Uşaqlarınızı sidik yolu infeksiyasından necə qoruya bilərsiniz?
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sidiyin uzun müddət sidik kisəsində qalması bakteriyaların çoxalmasına, qoruyucu hüceyrələrin zədələnməsinə və nəticədə sidik yolu infeksiyasına səbəb olur.
Pravda.az bildirir ki, uşaqlarda sidik yolu infeksiyaları, yuxarı tənəffüs yolu infeksiyalarından sonra ən çox rast gəlinən infeksiyalardır və məktəb yaşlarında daha da artır.
Uşaqlara genital bölgənin təmizliyi öyrədilməlidir. Xüsusilə 2,5-5 yaş arası bağça dövründə uşaqların gündəlik tam və ya yarım duş qəbul etməsi genital bölgənin tam təmizlənməsini təmin edir. Sidik yolu infeksiyalarının əsas səbəbi nəcslə ötürülən bakteriyalardır. Genital təmizlik yaxşı edilmədikdə bakteriyalar sidik yoluna keçir və infeksiyaya yol açır.
Uşaqların tualətə getməzdən əvvəl və sonra əllərini mütləq yumaq lazımdır. Sidik yolu infeksiyaları xüsusilə qız uşaqlarında daha çox rast gəlinir, çünki onların anatomik quruluşu buna imkan verir. Günlük təmizliyin tualet kağızı ilə öndən arxaya doğru aparılması və ideal olaraq su ilə yuyulması tövsiyə olunur.
Sidik yolu infeksiyası olan uşaqlarda qəbizlik, iştahasızlıq, ürəkbulanma, qusma, çəki artımının olmaması kimi simptomlar müşahidə olunur. Müalicədən əvvəl sidik əkimi analizi aparılır və bakteriyaya uyğun antibiotiklərlə müalicə edilir. Müalicə 10 gün davam etməli, dərmanlar erkən dayandırılmamalıdır. Müalicədən 3 gün sonra yenidən sidik əkimi götürülərək nəzarət edilir.
Oğlan uşaqlarında sünnət infeksiyadan qoruyucu rol oynayır.
Əminə Bayramova


