Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?

Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma başlayıb. İlkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib. Bildirilib ki, hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində yeniyetmənin "Roblox" oyun platformasında qarşılaşdığı, onun psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı müəyyən olunub.

Milli.Az xəbər verir ki, bu kimi hallar ilk deyil, onlayn oyunların uşaqlara təsiri hər gün daha da güclənir. "Roblox"un uşaqlar üçün təhlükəsizliyi isə valideynlər arasında suallar yaradır.

Platformada milyonlarla insanın bir araya gəlməsi kibercinayətkarların da diqqətini çəkir. Fırıldaqçılıq, hesabların ələ keçirilməsi, şəxsi məlumatların oğurlanması və uşaqlara qarşı təhlükəli davranışlar əsas risklər sırasında göstərilir.

Bəs, "Roblox"dakı əsas təhlükələr nələrdir?

Platformada istifadə olunan Robux adlı virtual valyuta kibercinayətkarların maraq dairəsindədir. İstifadəçilər Robux vasitəsilə müxtəlif virtual əşyalar və funksiyalar əldə edə bilirlər. Bu səbəbdən fırıldaqçılar uşaqları "pulsuz Robux" vədləri ilə aldada bilərlər.

Ən çox rast gəlinən üsullardan biri saxta ticarət təklifləridir. Fırıldaqçı qarşılığında müəyyən əşya və ya Robux vəd etsə də, razılaşmadan sonra əldə etdiyini geri qaytarmaya bilər.

Digər təhlükə isə fişinq yolu ilə hesabların ələ keçirilməsidir. İstifadəçiyə saxta keçid göndərilir və ondan hesab məlumatlarını daxil etməsi tələb olunur. Məlumatlar əldə edildikdən sonra hesabdakı Robux və digər qiymətli virtual əşyalar oğurlana bilər.

Bəzi hallarda isə istifadəçilərdən brauzerin texniki bölməsinə müəyyən kodlar yerləşdirmələri istənilir. Guya pulsuz Robux qazandıracağı vəd edilən bu üsullar hesab məlumatlarının oğurlanmasına səbəb ola bilər.

Uşaqların platformada tanımadıqları şəxslərlə ünsiyyəti də ciddi risklərdən biridir. Fırıldaqçılar uşaqlardan ad, yaş, yaşadığı yer, doğum tarixi və digər şəxsi məlumatları öyrənməyə çalışa bilərlər.

Bəzən bunu birbaşa suallarla deyil, müxtəlif oyunlar, saxta sorğular və hədiyyə vədləri ilə həyata keçirirlər. Uşaqlar təhlükənin fərqinə varmadan şəxsi məlumatlarını qarşı tərəfə ötürə bilərlər.

"Roblox"un sosial imkanları uşaqların tanımadıqları şəxslərlə əlaqə saxlamasına şərait yarada bildiyi üçün platformada fırıldaqçıların olması da valideynlərin əsas narahatlıqlarındandır.

Platforma bu riskləri azaltmaq üçün müəyyən məhdudiyyətlər tətbiq edir. Məsələn, bəzi sosial funksiyalar məhdudlaşdırılıb, uşaqları təhlükəyə atan cinsi və romantik məzmunlara qarşı qadağalar mövcuddur.

Bununla belə, təhlükələrin tamamilə aradan qalxdığını düşünmək olmaz. Pis niyyətli şəxslər uşaqlarla əlaqə yaratmaq və onları daha az nəzarət olunan platformalara yönləndirmək üçün müxtəlif üsullardan istifadə edə bilərlər.

Valideynlər uşaqları necə qoruya bilər?

Mütəxəssislər uşağın "Roblox"dan istifadəsinə icazə veriləcəyi halda valideyn nəzarətinin vacib olduğunu bildirirlər.

İlk növbədə hesabı valideynin özü yaratması və məxfilik parametrlərini yoxlaması tövsiyə olunur. Uşağın kimlərlə əlaqə saxlaya biləcəyinə məhdudiyyət qoymaq da təhlükəsizliyi artırır.

Hesabı valideynin elektron poçt ünvanına bağlamaq, iki mərhələli doğrulamanı aktivləşdirmək və uşağın platformada etdiyi alış-verişlərə nəzarət etmək də mühüm addımlardır.

Bundan başqa, uşağın "Roblox"dan ümumi məkanlarda, məsələn, ailə üzvlərinin olduğu otaqda istifadə etməsi valideynə onun onlayn fəaliyyətini daha yaxşı izləməyə imkan verə bilər.

Ən vacib məqam isə uşağa internet təhlükəsizliyi qaydalarını izah etməkdir. Ona tanımadığı şəxslərlə şəxsi məlumatlarını paylaşmamaq, şübhəli keçidlərə daxil olmamaq və "pulsuz Robux" kimi real görünməyən təkliflərə inanmamaq öyrədilməlidir.

Nəticə etibarilə, "Roblox"u tamamilə təhlükəsiz və ya tamamilə təhlükəli platforma kimi qiymətləndirmək düzgün deyil. Platformanın yaratdığı risklər əsasən istifadəçinin davranışından və tətbiq edilən təhlükəsizlik tədbirlərindən asılıdır.

Valideyn nəzarəti və uşağın düzgün məlumatlandırılması bu riskləri əhəmiyyətli dərəcədə azalda bilər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Sentyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri