Icma.az
close
up
RU
Uşaqlardan böyüklərə: sülhə gəlin, ey insanlar!

Uşaqlardan böyüklərə: sülhə gəlin, ey insanlar!

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mətanət Məmmədova

Müharibə hərislərinə, torpaq acgözlərinə, mənfəət sevdalılarına üz tutub deyirik ki, rəhm edin bizə. Sizi and veririk Allaha, rəhm edin!

Biz nə üçün siz böyüklərin əlində oyuncağa çevrilməliyik? Nə üçün hər bir müharibədə, münaqişədə qurban biz olmalıyıq? Nə üçün bizə rəhm etmirsiniz? Nə üçün dinc, sakit həyatımızı əlimizdən alırsınız?

Biz gecənin yarısında atdığınız bombaların səsindən nə üçün qan-bağır olmalıyıq? Nə üçün valideynlərimiz bizi gecənin şirin yuxusundan silkələyərək oyadıb ayaqyalın, çılpaq meşələrə, dağlara, düzənliklərə doğru sürüməlidirlər? Nə üçün yollarda acından məhv olmalıyıq? Nə üçün sizin qurbanınıza çevrilib əzizlərimizə kədər, qəm yaşatmalıyıq? Nə üçün ata-anamızın gözü qarşısında bizə qıyırsınız? Nə üçün bizim gözümüz qarşısında valideynlərimizi min bir işgəncə ilə öldürürsünüz?

Nədir bizim günahımız? Bu dünyaya müharibə və “müharibələrin” acısını, fəlakətini yaşamaq üçün gəlmişik, yoxsa siz “əmilərin” arzularına qurban olmaq üçün? Siz hegamon olacaqsınız, xalqları əzib öz niyyətinizə çatacaqsınız deyə, biz nə üçün bu fəlakətləri yaşamalıyıq? Nə üçün evlərimiz yandırılmalı, ata-anamız öldürülməli, bacı-qardaşlarımızdan ayrı düşməliyik, aclığa tab gətirə bilməyən həmyaşıdlarımızı gözlərimiz qarşısında itirməliyik?

Nə üçün? Nə üçün biz sizə görə isti yuvamızdan, rahat yatağımızdan didərgin düşməliyik? Harada qaldı qələmlərimiz, şəkil dəftərimiz, oyuncaqlarımız? Bilirsinizmi, onları atamız bizə yenicə almışdı. Rəsm çəkəcəkdik. Hələ atamıza söz də vermişdik ki, onun da şəklini çəkək. Lakin siz onları əlimizdən aldınız, onlar çəkəcəyimiz rəsmi görmədən dünyadan köçdü...

O oyuncaq maşını bizə almaq üçün dünən öldürdüyünüz atamız düz bir ay işdən sonra əlavə işləmişdi. O gəlinciyi anamız bizə almaq üçün neçə günlər evlərdə xidmətçilik etmişdi, bilirsinizmi? Bilməzsiniz siz. Bunların heç birini bilməzsiniz. Çünki siz biz yaşadığımızın bircəsini belə yaşamamısınız.

Maraqlıdır, siz ata deyilsiniz? Oğlunuz, qızınız yoxdur. Bəlkə də var. Varsa, onlar da bizim kimi yazıqdır. Sizin yazıq etdiyiniz uşaqların hər biri kimi yazıqdırlar. Yoxdursa, övladınız, bu, lap əla. Yaxşı ki, yoxdur. Olsa idi, bizə yaşatdıqlarınızı onlar da yaşayacaqdı. Biz qədər ağır, məşəqqətlə yaşamasalar da, yaşayacaqdılar. Çünki müharibə heç bir uşaqdan təsirsiz ötmür. Biz ya qurban oluruq, ölürük, öldürülürük, didərgin salınırıq, ya səfalət içərisində yaşamağa məhkum edilirik, aclıqdan dünyamızı dəyişirik, ya da uzaqdan televizor vasitəsilə həmyaşıdlarımızın aqibətini izləyirik. İzlədikcə də psixologiyamız pozulur, zədələnir, uşaq dünyamız yıxılır...

Siz müharibə və “müharibələri” davam etdirdikcə, bizi itirirsiniz. İtirmək tək o deyil ki, minlərlə uşaq müharibələrin qurbanı olur. İtirmək həm də yaşaya-yaşaya itirməkdir. Bir uşağın ki, psixologiyası zədələnir, o, ölü kimidir, yaşasa nəyə dəyər...

Ay “əmilər”, insafa gəlin, yandırmayın, süngüləməyin kiçik bədənimizi. Dağlamayın sinəmizi. Almayın əlimizdən oyuncaqlarımızı. Almayın ata-anamızı. Salmayın bizi evimizdən uzaqlara... Ay “əmilər”, insaf edin, bəsdir, müharibələrdən bezdik, usandıq. Biri bitir, o biri başlayır. Bir gün müharibəsiz dünyamız olmur. Yetər!

Nə vaxt gözləriniz doyacaq dünya malından? Nə vaxt? Axı bu dünya sizə də qalan deyil. Bir gün bizim kimi, siz də bu dünya ilə vidalaşacaqsınız. Minlərlə, milyonlarla günahsız uşağa etdiyiniz bu sitəmlərə Allah qarşısında necə cavab verəcəksiniz?

Etməyin müharibə və “müharibələr”, savaşlar... Qıymayın bizim düzənimizə, nə olar? Dünyamızı qaraltmayın. Bizi dünyaya gəlməyə peşman etməyin, nə olar...

Dünyada sülhdən gözəl nə var? Bunu biz uşaqlar siz böyüklərdən gözəl anlayırıq deyəsən. Çünki müharibələrin ağrı-acısını sizdən daha çox yaşayırıq. Uşaq dünyamızı dağıdırsınız, uşaqlığımızı əlimizdən alırsınız. Bizi 3-5, 7-9 yaşlı erkən yaşlaşmış insanlara çevirirsiniz. Gözümüzdə kədər, üzümüzdə qəm olursunuz. Ata-anasızlığımıza, tənha yaşamağımıza səbəbkar olursunuz. Sizə nə var ki, heç bilirsiniz, necə çətindir, valideynsiz yaşamaq, əzizlərini itirmək? Siz böyüksünüz, özünüzü müdafiə edə bilirsiniz. Lakin bizə axı ata-ana lazımdır. Onların sevgisini, qayğısını istəyirik, sığalına-tumarına ehtiyacımız var axı...

Gözəl evimiz, otağımız çarpayımız olduğu təqdirdə, onları əlimizdən almaqla bizi küçələrə, dalanlara, sığınacaqlara “qonaq” edirsiniz. Üşüyürük günlərlə, xəbəriniz olmur, ac qalırıq həftələrlə, əsla bu barədə düşünmürsünüz. Siz evinizdə gecələr isti yorğan-döşəkdə yatanda, övladlarınız da sizinlə birlikdə qayğısız günlər yaşayanda fərmanını verdiyiniz müharibələr bizi əldən salır axı... Görəsən bir dəfə çarpayısında mışıl-mışıl yatan övladınızı görəndə səbəbkar olduğunuz müharibələrin minlərlə uşağa təqdim etdiyi “yeni həyatı” gözünüz önünə gətirə bilirsinizmi? Yox, əsla. Çünki bunu etmək üçün insanın qəlbi, düşüncəsi olmalıdır. Qəlbsiz və düşüncəsiz insanlar isə mənəvi aclıq yaşayır hər zaman. Bu aclığın elə bir formasıdır ki, özündən başqasını düşünməyə gücü çatmır.

Ey qoca dünyanın insanları, eşidin səsimizi! Dünya sülh istəyir. Dünyada hər kəsdən çox isə sülhü biz uşaqlar istəyirik. Odur ki, insaf edin, sülhə gəlin ey, insanlar? Yoxsa, həqiqətən də, bu müharibələri genişləndirib dünya ilə bir etməklə elə dünyanın axırını gətirəcəksiniz. Belə olanda isə nə biz, nə də bizim gələcəyimiz olacaq. Noğul kimi şirin uşaqlığımızı, arzularımızdakı gələcəyimizi əlimizdən almayın!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri