Icma.az
close
up
RU
Uşaqların həddən artıq çox yüklənməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərir AÇIQLAMA

Uşaqların həddən artıq çox yüklənməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərir AÇIQLAMA

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məktəblərdə dərs yükünün həddindən artıq çox olması və dərslərin məzmun baxımından ağır, bəzi hallarda isə ali təhsil səviyyəsinə yaxın tədris olunması hazırda təhsil sistemində ən çox tənqid edilən məsələlərdəndir.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov Sherg.az-a açıqlamasında bildirib ki, təhsil səviyyələri üzrə həftəlik dərs və dəstəklənən məşğələ saatlarının ümumi miqdarı ümumtəhsil dövlət standartlarının 11-ci maddəsində öz əksini tapıb: 


“Hazırkı vəziyyətdə dərs yükünün çox olması və yaxud da az olmasına görə Kamran müəllim, digər mütəxəssislərlə bərabər bununla bağlı vaxtaşırı olaraq təkliflər veririk. Amma məsələ odur ki, bu proses qanunvericiliklə tənzimlənir. Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci  il tarixli 361 saylı qərarı ilə təsdiq olunan Ümumtəhsil dövlət standartlarında göstərilib. Eyni zamanda, dərs saatlarının ümumi miqdarı ilə bağlı Nazirlər Kabinetinin başqa bir qərarı da var. 3 avqust 2012-ci  il tarixli şagird yerləri və sanitar gigiyenik normalar haqqında normativlər bölməsində orada da qeyd olunur. Yəni hal hazırkı siniflər üzrə tədris planında olan dərs yükü qanuna zidd deyil. Amma mütəxəssis olaraq mən də elə fikirləşirəm ki, tədris prosesində uşaqların həddən artıq çox yüklənməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Arzu edərdik ki, tədris planında dərsdənkənar məşğələlərin təyinatı üzrə keçirilməsinə diqqət edilsin, dərsliklər daha uyğun və metodika əlçatan olsun. Mən düşünürəm ki, Azərbaycan müəlliminin peşəkarlığı yüksək səviyyədə olarsa və müasir təlim metodlarından, təlim strategiyalarından səmərəli şəkildə istifadə etməyi bacararsa, dərsliklər əlçatan olarsa, bu gün dərs saatlarının çox olmasının ağırlığını şagirdlər hiss etməz. Bu gün dərs saatlarının ağırlığını harada hiss edirik? Müəllim peşəkarlığı lazım olan səviyyədə deyil, dərsliklər bərbad gündədir, metodologiyalar yox səviyyəsindədir. Olan metodologiyaları isə müəllimlər tətbiq edə bilmirlər. Nəticə etibarilə görürük ki, bu gün tədris planında olan saatlar şagirdlərə ağırlıq edir. Həmçinin kölgə təhsili olan reptitorluq və reptitorların verdiyi tapşırıqlar problemlər yaradır. Azərbaycan təhsilində ən birinci problem müəllim peşəkarlığıdır. İkinci dərsliklərdir metodologiyalardır. Daha sonra tədris planındakı olan saatların miqdarıdır.  Biz daha böyük problemləri həll etmədən nisbətən kiçik problemlərin həlli ümumi keyfiyyətə müsbət təsir göstərməyəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 May 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri