Uşaqların boy və çəkiləri birbiri ilə mütənasib olmalıdır
Icma.az bildirir, Saglamolun portalına istinadən.
“Boyun uzanması uşaq və yeniyetməlik dövrünün problemidir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib.
"Sümüklərdə yerləşən və “böyümə zonaları” adını verdiyimiz qığırdaq toxumasındakı hüceyrələrin müxtəlif amillərin təsiri ilə (xüsusilə boy hormonu, qalxanvari vəzi hormonları və cinsiyyət hormonlarının) bölünüb çoxalması nəticəsində uzununa böyümə baş verir. Təbii ki, genetik xüsusiyyətlər, qidalanma, sosial-ekonomik status, ətraf mühit və digər amillər də boyun uzanmasına təsir göstərir. Yaş ötdükcə böyümə zonaları tədricən sümükləşir və cinsi inkişaf dövrünün sonunda tamamilə bağlanır.
Uşaqların boy və çəkiləri bir-biri ilə mütənasib olmalıdır. Bu nisbəti müəyyən etmək üçün qəbulolunmuş normativ cədvəllər mövcuddur. Pediatr müayinəsində bu cədvələ əsasən inkişaf xətti izlənir. Belə cədvəllər aşkar patologiyaları müəyyən etməyə imkan verir, daha dəqiq təhlil üçün həkim xüsusi düsturlardan istifadə edərək əlavə göstəriciləri hesablayır”,-deyə o bildirib./xezerxeber.az
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 16 Noyabr 2024 03:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















