Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır Araşdırma
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 1 oktyabr, AZƏRTAC
Smartfon və süni intellekt uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, ekran qarşısında keçirilən uzun saatlar və rəqəmsal dostlara artan maraq real insan münasibətlərini kölgədə qoya bilər.
AZƏRTAC İtaliyanın “Askanews” informasiya agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Karolina Fondu araşdırma aparıb. Tədqiqata əsasən, hər dörd yeniyetmədən biri emosional çatbotlardan istifadə edir. Hər üç gəncdən biri isə rəqəmsal dost axtarır. Araşdırmada gənclərin gündə 8-12 saat internetdə vaxt keçirdiyi də müəyyənləşib.
Mütəxəssislərin diqqət çəkdiyi məqamlardan biri isə yeniyetmələrin süni intellektlə emosional ünsiyyət qurmasıdır. Çatbotlar onları mühakimə etmir, dinləyir və bəzi hallarda yeniyetmələr tərəfindən dost kimi qəbul edilir.
Karolina Fondunun baş katibi İvano Zoppi bildirib ki, uşaqların rəqəmsal dünyada təhlükəsizliyi yalnız qadağalarla təmin edilə bilməz. Onun sözlərinə görə, valideynlərin uşaqları dinləməsi, onlarla vaxt keçirməsi və birlikdə oynaması daha vacibdir.
Bu səbəbdən Fond ailələr üçün telefonsuz vaxt keçirməyə yönəlmiş xüsusi tədbir təşkil edib. Tədbir zamanı valideynlər və uşaqlar birgə oyunlara qatılaraq həm əylənib, həm də real ünsiyyətin əhəmiyyətini təcrübədən keçiriblər.
Mütəxəssislər hesab edirlər ki, uşağın rəqəmsal dünyada sağlam münasibət qurmasının əsas yollarından biri onun real həyatda özünü dinlənilən, başa düşülən və dəyərli hiss etməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 01 Oktyabr 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















