Icma.az
close
up
RU
Uşaqlarda sidik qaçırma necə müalicə olunur?

Uşaqlarda sidik qaçırma necə müalicə olunur?

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uşaqlarda sidik qaçırma problemi 5 yaşlı hər 100 uşaqdan 5-də, 8 yaşlı hər 20 uşaqdan birində, 12 yaşlı hər 50 uşaqdan birində görülə bilər.
Pravda.az bildirir ki, bu vəziyyət oğlan uşaqlarında qızlara nisbətən 2-3 dəfə daha çox müşahidə olunur. Problemin səbəbi həm fiziki, həm də psixoloji ola bilər.


Əsas səbəblər nələrdir?


Çanaq əzələlərin zəifliyi, sidik kisəsi ilə beyin arasındakı əlaqənin yetərincə inkişaf etməməsi, sidik yolu infeksiyaları, xroniki qəbizlik, həddindən artıq aktiv sidik kisəsi kimi fiziki səbəblərlə yanaşı, stress, qorxu, məktəbə başlama, ailə daxilindəki dəyişikliklər kimi psixoloji faktorlar da bu vəziyyəti yarada bilər.


Sidik qaçırma hansı yaşa qədər normaldır?


Gecə altını islatma halları 5 yaşa qədər normal qəbul olunur. Ancaq bu yaşdan sonra davam edərsə, tibbi müayinə vacibdir. Gündüz sidik qaçırma isə 4 yaşdan sonra izlənilməli və səbəbi araşdırılmalıdır.


Məktəb yaşlı uşaqlarda daha sıx rast gəlinir


Məktəbə başlamaq kimi böyük dəyişikliklər uşaqlarda emosional gərginlik yaradaraq sidik qaçırma problemini artırır. Valideynlərin və müəllimlərin anlayışlı davranması bu mərhələdə mühüm rol oynayır.


Müalicə necə aparılır?


Son illərdə pelvik sağlamlıq mərkəzlərində dərmansız tətbiq olunan fizioterapiya və reabilitasiya üsulları yüksək nəticə verir. Müalicəyə başlamazdan əvvəl uşağın problemi dinlənir, qrafiklər tutulur, sidik axını cihazla ölçülür. Müalicə planı isə uşaq cərrahı, uşaq həkimi, fizioterapevt, psixoloq və dietoloqdan ibarət komanda tərəfindən hazırlanır.


Nə zaman həkimə müraciət edilməlidir?


Sidik qaçırma davam edərsə, uşaq həkimi, uşaq uroloqu və ya psixoloqa müraciət edilməlidir. Gecə alt islatma hallarında xüsusi alarm cihazları və pelvik əzələ məşqləri ilə birlikdə kompleks müalicə tətbiq olunur.


Qeyd: Uşaqlarda bu vəziyyət utandırıcı və narahatedici ola bilər. Mütəxəssislər valideynləri uşaqlarına anlayışla yanaşmağa və peşəkar yardım almağa çağırır.
Əminə Bayramova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 İyul 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see197

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see179

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see172

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see139

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see124

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see122

Kurtlar Vadisi Pusu nun 53 yaşlı aktrisası soyundu FOTOLAR

02 İyul 2025 09:09see121

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see120

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see118

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see117

İstifadəçi məlumatlarını qanunsuz toplayan “Google” 314 milyon dollar ödəyəcək

02 İyul 2025 08:44see117

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see116

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see116

Xiaomi nin elektrik avtomobili üç dəqiqəyə 200 mindən çox sifariş aldı

02 İyul 2025 03:03see115

4 əsrin faciəsi...

02 İyul 2025 10:18see115

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see115

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see114

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see114

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see113

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri