Icma.az
close
up
RU
Uşaqları saxlamaq bahalaşıb: Xərci az olan bağçalar yaradılacaq

Uşaqları saxlamaq bahalaşıb: Xərci az olan bağçalar yaradılacaq

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayının az olması problemli sahələrdən biridir. 

Kifayət qədər bağçanın olmaması ailələr üçün də çətinliklər yaradır və bu, eyni zamanda uşaqların sosiallaşmadan kənarda qalmasına səbəb olur. 

Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülsə də, problem həllini tapmayıb. Bugünlərdə elm və təhsil naziri Emin Əmrullayev də məktəbəqədər təhsil müəssisələri ilə bağlı bir sıra məsələlərə toxunub: 

“Uşaq bağçalarında qarşımızdakı ən böyük maneə sovet dönəmindən qalmış modelin olmasıdır. Həmin modeldə uşaq bağçaları təhsil müəssisəsindən daha çox qayğı yeri kimi qalıb. Digər tərəfdən, bu model çox bahalıdır. Dünyanın heç bir ölkəsində uşağı gündə dörd dəfə qidalandırmaq nümunəsi yoxdur. Ona görə də bir çox ölkələrdə dövlət-özəl tərəfdaşlığına əsaslanan modellər təklif olunur. 2017-2018-ci illərdən icma əsaslı məktəbəqədər təhsil modeli tətbiq olunur. Bu modelin qiyməti ənənəvi modeldən xeyli ucuzdur". 

Nazir onu da bildirib ki, 2026-cı ilin sentyabr-oktyabr aylarına qədər 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulur: 

“Qalan hissə ilə bağlı planlarımız var. Əgər pilot layihələr uğurlu olarsa, həmin yerlərin sayını artırmaq daha asan olacaq. Çünki artıq müəyyən bir modelimiz var və bu model sınaqdan keçib uğurlu nəticə göstərdikdə, genişləndirilməsi daha rahat olacaq". 

Nazir əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə yeni inşa edilən məktəbəqədər təhsil müəssisələri də bu rəqəmlərin artmasına töhfə verəcək.

Nazirin sözlərinə görə, məktəbəqədər təhsildə "ailə modeli" yaradılacaq: 

“Daha kiçik kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaratmaq üçün pilot layihə üzərində işləyirik. Ucqar kəndlərdə avtobus vasitəsilə məktəbəqədər təhsil xidmətini göstərmək planlaşdırılır. İcma əsaslı məktəbəqədər təhsil mümkün olmayan ərazilərdə bu modeli tətbiq edəcəyik. Bu modeldə uşaqların bir ailədə təhsil alması nəzərdə tutulur. Ucqar kəndlərdə bunun üçün avtobuslar ayrıla bilər". 

Hazırda kütləvi şəkildə məktəbəqədər təhsil müəssisəsi inşa etmək mümkün olmadığı halda icma, bələdiyyə əsaslı bağçalar istifadəyə verilə bilərmi? Bağçada bir uşağın saxlanılma xərci nə qədərdir? 

Təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda məktəbəqədər təhsilin inkişafı və bağçaların genişləndirilməsi mövcud təhsil sisteminin qarşısında duran mühüm çağırışlardan biridir: 

“Elm və təhsil naziri Emin Əmrullayevin bəyan etdiyi kimi, Sovet dövründən qalmış bağça modeli həm bahalıdır, həm də müasir dövrün tələblərinə cavab vermir. Bununla belə, 2026-cı ilə qədər 100 min uşaq üçün əlavə bağçaların açılması planı təhsilin erkən mərhələlərində əlçatanlığı artırmaq baxımından çox əhəmiyyətlidir. 

Bu məqsədə nail olmaq üçün daha səmərəli və qənaətcil həll yolları araşdırılmalıdır. Sovet dövründən miras qalmış bağça modeli uşaqlar üçün tam gündüz qayğısını, gündə bir neçə dəfə qidalanmanı və təmirli binalarda təhsil mühitini təmin edirdi. Lakin bu model müasir iqtisadi və sosial şəraitdə davamlı deyil. Bahalı xidmətlərin və infrastrukturun tələb olunması yeni bağçaların açılmasını əngəlləyir və mövcud resursların qeyri-effektiv istifadəsinə səbəb olur. Hökumətin 100 min uşaq üçün əlavə bağçalar açmaq planı bu çətinliklərin həllini tələb edir”. 

Ekspertin sözlərinə görə, bu vəziyyətdə bələdiyyə və icma əsaslı bağça modellərinin tətbiqi daha səmərəli bir yanaşma ola bilər: 

“Bu modellər kiçik miqyasda fəaliyyət göstərən, daha az maliyyə resursu tələb edən və yerli icmaların ehtiyaclarına uyğun şəkildə təşkil olunan bağçaları əhatə edir. Bələdiyyə bağçaları dövlətin böyük miqyaslı infrastruktura sərf etdiyi vəsaiti azaltmağa və məktəbəqədər təhsil xidmətlərini genişləndirməyə imkan verir. Dünya təcrübəsində, xüsusilə Skandinaviya ölkələrində icma əsaslı məktəbəqədər təhsil modelləri uğurla tətbiq olunur və resursların effektiv istifadəsini təmin edir”. 

Ekspertin fikrincə, bağçaların bir uşağın saxlanılması üçün dövlətə nə qədər başa gəldiyini dəqiq müəyyən etmək üçün xərclərin detallı təhlili tələb olunur: 

“Xərclərə qidalanma, tədris materialları, müəllimlərin əməkhaqqı, təmir və infrastrukturun saxlanılması daxildir. Dünya Bankının hesabatlarına əsasən, inkişaf etməkdə olan ölkələrdə bir uşağın məktəbəqədər təhsili üçün orta illik xərc 1000-2000 ABŞ dolları arasında dəyişir. Azərbaycanda bu göstəricinin təqribən oxşar olması ehtimal olunur, lakin xərclər mövcud resursların idarəedilmə səmərəliliyindən və yerli şərtlərdən asılı olaraq dəyişə bilər. Daha qənaətcil bir yanaşma üçün dövlət-özəl tərəfdaşlıq modelləri də tətbiq oluna bilər. Bu modeldə dövlət və özəl sektor arasında məsuliyyətlərin bölüşdürülməsi, xidmətlərin keyfiyyətini qoruyaraq xərcin azaldılmasına imkan yaradır. 

Eyni zamanda, mobil bağçaların yaradılması, xüsusilə ucqar ərazilərdə uşaqların təhsil almaq imkanlarını genişləndirə bilər. Mobil bağçalar kiçik kəndlərdə mövcud infrastruktura əsaslanaraq fəaliyyət göstərir və uşaqlara erkən təhsil imkanları təqdim edir. Nəticə olaraq, məktəbəqədər təhsilin genişləndirilməsi, bağçaların artırılması üçün müasir və qənaətcil modellərə keçid vacibdir. 

Bələdiyyə və icma əsaslı bağçalar, dövlət-özəl tərəfdaşlıq yanaşmaları və mobil təhsil mərkəzləri kimi alternativlər ölkəmizdə məktəbəqədər təhsilin əlçatanlığını və səmərəliliyini artırmağa imkan verə bilər. Bu yanaşmalar, həm dövlət büdcəsinə olan yükü azaldacaq, həm də uşaqların daha geniş təhsil imkanlarına çıxışını təmin edəcək. Təhsilin erkən mərhələlərində qoyulan investisiyalar uzunmüddətli perspektivdə ölkənin insan kapitalının güclənməsinə və sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək”. 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri