Icma.az
close
up
RU
Uşaqları AQRESSİV edən nədir? Valideynlərə məsləhətlər

Uşaqları AQRESSİV edən nədir? Valideynlərə məsləhətlər

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Deyirsiniz ki, uşağınız aqressivdir? Bəlkə təmas hisslərini məhv etmisiniz?

İnsan övladının özünü müdafiə etmək üçün istifadə etdiyi ən yayğın duyğu aqressivlikdir. Aqressivlik deməyək, daha doğrusu təcili yardım duyğusudur.

Nə üçün təcili yardım?

Təcili yardım zamanı biz dərhal bütün işlərimizi atıb ehtiyacı olan insana kömək etməyə çalışırıq. Uşaq da təcili yardım işığını sırf bu davranışlarla basır ki, valideyn tez bir zamanda uşaqda olan ruhsal sıxıntını həll etməyə çalışsın. Uşaqda olan sözə baxmamaq, uşaqları dişləmək, özünə qapanma, ləng davranışlar, yeməyi gec yemək, dərs oxumamaq, ətrafa zərər vermək, insanlara zərər vermək, oğurluq, yalan, dırnaq yemə və s. davranışları aqressiv davranışlardır.

Aqressiv davranışların səbəblərini indiki dövrdə artıq hər kəs bilir. Bunlar ailə faktoru, televizor, ətraf faktoruna bağlı səbəblərdir. Az hallarda beyin zədələnməsi insanda aqressiv davranmaya səbəb olur.

Amma bu məqalədə hisslərin aqressivliyə necə səbəb olduğundan danışacağıq. Bizi həyata bağlayan hisslərimizdir. Hisslər 2 cürdür:

1. Müdafiə hissi - insandan 50 sm məsafədə yaranan özünü qoruma hissidir. Biz hər kəslə və ya hər şeylə 50 sm məsafədə özümüzü qoruyuruq. Özümüzə rahat, hüzur verəcək ortam yaratmağa çalışırıq.

2. Təmas hissi - Müdafiə hissini yaratdıqdan sonra həyatı hiss etmək, güvən, sevgi üçün yaranır.

Biz uşaqlarımızla 2 cür təmas hissi yarada bilərik.

1. Oyuncaqlarla - uşaqla onun istədiyi tərzdə oynayaraq uşağın ruhunu dolduraraq. Uşağınızla oynarkən yavaş, təmkinli, tələsmədən, emosiyalı şəkildə, duyğularınızı paylaşaraq oynamaq lazımdır ki, uşaq ruhsal təmas quraraq ruhsal rahatlama yaşasın, əks halda, uşaq sizinlə oyun oynamaqdan doymayacaq və daha çox oyun oynamaq istəyəcək.

2. Oyuncaqsız - uşağınızla danışaraq. Məsələn: Oğlum, bilirsən, mən uşaq vaxtı nənəmlə meşəyə moruq yığmağa gedərdim. Bu tipdə öz həyat hekayənizi paylaşaraq uşağı o aləmin içinə salırsınız. Və danışıqla oyununuz başlayır. Uşaq sizi diqqətlə dinləyir, sizə suallar verir və siz maraqla əhvalatınızı danışırsınız.

Bu təmas hisslərini qura bilmək üçün uşağınızın ehtiyacını ödədiyinizdə özünüzü uşağınıza verin. Sanki utopik bir dünyanın içinə girirmiş kimi təsəvvür edin. O dünyada yalnız siz və uşağınız olacaq və oranı uşağınız idarə edir. Lakin yanlış addımlarına düzəlişlər edin. Əgər bu ruhsal təmas hisslərini qura bilmirsinizsə, uşağınız müdafiə hisslərini istifadə etməyə başlayır. Uşaq zərər gördükcə hissləri bastırılır, strukturu pozulur, ruhu darmadağın olur (Ona görə qardaşını dişləyir, gələcəkdə yoldaşıyla dolana bilmir). Uşağınızla ruhsal təmasınız onu cəzalandıraraq, vuraraq, tərsliyərək, müqayisə edərək, alçaldaraq, yanında kiminləsə mübahisələrə girərək, yalan danışaraq, oğurluq edərək məhv olacaq və uşaq onda qalan müdafiə hissləriylə davranacaq, çünki uşaq özünü qorumalı, acıdan qaçmalıdır. Özünə hüzurlu ortam yaradana qədər müdafiə hisslərilə davranacaq. Bunu da o, aqressiv davranışlarıyla göstərir. Uşaq bir davranışı yanlış görürsə, demək, zehni qayğılıdır, bu da onun yanlış davranışına səbəb olur. Özünü davranışda düzgün göstərə bilmir.

İndi deyəcəksiniz ki, biz də uşaqlıqda döyülmüşük, söyülmüşük, anamız ev işlərinə görə bizimlə oynamayıb, atamız pul qazanmaqdan ötrü bizə tərəf baxmayıb, amma sağlam yetişib ailə sahibi olmuşuq və həyatımızda hər şey əladır və s. Bu cümlələrin altında o qədər yetərsizlik hissləriniz, aşağılıq kompleksləriniz yatır ki, ona görə özünüzü müdafiə etməyə çalışırsınız. İncinməkdən qorxduğunuz üçün müdafiə hisslərinizi istifadə edirsiniz. Elə o dediklərinizə görə uşağınızla ən asan oyunları belə oynaya bilmirsiniz, hirsinizi ona tökürsünüz, yoldaşınızla yola getmirsiniz, insanlar içində özünüzü rahat ifadə edə, uşağınıza, yoldaşınıza toxuna bilmirsiniz, hiss edərək yemək bişirmirsiniz, yoldaşınızın işdən gəlməyini həvəslə gözləmirsiniz, axşam tez gəlsin uşağı yatızdırım təlaşındasınız və s.

Ona görə uşağınızı tərbiyə edərkən cəzadan uzaq durun. Cəza uşağın psixoloji, koqnitiv inkişafını ləngidir. Cəza təmas hisslərimizi məhv edir. Uşaq müdafiə hisslərilə başbaşa qalıb həyatda durmağa çalışır. Uşağınızın ruhsal doyumu üçün valideyn və müəllim ünsiyyəti vacibdir. Bizim sağlam psixologiyamızın təməlini valideyn və müəllimlər qoyur. Geridə qalan ətraf mühitdə öyrənilmiş yanlış davranışlar düzəldilməklə keçəcək. Lakin valideyn və müəllimin qoyduğu zərəri heç kim düzəldə bilməz.

Unutmayın, uşaq cəza aldıqca hisslərini itirəcək.

Sevinc İsmayılova,

uzman klinik psixoterapevt

Aile.lent.az

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri