“Uşaqların süni intellektdən istifadəsinə məhdudiyyətlər olmalıdır” Ceyhun Məmmədov
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Uşaqların erkən yaşda sosial şəbəkələrdən və planşet, telefonlardan istifadəsi aktual problem kimi gündəmdədir. Bizdə də bu məsələ müzakirə olunur. Uşaqların internetdən, süni intellektdən istifadəsi ilə bağlı qanunvericilik istiqamətində tənzimləyici addımın atılmasına ehtiyac var, müəyyən məhdudiyyətlər olmalıdır".
Bizim.Media xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov "Yeni reallıqlar, yeni həllər: uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi" mövzusunda keçirilən ictimai müzakirədə jurnalistlərə açıqlamasında deyib.
Deputat bildirib ki, qanunla yanaşı maarifləndirmə və təbliğat işləri də aparılmalıdır:
"Hüquqi tənzimlənmə ilə yanaşı buna da diqqət etməliyik.Valideynlər özləri şüurlu şəkildə bundan çəkinməli və bu istiqamətdə fəal iş aparılmalıdır. Həmçinin, medianın da rolu önəmlidir. Biz süni intellektin istifadəsi ilə bağlı qanun qəbul etməliyik. Milli-mənəvi dəyərlərin qorunması ilə bağlı bir proqramın qəbulu məsələsini də həmçinin parlamentdə səsləndirmişəm. Biz bir müddətdən sonra bu prosesin hardasa sərt formada tənzimlənməsini nəzərdən keçirməliyik. Təklifkərə müsbət reaksiyalar verilib".
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Dekabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















