Xiaomi nin elektrik avtomobili üç dəqiqəyə 200 mindən çox sifariş aldı
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Xiaomi"nin ikinci elektrik mühərrikli avtomobili olan "YU7" krossoveri Çində inanılmaz ajiotaja səbəb olub.
Oxu.Az bu barədə RBK-ya istinadla xəbər verir.
Bildirilir ki, sözügedən krossover konveyerdən hələ çıxmamış bir il yarım əvvəldən demək olar dərhal satılıb.
"Xiaomi" "YU7"nin satışlarına başlanılması haqqında iyunun 26-da elan edib. Cəmi üç dəqiqə ərzində avtomobilin alınması üçün onlayn-sifarişlərin sayı 200 mini ötüb.
72 saatdan sonra bu rəqəmin 316 minə çatdığı bildirilir. Bununla da "YU7"nin bütün potensial tirajı düz 2027-ci ilin əvvəlinə qədər satılıb qurtarılıb.
Bu səbəbdən bir çox alıcı öz avtomobilini 56 həftə gözləməli olacaq.
Bu mövzuda digər xəbərlər:“Xiaomi” 3 dəqiqəyə 200 mindən çox YU7 elektrik avtomobili satdı
02 İyul 2025 17:49
Üç mindən çox avtomobili daşıyan gəmi üç həftə yandıqdan sonra batıb
25 İyun 2025 08:27
Üç mindən çox dəmirağacı
26 Dekabr 2024 10:04
200 mindən çox fələstinli... Halevidən etiraf
13 Sentyabr 2025 21:02
Rusiyada 200 mindən çox borclu axtarışdadır
03 Yanvar 2026 12:15
Baxış sayı:160
Bu xəbər 02 İyul 2025 03:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















