Icma.az
close
up
RU
Yeni həbsxana, yoxsa Amnistiya Aktı… AZƏRBAYCANDA MƏHBUS SIXLIĞINI NECƏ ARADAN QALDIRMALI

Yeni həbsxana, yoxsa Amnistiya Aktı… AZƏRBAYCANDA MƏHBUS SIXLIĞINI NECƏ ARADAN QALDIRMALI

Icma.az, Gununsesi saytına istinadən bildirir.

 Avropa Şurasının 2024-cü il Həbsxana Əhalisinə dair İllik Cəza Statistikası (SPACE I) açıqlanıb.  

Avropa Şurasına üzv ölkələrin  əhatə olunduğu sənəddə Azərbaycan da yer ayrılıb.

Hesabata görə, həbs nisbətlərinin ən yüksək olduğu ölkələrə Türkiyə (hər 100.000 nəfərə 356 məhbus), Azərbaycan (264), Gürcüstan (261), Moldova Respublikası (235), Polşa (202), Macarıstan (195), Albaniya (192), Çexiya (180), Slovakiya (1717), Serbiya (1717), Serbiya (1717), Latviya (1717) olub. (164). Həbs nisbətlərinin yüksək olduğu digər ölkələrə Litva (158), Böyük Britaniya (İngiltərə və Uels) (145) və Şimali Makedoniya (143) daxildir.

Azərbaycanın adının bu hesabatda ilk sırada olmasının səbəblərindən biri ölkədəki cəzaçəkmə müəssisələrinin sayının az olması ilə bağlıdır.

Baxmayaraq ki, hələ ötən il Ədliyyə Nazirliyi yeni Penitensiar Müsəssisələrin tikintisinin sürətləndirildiyini bəyan etmişdi.

Uzun illər keçməsinə baxmayaraq, hələ də Gəncədə inşa olunan Penitensiar Müəsssisəinin tikitnisi yarımçıq qalıb. Hətta həmin müəssisəyə çəkilən asfalt yol işlək olmadığından ot belə basıb.

On milyonlarla dövlət vəsaitinin xərcləndiyi bu müəssisənin inşasının başa çatmaması həmin pulların küçəyə atılması deməkdir.

Ona görə də Azərbaycan hökuməti əlavə vəsait ayırmalı vıə bu müəssisənin tikintisi başa çatmaldıır.

Əgər Gəncədəki Penitensiar Müəssisə istifadəyə verilərsə, digər cəzaçəkmə müəssisələrinin və təcridxanaların yükü də azalmış olar.

Bu həm də məhbus ailələri üçün rahatlıq deməkdir ki, onlar öz yaxınlarını ziyarətə gedəndə uzaq məsafə qət etməsin.

Etiraf edək ki, bugün Azərbaycan həbsxanaları doludur.

Baxmayaraq ki, ötən illər ərzində Lənkəranda müasir tipli, hibrit cəzaçəkmə müəssisəi istifadəyə verilib.

Oradan gələn xəbərlərə görə, istintaq təcridxanalarında 6 nəfərlik barakda 12 nəfər saxlanılır. Məhbusların  növbə ilə yatıb-durması adi hal hesab olunur.

Təbii ki, məhbus sıxlığına digər səbəblərdən biri də məhkəmə sisteminin reallıqları ilə bağlıdır.

Ona görə də ölkəmizdə bu problemi həll etmək üçün böyük Amnistiya Aktına ehtiyac var.

Məhbus sayı nə qədər çox olarsa, bu həm də dövlətə yük deməkdir. Hər bir məhbusun saxlanması dövlət büdcəsi üçün yükdür.

Unutmayaq ki, Azərbaycan Avropa Şurasının üzvüdür və dövlətin cəza icra siyasətində humanizm prinsipləri əsas götürülməlidir. Ona görə də problemdən çıxış yolu kimi Amnistiya Aktının qəbuludur.

Ümumi götürsək, Azərbaycan dövlətinin hüquqi təbiətinin əsası qanunun aliliyi, ədalət prinsipi, humanizm və mərhəmət prinsipinə söykənmişdir. Cəzanın humanistləşdirilməsi də bütövlükdə cəza siyasətinin əsas prinsiplərindən biridir.

Pərviz Həşimli

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Avqust 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri