Icma.az
close
up
RU
Uşaqlarını hicaba məcbur edən valideynlər... Xalq şairi

Uşaqlarını hicaba məcbur edən valideynlər... Xalq şairi

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Vahid məktəbli formasının tətbiqi hicaba və ya baş örtüyünə qarşı yönəlməyib. Məqsəd sadəcə uşaqların məktəbdə ayrı-seçkiliyə məruz qalmadan, sevgi və qarşılıqlı səmimiyyət mühitində böyüməsidir.

Axar.az xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə xalq şairi Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, məktəblərdə vahid geyim formasının tətbiqi yeni təcrübə deyil və dünyanın müxtəlif ölkələrində mövcuddur.

S.Rüstəmxanlı bildirib ki, vahid məktəbli formasının əsas üstünlüklərindən biri uşaqlar arasında maddi və sosial fərqlərin nəzərə çarpmamasıdır:

“Məktəbdə müxtəlif maddi imkanlara malik ailələrin övladları təhsil alırlar. Biri bahalı geyimlərlə öz zənginliyini nümayiş etdirə bilər, digəri isə ailəsinin imkanı daxilində, bəzən illərlə eyni geyimdən istifadə etməli olar. Belə fərqlər uşaqların qəlbini incidə, onların bir-birinə münasibətinə mənfi təsir göstərə bilər. Vahid məktəbli forması isə bu fərqləri aradan qaldıraraq uşaqların özlərini bərabər hiss etməsinə kömək edir. Məncə, məktəbli formasının ən mühüm cəhətlərindən biri uşaqların psixoloji rahatlığını qorumasıdır”.

Xalq şairi öz məktəb illərini xatırladaraq vahid geyim formasının şagirdlərdə kollektivə bağlılıq və intizam hissi formalaşdırdığını da qeyd edib:

“Mən özüm rayonda internat məktəbində oxumuşam. Bizə ildə iki dəfə məktəbli geyimi verilirdi və hamımız eyni formada dərsə gedirdik. Bu bizim üçün sanki bayram idi. Hamımız özümüzü bir kollektivin üzvü kimi hiss edirdik. Mənə elə gəlir ki, eyni formada məktəbə gəlmək uşaqlarda müəyyən mənada əsgər intizamı da yaradır”.

S.Rüstəmxanlı hesab edir ki, vahid məktəbli formasının tətbiqi dini etiqad azadlığına qarşı yönəlməyib. Buna görə də məktəbli formasının tətbiqini dini etiqad azadlığı ilə əlaqələndirərək başqa istiqamətdə təqdim etmək doğru deyil:

“Azərbaycanda insanlar istədikləri kimi geyinirlər və dini inanclarını qoruyub saxlayırlar. Amma məktəbdə vahid geyim formasının olması tamam başqa məsələdir. Uşaqlar hələ həyat və təhsil yollarının başlanğıcındadırlar. Onlar özlərini dərk etdikdən, müəyyən yaşa, məsələn, 17-18 yaşlarına çatdıqdan sonra necə geyinəcəklərinə dair seçim edə bilərlər. Məktəb dövründə isə onların eyni geyim formasından istifadə etməsi, geyim fərqlərinin olmaması, bir-birinə qarşı mehriban olması vacibdir. Buna görə məktəbli formasını dinə münasibət və ya insan azadlığına hörmətsizlik kimi yozmağı doğru hesab etmirəm”.

Xalq şairinin fikrincə, son illər hicab mövzusunun geniş müzakirə obyektinə çevrilməsində kənar siyasi təsirlərin də rolu var:

“Hicab məsələsi son illərdə bir sıra xarici ölkələrin siyasi təsir vasitəsi kimi geniş müzakirə mövzusuna çevrilib. Amma bunun məktəbdə uşaqların vahid formada təhsil almasına nə aidiyyəti var? Bunlar ayrı-ayrı məsələlərdir və onları bir-birinə qarışdırmağa ehtiyac yoxdur. Mən məktəbli qızların hicab taxmasını tələb edən bəzi valideynlərin narazılığını da başa düşə bilmirəm. Həmin valideynlərin bir çoxu öz gənclik illərində belə geyimdən istifadə etməyib. Öz gənclik şəkillərinə baxsalar, bunu görə bilərlər”.

S.Rüstəmxanlı onu da əlavə edib ki, məktəbdə geyimlə bağlı tələblərə ilk növbədə uşaqların birgə təhsil alması və sağlam münasibətlər qurması baxımından yanaşılmalıdır:

“Əgər bir sinifdə fərqli dini geyim formasından istifadə olunması uşaqlar arasında narahatlıq yaradırsa, həmin geyimdən istifadə edənlərlə etməyənlərin bir-birinə münasibətini soyudursa, buna ehtiyac yoxdur. Məktəbin öz tələbləri var və uşaqlar həmin qaydalara uyğun geyinməlidirlər. Məktəbdən kənarda isə hər kəs öz dini inancını və geyim ənənəsini davam etdirə bilər. Mənim arzum odur ki, bütün uşaqlarımız məktəbdə bir-birinə hörmətlə yanaşaraq, ayrı-seçkilik olmadan, dostluq və qardaşlıq mühitində böyüsünlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Oktyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri