Icma.az
close
up
RU
Uşaqların sağlamlığına risk yaradan halların qarşısının alınması üzrə Nazirlik və Agentliyə rəsmi müraciət olunub

Uşaqların sağlamlığına risk yaradan halların qarşısının alınması üzrə Nazirlik və Agentliyə rəsmi müraciət olunub

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Avstraliyanın paytaxtı Kanberrada məktəblərdə istifadə olunan rəngli oyun qumlarında "tremolit" adlı asbest növü aşkarlanıb. Avstraliya Rəqabət və İstehlakçı Komissiyasının apardığı laboratoriya testləri nəticəsində təhlükəli maddənin varlığı təsdiqlənib. Nəticədə ilkin olaraq 24 məktəb, 6 uşaq bağçası, 70 dövlət məktəbi müvəqqəti bağlanıb. ACT hökuməti və Təhsil Nazirliyi təhlükənin az olmasın baxmayaraq, ehtiyat tədbiri olaraq bu addımı atıb. Təhsil naziri Yvette Berry bu sahədə ölkədə ən sərt qanunların olduğunu bildirib. Bu riskin kiçik olduğunu bilsə də, qanunlara uyğun olaraq təhlükəni minimuma endirməyə çalışdıqlarını bildirib.Azərbaycan məktəblərində istifadə olunan bu kimi zərərli materialların tərkibi ilə bağlı monitorinqlər aparılırmı?Uşaqların sağlamlığına risk yarada biləcək hallarının qarşısını almaq üçün hansı addımlar atılır?Şagirdlərin sağlamlığı ilə bağlı profilaktik tədbirlər görülürmü. Xüsusilə qrip, respirator infeksiyalarla bağlı erkən xəbərdarlıq və müdaxilə mövcuddur?

Yaranan suallara cavab tapmaq üçün Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib ki, toksikoloji-gigiyenik sahədə müvafiq tədbirlərin görülməsi üçün Elm və Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə tapşırıqlar verilib: “Ölkəyə idxal olunan və ölkə ərazisində istehsal edilən bütün mal və materiallar Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən yoxlanılır və sertifikatlaşdırılır. Uşaqların sağlamlığına risk yarada biləcək halların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, həmçinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü və 17-ci maddələrinə əsasən, məktəbəqədər və ümumi təhsil müəssisələrində istifadə olunan məhsulların gigiyenik sertifikat və ya toksikoloji-gigiyenik rəylərinin mövcudluğunun araşdırılması, eləcə də bu sahədə müvafiq tədbirlərin görülməsi üçün Elm və Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə tapşırıqlar verilib.

Uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə icbari dispanserizasiya müntəzəm qaydada həyata keçirilir. Pediatriya xidməti və sanitariya nəzarəti tərəfindən uşaq və yeniyetmələr arasında xəstəliklərin profilaktikası istiqamətində sistemli tədbirlər aparılır.

Hər il payız-qış mövsümünün başlanması ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən kəskin respirator xəstəliklərə qarşı əksepidemik tədbirlər görülür və qrip əleyhinə vaksinasiya kampaniyasına start verilir”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Noyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri