Icma.az
close
up
RU
Mənim Şanlı Zəfərim... Mina Rəşid yazır

Mənim Şanlı Zəfərim... Mina Rəşid yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mina RƏŞİD

Bu cümə səhəri gözlərimi başqa cür açdım dünyaya, qəlbimdə bir Zəfər sevinci! Günlərdi düşünürəm, bir yazı yazacam Zəfərimin beşinci ildönümünə, qanımla, gözyaşımla...

Axı sən bizim qəlbimizdən doğulmusan, canımızdan qopmusan, Şanlı Zəfərim mənim! Səni ürəyimcə, könlümcə bayram etmək istəyirəm. Bu gün bütün Azərbaycan Zəfər sevincinə boyanıb, yolboyu, hər tərəfdə müqəddəs bayrağımız göz oxşayır, qürurla dalğalanır. Mən səssiscə şəhidlərimizlə danışmaq, Zəfər sevincimi onlarla bölüşmək istəyirəm. Şəhidim, sən öz qanınla yazdın Zəfər tariximizi, mən də gözyaşımla yazıram sənin qəhrəmanlıq dastanını. Bu səhər əlimdə qələm, qəlbim dolu söz və bir də dayanmadan axan göz yaşlarım... İşə gecikirəm axı, amma qələm sözümə baxmır, yazmaq, yazmaq istəyir, özümü avtobusa atıram, görürəm yolda da qələm əlimdədi, sözlər uçub gedər quş kimi, onları tutub saxlamalıyam, yazmalıyam axı...

O günlər bir-bir gözlərim önündə gəlib dayanır. Müharibə başlayır,  Müzəffər Ali Baş Komandanım səhəri dirigözlü açır, bıçaq sümüyə dayandı artıq, öldü var, döndü yoxdu, deyir... İllərdi bu günü gözləyən bütöv bir xalq o gecə ayağa qalxdı, öldü var, döndü yoxdu, dedi. Oğullar yaşını-başını, hələ dünyaya gəlməmiş balasını unutdu, öldü var, döndü yoxdu, dedilər. Siz heç belə müharibəyə yollanan igidləri gördünüzmü? Sevinclə, gülə-gülə, şükürlə, düşmənin canını almağa, zalımı, qansızı, Xocalı qatillərini torpağımızdan qovmağa oynaya-oynaya getdi oğullar... Hər gün o nər oğulları, o qəhrəman Şəhidlərimizi anıram. Onların atası, anası, balası, doğmaları ilə danışıram. Hamısı qürur duyur, gözyaşı içində “Vətən sağ olsun!”, -deyir. Balam, qardaşım, atam Şəhidim! 18-19 yaşında adına uşaq dediyimiz cəngavərləri varmış yurdumun, “Balan səni gözləyir, qoy mən önə keçim!”, deyən igidlər...

Necə qırğınlar, qanlı döyüşlərdən keçdiniz, biriniz şəhid olanda, onunuz yüyürdünüz, irəli atıldınız, “Düşməndə qisasımızı qoymarıq, biz bir ölər, min doğularıq!”, - dediniz. Bəs deyirdilər, keçilməz sədlər var, aşılmaz dağlar, Siz bəndi-bərəni illərdi qəlbinizdəki tufan, o qisasla yarıb keçdiniz. Ata-ananıza “Biz şəhid olsaq, ağlamayın, Vətən sağ olsun!”, -dediniz. Geriyə baxmadınız, Zəfər qazandınız!

Bütün millət ayağa qalxdı, Sizi əzizlədi, Sizi alqışladı, Sizi gözlədi. Yaşlı, qoca – hamımız bir yumriq kimi birləşib, hərəmiz bir əsgərə döndük 44 günlük Vətən müharibəsində. Ali Baş Komandanımız onda bütün dünyayla savaşırdı. Dünyanın heç bir gücü onun iradəsini qıra bilmədi, “Öldü var, döndü yoxdu!”, - dedi, qəhrəman Prezidentimiz!  

Elə buna görə də, Azərbaycan belə böyük, həm də möhtəşəm bir QƏLƏBƏ qazandı. Başını qürurla qaldırdı, dünyanın gözünə dik baxdı, alnıaçıq üzüağ, qəhrəmanlıq simvoluna çevrildi. 

Şanlı Zəfərimizin beşinci ildönümü indi abad Şuşada, Xankəndidə, Laçında, Xocalıda, Xocavənddə, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdərədə elə möhtəşəm, elə qürurla qeyd edilir ki, qəlbimiz dağa dönür. Azad torpaqlarımızda bu beş ildə aparılan quruculuq işləri ölkəmizə gələn turistləri, xarici ekspertləri, jurnalistləri təəccübləndirir. Belə qısa bir vaxtda Qarabağ və Şərqi Zəngəzurda inşa edilmiş evlər, binalar, burada yaradılmış atmosfer insanları mat qoyur.

Bayram günlərində bu Zəfər günü uğrunda illərlə çalışan, çarpışan və bu arzuyla əbədiyyətə qovuşan Ulu Öndərimizin və bütün Şəhidlərimizin qarşısında baş əyirik. Bizə bu sevinci bəxş edən qazilərimizə, qəhrəmanlarımıza Allahdan cansağlığı diləyirik.

Yaşasın güclü, yenilməz Ordumuz, var olsun, Müzəffər Ali Baş Komandanımız!  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Noyabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri