Icma.az
close
up
RU
“Müəllimlər geyimlərinə diqqət etməli, şagirdlər üçün nümunə olmalıdır” CEYHUN MƏMMƏDOV

“Müəllimlər geyimlərinə diqqət etməli, şagirdlər üçün nümunə olmalıdır” CEYHUN MƏMMƏDOV

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsanlar arasında müəllimlərin geyimləri müzakirələrə səbəb olub. Bəzi hallarda müəllimlərin məktəbə uyğun deyil, daha çox sosial şəbəkə trendinə uyğun geyindiyi düşünülür.

Bəs müəllimlərin geyimi necə olmalıdır və şagirdlərdə olduğu kimi müəllimlər üçün də vahid geyim tətbiq edilməlidirmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov vurğulayıb ki, müəllimlərin vahid geyim formasına keçməsinə ehtiyac yoxdur:

“Bu mövzu ilə bağlı müzakirələr bir neçə gündür davam edir və bəzi şərhlər diqqət çəkir. Azərbaycanda müəllimlər hər zaman geyimlərində rəsmi üsluba üstünlük veriblər. Xüsusilə orta və yaşlı nəsil müəllimlər səliqəli və rəsmi geyimə daha çox önəm verirlər.

Müəllimlərin vahid geyim formasına keçməsi lazım deyil, çünki dünyada belə bir praktika geniş yayılmayıb. Əsas məsələ müəllimlərin rəsmi və səliqəli geyimə diqqət yetirməsidir.

Müəllimlər dar köynək, dar şalvar, qısa ətək, açıq sinə paltarı və ya toy paltarı ilə məktəbə gəlməməlidirlər. Bu qaydalar məktəbin daxilində tənzimlənməli və məktəb rəhbərləri tərəfindən daim nəzarətdə saxlanmalıdır”.

Deputat əlavə edib ki, məktəb rəhbərləri bu mövzuya ciddi diqqət göstərməlidir:

“Bəzi tədbirlərdə və sosial şəbəkələrdə müəllimlərin qeyri-adi geyimlərinə rast gəlinir ki, bu həm narahatlıq yaradır, həm də anlaşılan deyil. Müəllimlərə tövsiyə olunur ki, geyimlərinə diqqət yetirsinlər, çünki müəllim şagird üçün nümunədir. Şagirdlər müəllimlərin geyim tərzini izləyərək öz davranışlarını formalaşdırırlar.

Təsəvvür edin ki, yuxarı sinif şagirdlərinə dərs deyən müəllim dar və ya qısa paltarda dərsə gəlir. Bu yaşdakı şagirdlər artıq yetkinliyə çatmış və bir çox halları dərk edə bilirlər. Belə hallarda müəllimin geyimi onların psixologiyasına və düşüncəsinə təsir göstərə bilər.

Bu səbəbdən hər bir müəllim öz geyiminə nəzarət etməli, məktəb rəhbərləri isə bu məsələyə ciddi diqqət yetirməlidir ki, belə problemlər yaranmasın”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Sentyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri