Icma.az
close
up
RU
Uşaqların tərbiyəsi üçün cərimə çıxış yolu deyil

Uşaqların tərbiyəsi üçün cərimə çıxış yolu deyil

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisdə qəbul edilən yeni yanaşmaya görə, uşağı “tərbiyə etmək məqsədilə” fiziki təsir göstərən və psixoloji olaraq sıxışdıran valideyn və müəllim cərimələnəcək.

 Yeni dəyişiklik İnzibati Xətalar Məcəlləsinin  525-1-ci maddəsində əksini tapıb. Valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə ediləcək.

Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Mövzu ətrafında müzakirələr başlayıb.
Bu müzakirələr cəmiyyət üçün aktual, hər gün müxtəlif fəsadlara səbəb olan və həllini çoxdan gözləyən bir problemin artıq yüksək səviyyədə etirafıdır.

Sual yaranır:Biz problemi həll edirik, yoxsa sadəcə nəticəni cəzalandırırıq?
Təhsil eksperti Vahid Tağıyev Modern.az-a bildirib ki, bu gün şagirdin davranışı yalnız ailədə formalaşmır.

“Uşağın dünyası telefon ekranındadır, sosial şəbəkələrdədir, nəzarətsiz informasiya axınındadır. Bunların təsiri altında olan həmyaşıdları ilədir. O, gördüyünü təqlid edir. Bəs bu mühitin qarşısını almadan, bu təsirləri zəiflətmədən yalnız valideyni və müəllimi cərimələməklə nəyi dəyişəcəyik?

Bizim əsrlərlə formalaşmış tərbiyə dəyərlərimiz var: ailə, hörmət, böyüyə ehtiram, məsuliyyət hissi… Bu dəyərlər bu gün sarsılır. Bu artıq təkcə sosial məsələ deyil — milli məsələdir.

Məktəb əvvəlki kimi tərbiyə ocağı ola bilirmi?

Günümüzün reallığı budur ki, məktəbdə tərbiyədən çox ali məktəbə qəbul imtahanı düşünülür. Bu tələbat isə əsasən məktəbdən kənarda repetitorla reallaşdırılır. Şagird şəxsiyyət kimi deyil, testi əzbərləyən və cavablayan kimi formalaşır. Müəllim də, valideyn də bu prosesin içindədir — gərgin, yorğun, bəzən də çıxış yolu axtaran vəziyyətdə...

Belə bir mühitdə problemləri, onların yaranma səbəblərini aradan qaldırmadan, cərimə ilə həll etmək olarmı?

Yeni qərarda qeyd olunduğu kimi fiziki zorakılıq məsələsi  qəbuledilməzdir - bu, birmənalıdır. Ona qarşı mübarizə də anlaşılandır və icra edilməsi ciddi çətinlik yaratmaya bilər.

Amma tətbiqi daha çətin, təhlükəli olan digər məsələ - psixoloji zorakalıqla bağlıdır. Psixoloji  təsirin sərhədləri harada başlayır, harada bitir? Bunun meyarı nədir? Bu yanaşmanın insanlar arasında nə qədər mübahisə yaradacağı nəzərə alınırmı? Bu suallar cavabsız qalırsa, tətbiq edilən cəza necə ədalətli hesab oluna bilər?

Nəticəsini əvvəlcədən hesablamaq daha çətin olan digər məsələ isə bu qərardan sonra uşaqların rəftarı, onların müəllim və valideynlər ilə münasibətləridir. Müşahidə olunan gündəlik neqativ hadisələr fonunda özünü daha toxunulmaz hiss edən uşaqların idarə edilməsi daha da çətin olmayacaqmı?”
Vahid Tağıyev bildirib ki, yetişməkdə olan nəslin tərbiyəsi cəza ilə qurula bilməz. Valideynin və müəllimin bu şəkildə cəzalandırılması əlavə psixoloji gərginlik və qeyri- sağlam mühit yarada bilər.   

“Tərbiyə - münasibətlə, nümunə ilə, mühitlə formalaşır.

Valideyni məktəbdən incik salaraq və uzaqlaşdıraraq yox, onu bu prosesə anlayışla cəlb etməklə nəticə əldə etmək olar. Müəllimi ittiham etməklə yox, ona dayaq olmaqla daha sağlam nəticəyə nail olmaq mümkündür.

Unutmayaq:
Bu gün verdiyimiz qərarlar sabah necə bir cəmiyyətə sahib olacağımızı müəyyən edir.
Uşaqlarımızı qorumaq istəyiriksə, əvvəlcə onları formalaşdıran mühiti dəyişməliyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Aprel 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri