Icma.az
close
up
RU
“Uşaqlarımıza sosial media vasitəsilə faydalı məlumatlar əldə etməyi öyrətməliyik”

“Uşaqlarımıza sosial media vasitəsilə faydalı məlumatlar əldə etməyi öyrətməliyik”

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Müasir dövrdə sosial medianın uşaqların, xüsusilə yeniyetmələrin psixoloji vəziyyətinə təsiri danılmazdır. Buraya təkcə “YouTube”, “Instagram” və digər sosial şəbəklər deyil, həm də uşaqların, yeniyetmələrin daxil olduğu, qeydiyyatdan keçdiyi və oynadığı müxtəlif oyunlar, yarışlar da daxildir. Bunun mənfi təsirlərindən biri də uşaqların getdikcə birtərəfli ünsiyyətə alışmasıdır. Belə ki, bu uşaqların psixikası ilə bərabər nitqinə də təsir edir. Hətta media ikinci tərbiyə növü kimi bir çox hallarda insanların, xüsusilə yeniyetmələrin və gənclərin həyatına təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, gənclər, yeniyetmələr çox zaman sosial mediadagördüyü, bəyəndiyi fenomenin həyatını izləyir zamanla onun kimi yaşamaq istəyir, onun stilini öz həyatına, yaşantısına tətbiq etməyə başlayır: “Bu da artıq yeniyetmənin ailəsi ilə arasında ziddiyətin yaranmasına gətirib çıxarır. Ailəsi onun bu istəyini aqressiya ilə qarşılayır ki, bu ailədaxili konfliklərə gətirib çıxarır. Belə hallar da çox zaman uşaqlarda ailəsi tərəfindən sevilməmək, diqqət görülmədiyi hissinin formalaşmasına gətirib çıxarır.

Valideynlər bu dönəmdə kompromisə gəlməyi bacarmalı, övladına qarşı aqressiv davranmamağa çalışmalı və fikirlərini onun başa düşəcəyi şəkildə izahetməli və ən əsası ortaq bir məxrəcə gəlməyi bacarmalıdır. Həmçinin bu dönəmlərində valideynlər övladını nəzarətdə saxlamalı, baxdığı filmlərə, izlədiyi sənət insanlarına, münasibət qurduğu insanlara diqqət etməlidirlər. Əksinə, valideynlər övladına sosial medianın faydalı tərəflərindən danışmalı və onunla birlikdə üçün öyrədici, maarriflənəcəyi kontetlər axtarıb onlardadan yeni bilgilər öyrənməsinə, yararlanmasına kömək etməlidir. Bununla həm onlar birlikdə maraqlı zaman keçirə bilər, həm də faydalı məlumatlar əldə edərlər. Çünki, bilirik ki, sosial medianın zərərli tərəfləri olduğu kimi faydaları tərəfləridə var. Valideynlər bütün bunları nəzərə almalı və övladının çətin dönəmində ona dəstək olmalı, onların fikirlərinə bir şəxsiyyət kimi hörmət etdiklərini hiss etdirməli və bir yerdə ortaq məxrəcə gəlməlidirlər. Biz texnologiyanı yox edə və ya uşaqlarımıza ondan istifadəni tamamilə qadağa qoya bilmərik. Bu da düzgün bir yanaşma deyil. Biz uşaqlarımıza sosial media vasitəsilə faydalı məlumatlar əldə etməyi, ondan yaxşı mənada yararlana bilməyi öyrətməliyik.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Dekabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri