Icma.az
close
up
RU
Uşaqları düzgün tərbiyə etmirsən deyib arvadını döydü

Uşaqları düzgün tərbiyə etmirsən deyib arvadını döydü

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron rayonunda 1987-ci il təvəllüdlü Məmməd həyat yoldaşı Yasəmənə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 2-də rayonun Masazır qəsəbəsində baş verib. 
Məmməd həmin gün gecə saat 23:30-da yaşadığı fərdi yaşayış evində arvadı Yasəmən ilə mübahisə edib. Onların mübahisəsinə səbəb isə Yasəmənə övladlarının tərbiyəsi ilə düzgün məşğul olmadığına və nəzarət etmədiyinə görə irad bildirib. 
Yasəmən buna etiraz etməsi səbəbindən ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıqla bağlı mübahisə baş verib. Həmin mübahisə əsnasında Məmməd Yasəmənin üzərinə hücum edib, əvvəlcə əl, yumruq zərbələri ilə onun göz, ağız, sifət, baş, çiyin, bədənin müxtəlif nahiyələrinə ardıcıl vurub. Ardınca həmin zərbələrdən yerə yıxılmış Yasəmənin kürək nahiyələrinə qəsdən təpik və yumruq zərbələri ilə zərbələr yetirib. 
Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Yasəmən ilə 2015-ci ildə ailə həyatı qurub və birgə nikahdan 2016-cı il təvəllüdlü və 2023-cü il təvəllüdlü iki azyaşlı övladı var:
“Münasibətlərimiz daima yaxşı olub. Hadisə günü saat 23:30-da arvadım ilə yaşadığım evin qonaq otağında olan zaman Yasəmənə uşaqların tərbiyəsi ilə yaxşı məşğul olmadığına görə sözləi rad bildirdim. Lakin Yasəmən mənim fikrim ilə razılaşmadı. Bu səbəbdən əsəbiləşdim və aramızda mübahisə baş verdi. Mübahisə zamanı Yasəmən mənimlə kobud danışdı. Mən də əsəbi olduğum üçün yumruqla onun sol və sağ göz nahiyyəsinə, başına, həmçinin də çiyninə zərbələr endirdim. O, aldığı zərbələrin təsirindən yerə yıxıldı. Bundan sonra mən evin digər otağına keçdim. Yasəmən isə evdən bayıra çıxdı. Bundan sonra Yasəmənin Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verdiyi mənə məlum oldu”. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən ərinə qarşı olan şikayətini geri götürüb. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işinin icraatına xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Mart 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri