bağırsağın baryer funksiyasını zəiflədir, immun sistemini zəiflədərək allergiyaya və iltihabi proseslərin yaranmasına şərait yaradır. Bu vəziyyət uşağın ümumi halına təsir edir: yuxusuzluq, iştahsızlıq, əhval-ruhiyyənin dəyişməsi və fiziki inkişafın ləngiməsi kimi nəticələr ortaya çıxır. Nəticə etibarilə, məsələ yalnız uşağın vaxtında defekasiya etməsi ilə bitmir. Qidalanma, su rejimi, fiziki aktivlik, gündəlik vərdişlər və bağırsaq florasının sağlamlığı bir yerdə nəzərə alınmalıdır. Körpələrin bəzən 3–5 gün nəcis çıxarmaması normal ola bilər, əgər uşağın əhvalı, qidalanması və ümumi vəziyyəti yaxşıdırsa və müayinə zamanı heç bir problem aşkarlanmırsa, bu, funksional və müvəqqəti hal sayılır. Lakin bəzi hallarda qəbizliyin daha ciddi səbəblərdən qaynaqlana biləcəyi üçün pediatrla məsləhətləşmək mütləqdir", - deyə Şəlalə Poluxova vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri