Icma.az
close
up
RU
Uşaqlığımızda dərin yaralar buraxan müdhiş gecə

Uşaqlığımızda dərin yaralar buraxan müdhiş gecə

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Cəmi 11 yaşım vardı, o müdhiş gecəni yaşadığımız zaman. Nə baş verdiyinin fərqində belə deyildik. Həmin dəqiqələrdə göy üzündə uçuşan gülləri gördüyümüzdə adi günlərdən biri sanırdıq o anları. Evimiz indiki Səadət Sarayının yaxınlığında yerləşdiyindən həmin məkanda baş verən hər bir toy mərasimindən sonra adəti üzrə atəşfəşanlıq olar, göy üzündə fişənglərdən maraqlı mənzərə yaranardı. Biz də cəld pəncərənin qarşısına qaçaraq maraqla göy üzünü izləyərdik. Bu dəfə də adəti üzrə güllə səsi eşidən kimi pəncərə qarşısına qaçdıq. Nəyin baş verdiyini dərk etməsək də, bunu da toy mərasimindən sonrakı atəşfəşanlıq zənn edirdik. Ancaq yanılmışdıq. Bu dəfə toy mərasiminin atəşfəşanlığı deyildi, xalqımıza, millətimizə, azadlıq, müstəqillik istəyən Azərbaycana qarşı açılan atəşlər idi bizim göydə müşahidə etdiyimiz güllələr və onların yaratdığı mənzərə.
Uşaq olsam da, qeyri-ixtiyari anama, “Bu dəfə nə çox fişəng atdılar, heç dayanmaq bilmir”- deyə müraciət etdim. Anam isə, “Yəqin indi qurtarar, daha atmazlar, Suza”-deyə məni sakitləşdirməyə çalışdı. Əslində isə anam məni sakitləşdirməyə çalışırdı. Çünki son günlərdə baş verənlərdən az da olsa məlumatlı idi. Qonşularla hərdən söhbətlərinin üstünə çıxanda “Allah özü millətimizi qorusun”, “Çətin ki, xalqın sözünə qulaq asalar” kimi sözlər eşidər, dərhal da bizim təşviş keçirməməyimiz üçün mövzunu dəyişərdilər.
Pəncərədən kinolarda görməyə adət etdiyimiz hərbi maşınların evimizin qarşısında sürətlə hərəkət etdiyini gördüyümüzdə də keçmiş ittifaq ordusunun xalqımıza qarşı qətliam törədə biləcəyi ağlımıza gəlmirdi. Biz isə həm havadakı güllə səsləri, həm də sağa-sola şütüyən hərbi maşınları seyr etməkdə idik. Bayırda göy üzünü bürüyən güllə yağışı fonunda evimizdə yaranmış sükutu əmim Balaşın tənginəfəs evə qalxaraq, həyəcanla “Uzanın yerə, pəncərənin qarşısından geri çəkilin” ifadəsi pozdu. Adəti üzrə zarafat etməyi xoşlayan əmimim bu sözünü də ciddiyə almayıb bizimlə daha bir oyun oynadığını zənn etdik. Lakin ardınca atamın evə daxil olaraq eyni ifadələri işlətməsindən sonra vəziyyətin ciddi olduğunun fərqinə vardıq. Getdikcə güllə səsləri artır, sanki düz qulağımızın dibində döyüş gedir deyə düşünürdük. İndi hərdən o qanlı, müdhiş gecəni xatırlayarkən Allahıma şükürlər edirəm ki, saatlarla pəncərə qarşısında olmağıma rəğmən rus cəlladlarının gülləsinə tuş gəlməmişəm. Çünki həmin faciə gecəsi neçə-neçə vətəndaşımız məhz evində, pəncərə qarşısında 20 Yanvar canilərinin gülləsinə tuş gələrək həyatlarını itirmişdilər. Bəlkə də Tanrının alın yazısıdır ki, istər qanlı faciə gecəsi, istərsə də ondan bir neçə gün sonra şəhərdə davam edən qətliamlarda xilas olmuşduq, rus ordusunun canilərinin gülləsinə tuş gəlməmişdik. Çünki azğınlaşmış sovet ordusu üçün qoca, qadın, uşaq deyilən bir anlayış yox idi. Qarşılarına çıxan hər kəsə düşünmədən, qəddarcasına atəş açırdılar. Necə ki, qətliamdan bir neçə gün sonra 7 yaşlı qardaşım Muxtar da rus əsgərlərinin qurbanı olacaqdı. Yaşadığımız binanın dörd bir tərəfinin rus qoşunlarının zirehli texnikası, tankları ilə əhatə olunmasından evdən bayıra çıxmaq, zəruri ərzaq məhsulları almaq belə qorxulu, təhlükəli idi. İnsan həyatı bahasına başa gələrdi. İndiki kimi xatirimdədir, evdə yeyəcək bir şeylər qalmadığından atam həyətə çörək almağa düşən zaman anidən qatil rus əsgərlərinin tankı ilə üzə-üzə gəlir. Gözləri qanla dolmuş canilər tankın lüləsini qardaşıma tərəf çevirərkən atam oğlunu arxasında gizlədərək öz sinəsini tankın qarşısına verir. Nə dərəcədə ağır mənzərə, situasiya yaşanır, təsəvvür edirsiniz? Bu zaman tankın içərisindən çıxan qatil rus əsgəri həyasızcasına gülərək “Qorxdunuz”-deyə atama müraciət edir. Atam qorxudan qardaşımı elə bağrına basmışdı ki, evə qayıdarkən onun əllərini zorla aralayıb qardaşımı yerə qoya bildik.
Beləcə o müdhiş gecə, eləcə də qətliamdan sonrakı günlər hər bir paytaxt sakini, ölkə vətəndaşı kimi bizim də həyatımızda dərin izlər, sağalmaz yaralar buraxdı. Bu gün də xalq olaraq o yaranı, ağrı-acını yaşayır, qəhərlənirik. Ancaq şükürlər olsun ki, bu gün şəhidlərimizin ruhu şaddır. Müstəqilliyimiz, azadlığımız, torpaq bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimiz cənnətdən Ali Baş Komandanımız Cənab İlham Əliyevin sayəsində ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsini görüb əməklərinin, mübarizələrinin əbəs olmadığının şahidinə çevrilirlər və ruhları şad olur.
Allah Sizlərə rəhmət eləsin!.
Suzana Məmmədova, “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İctimai Birliyinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Yanvar 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri