Icma.az
close
up
RU
Uşaqlarımızı niyə hakim, prokuror, polis rəisi kimi görmək istəyirik?

Uşaqlarımızı niyə hakim, prokuror, polis rəisi kimi görmək istəyirik?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Etibar Əliyev

Fəlsəfə üzrə fəlsəfə doktoru, keçmiş millət vəkili

Biz necə “şair”, “filosof”, “psixoloq”, “riyaziyyatçı” oluruq?

Bu işin nizamı varmı?

Bəli, var! Bioqrafiyaları oxuduqca buna əmin olursan. Şair, riyaziyyatçı, filosof, psixoloq olmaqda təhsilin kiçik payı var. Əsas məsələ uşaq vaxtından istedadı aşkarlamaqdır. Bunu ya valideyn etməlidir, ya da məktəb. Bizdə isə hər iki institutun gücü yetərsizdir. Riyaziyyatçı, kimyaçı, fizik şeir yazır. Bu o deməkdir ki, onlar peşələrinə hörmətsizlik edirlər. Şeiri də gözdən salırlar. Yaxud bəziləri fəlsəfədən, psixologiyadan dissertasiya yazdırır və özlərini “filosof” yaxud “psixoloq” adlandırırlar.

Bütün böyük riyaziyyatçılar, fiziklər və filosoflar uşaq vaxtlarından qeyri-adi istedada malik olublar. Gənc yaşlarından kəşflərə imza atıblar. Alimlik dərəcəsi onları maraqlandırmayıb və bununla öyünməyiblər. Bizdə isə əsas məsələ alimlik dərəcəsidir. Bunu aldıqdan sonra vəzifə eşqinə düşürük.

Böyük alimlərin universiteti babaları və atalarının kitabxanası olub. Dahi Herman Hesse yazır ki, “Mən 25 yaşına qədər babamın kitabxanasından 5000 kitab oxumuşdum”. Bakılı nəhəng fizik Landau, bəşəriyyətin böyük riyaziyyatçısı Gelfand 13 yaşından özlərinə peşə tapıblar. Belə misalların sayı n qədərdir.

Biz təbiət elmlərində uşaqların fitri istedadını söndürürük. Uşaqlarımızı hakim, prokuror, polis rəisi, gömrük generalı kimi görmək istəyirik.

Bizim cəmiyyət çox tez aldanandır. Biri çıxıb fəlsəfədən moizə oxuyur. Düşünmürlər ki, bu necə filosof olub? Yunanı, almanı bilirmi? Hansı fəlsəfi məktəbin nümayəndəsidir? Heç olmasa Aristoteli, Kantı, Haydeggeri və digər böyük filosofları oxuyub, başa düşübmü? Aldanmaq mütaliənin darlığı ilə bağlıdır.

Bizim cəmiyyətin sadəlövhlüyü ilə bağlı bir misal deyim.

İlham Mirzəyev Mədəniyyət və İncəsənət Universitetini bitirib. Sonra “psixologiya” elmindən kimsə buna dissertasiya yazıb. Psixologiya üzrə fəlsəfə doktoru! Vahiməli səslənir, elə deyilmi? Bundan istifadə edən İlham əmi dərhal “Psixoloji yardım” klinikası yaratdı. Və minlərlə insan onun qəbuluna yazıldı.

İlham Mirzəyev tip filosoflara da rast gəlirik. Vaxtilə elmi kommunizm, dialektik materializm müəllimləri fəlsəfəni urvatsız bir elm etdilər. İndi isə fəlsəfəni yalnız dinə bağlamaqla bunu edirlər. Əvvəl ateistlər, sonra isə dindarlar bu gözəl elmi tamamilə mənasızlaşdırdılar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 İyul 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri