Icma.az
close
up
RU
Zərərli cizgi filmləri uşaqların psixologiyasına necə təsir edir? RƏYLƏR

Zərərli cizgi filmləri uşaqların psixologiyasına necə təsir edir? RƏYLƏR

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cizgi filmləri hər bir uşaqlığın ayrılmaz hissəsidir və əlbəttə ki, balacalar üçün, həm də böyüklər üçün ən populyar əyləncə növüdür. Cizgi filmləri hər bir uşaqlığın ayrılmaz hissəsidir və əlbəttə ki, kiçiklər üçün, həm də böyüklər üçün ən populyar əyləncə növüdür. Cizgi filmləri vasitəsilə uşaqlar ətraf aləm, öz emosiyaları, müxtəlif situasiyalarda yarana biləcək problem və maneələr, fantaziya, reallıq, dostluq və məsuliyyət haqqında məlumat əldə edə bilərlər. Tədqiqatçılar vurğuladılar ki, ətraf mühit, uşaqların qəbul etdiyi nümunələr və müşahidə etdikləri şeylər ardıcıl olaraq onların sonrakı davranışlarına təsir edir. Müassir dövrümüzdə isə uşaqlar xarici cizgi filmlərinə daha çox baxırlar. Məsələ ilə bağlı SİA psixoloq və yazıçı-kultroloqun fikrlərini öyrənməyə çalışıb.

"Cizgi filmləri zəmanəyə uyğun olaraq uşaqlarin marağına görə çəkilir. Tez hərəkətli tez-tez kadr dəyişən rəngli və qeyri adi obrazlardan ibarət personajlarda olurlar . Valideynlər bir baş açmasalarda onlardan uşağların marağına səbəb olurlar. Çünki digital dünyada bunlarin olmasi normaldır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizmaova deyib.
Onun sözlərinə görə,valideynlər buna qeyri-adi baxıb uşaqlara qadağalar qoymaq əvəzinə, bunu qəbul etmələri yaxşı olar. Artıq uşaqlar keçmişdə bizim baxdığımız keçmiş cizgi filmlərinə baxmırlar, onlar dövrümüzün cizgi filmlərinə daha maraqla izləyirlər. Bunun səbəbi isə keçmiş cizgi filmlərində standart obrazlar və yavaş hərəkətlilik uşaqların marağını kəsb etmir: "Biz isə uşaqları bu məsələ ilə bağlı qınaya bilmərik ki, məhz niyə keçmiş cizgi filmlərinə yox yeni cizgi filmlərinə baxırsan. İkinci mərhələdə isə uşağın gözündə bu məsələni böyüdüb, ciddiləşdirib, uşağı qorxutmaqdansa, əksinə daha az reaksiya verərək sakitliyimizi qorumaq lazımdır. Bəs bu cizgi filmlər uşaqların psixologiyasına necə təsir edir? Bu məsələ ilə bağlı onu qeyd etmək istəyirəm ki, bu sualı əksinə vermək lazımdır ki, uşağın psixologiyasında nə baş verir ki, sırf bu cizgi filminə baxmaq istəyir. Çünki müxtəlif cür cizgi filmləri var və müxtəlif mesajları ötürən cizgi filmləri var. Qorxu, şiddət, mehribançılığı və sakitliyi ötürən cizgi filmlər var. Yəni fərqli cizgi filmləri var. Niyə uşaqlar sırf o tipli cizgi filmlərə baxır və o cizgi filmlərlərlə qidalanır. Məsələn əksidə olur ki, uşaqlar rahat şəkildə yaşayırlar, yəni qorxu ilə bağlı problemləri yoxdur. Onlara qorxu ötürən cizgi film maraqlı gəlir. Çünki orada heç zaman yaşamadığı qorxuları hiss edir. Yəni sırf o adı verməklə lazım deyil ki, buna baxırsa deməli dünyanın sonudu, bu uşağın psixası getdi və s problemlər yarandı. Bu problemlərin səbəbini tapdıqdan sonra valideynlər rahat ola bilər ki, uşağın baxdığı və maraq göstərdiyi videolara və ya cizgi filminə rahatlıqla qəbullansın. Sonda onu qeyd etmək istəyirəm ki valideynlər nə özlərini nədə uşaqlarını qorxutmağa bu qədər ehtiyyac yoxdur. Uşaq cizgi filmlə tərbiyələnmir, ailə tərəfindən tərbiyələnir".

Mövzu ilə bağlı yazıçı-kultroloq Aydın Xan Əbilov SİA-ya açıqlamasında bildirib ki, "Nə qədər qəribə səslənsə də, əvvəllər mutfilim indi isə cizgi filmlər adlandırdığımız sənət nümunəsi artıq tarixə qovuşmuşdur. Çünki birincisi onun böyük auditoriyası artıq yoxdur. İkinci məsələ isə əl ilə çəkilmiş rəsm əsərləri, daha sonra kuklalar vasitəsi ilə çəkilmiş cizgi filmləri 21-ci əsrin süni-intellekti ilə həm formalaşan, həm zövqü dəyişən yeni nəsil nümayəndələrinə bir o qədər də, maraqlı görsənmir".

Onun sözlərinə görə, sosial şəbəbkələr, müxtəlif internet saytları, müxtəlif proqramlar var, kompüter oyunları var ki, onlar artıq cizgi filmlərini əvəzləyirlər. Sözsüz ki, cizgi filmləri bir bədii sənət nümunəsi olaraq uşaqların psixologiyasının formalaşmasında, onların estetik zövqünün yüksəlməsində çox böyük rolu var. Uşaqlar məhz cizgi filmləri vasitəsi ilə ata, anadan, yaxınlarından ala bilmədikləri canlı ünsiyyəti almağa çalışırlar. Razılaşaq ki, kapitalizmdir və biz uşaqlarımızı çox vaxt əlində planşet, smartfon, kompüter əlində saxlayıb, özümüz ya işə gedirik, ya o biri otaqda dostlarımızla sosial şəbəkə də, yazışırıq. Əvvəllər uşaqlarımıza laylalar çalınırdısa, indi bu laylaları məhz smartfonda hansısa xarici cizgi filmləri əvəz etməyə başlayıb. Uşaq psixologiyası hələ formalaşmamış, uşağın zövqü, dünya görüşü hələ oturuşmamış biz onlara əcnəbi dilində xaricilərin çəkmiş olduğu xaricilər üçün məqbul olan, lakin bizim üçün məqbul sayılmayan cizgi filmləri təqdim edirik. Çünki yerli və milli Azərbaycan cizgi filmləri demək olar ki, çəkilmir, çəkilənlərdə ya nümayiş olunmur, ya da geniş zallarda göstərilmir. Televiziyalar tərəfindən bu cizgi filmləri iqnor olunur, yəni göstərilmir. Uşaqlarda indi bilirsiniz ki, televizrodan daha çox smartfonlara, planşetlərə üstünlük verirlər. Biz nəyisə ortaq bir məxrəc tapmalıyıq. Yəni klassik cizgi filmindən, keçid almalıyıq kompüter oyunlarına, kompüter tətbiqlərinə, uşaqların dünya görüşünü artıran saytların yaradılmasına daha çox üstünlük verməliyik. Necə ki, kağız kitabda yazılmış, əl yazma şəkilndə yazılan yazılar demək olar ki, məktəbdən başqa heç bir yerdə yazılmır və oxunmur. O cümlədən də, cizgi filmlərdə artıq 21-ci əsrin nə qədər təəssüflə desək də artıq bədii sənət nümunəsi deyil. Yəni meydan tamaşaları, yaxud keçmişdə xan oyunları kimi indi də cizgi filmləri artıq tarixə qovuşmuşdur. Çıxış yolu varmı? Çıxış yolu qeyd etdiyim kimi ən yeni qabaqcıl texnologiyalarla yaranlanmaqla, insanları, uşaqları maraqlandıra biləcək yalnız bir və ya iki hissəli film yox, serial cizgi filmlərinin çəkilişini təmin etməliyik. Amerikada, Yaponiyada, Koreyada, Türkiyədə serial tipli cizgi filmlərinin nümunəsi çoxdur. Bizim ölkəmizdə də, bu tipli cizgi filmlər çəkilsə daha yaxşı olar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Aprel 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see252

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see240

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see203

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see198

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see191

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see172

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see166

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see166

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see150

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see143

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see141

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see136

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see135

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri