Icma.az
close
up
RU
Qadın sünnəti və sağalmaz YARALAR

Qadın sünnəti və sağalmaz YARALAR

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, bu gün dünyada yaşayan 230 milyon qız və qadın müxtəlif üsullarla “sünnət edilib”. Birləşmiş Millətlər Təşkilatı (BMT) hər 20 qadın və qızdan birinə təsir edən "qadın sünnəti"nin Afrika, Yaxın Şərq və Asiya başda olmaqla 30 ölkədə cəmləşdiyinə diqqət çəkir. Bu təcrübəyə Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada yaşayan mühacir əhali arasında da rast gəlindiyi bildirilir.

BMT-nin məlumatına görə, 2024-cü ildə dünyada təxminən 4,4 milyon qız "cinsiyyət orqanlarının sünnəti" riski altındadır. Genital sünnət qeyri-tibbi səbəblərdən vulva və vaginanın kəsilməsi, qismən və ya tam çıxarılması və ya digər zədələnməsini əhatə edən bütün prosedurları əhatə edir. BMT hər il fevralın 6-da bu praktikaya son qoymağa çağırır.

Keniyanın İsiolo bölgəsində yaşayan Borana qəbiləsindən olan Bişara Şeyx Hamo deyir ki, qadın sünnətinin həm fiziki, həm də ruhi sağlamlığa qalıcı təsirləri var.

Bişara deyir: "Mən 11 yaşımda "sünnət" olundum. Nənəm deyirdi ki, hər qız təmiz olmaq üçün bunu etməlidir".

Ancaq həyatı boyu heç kim ona sidiyə çıxma problemləri, təkrarlanan infeksiyalar və menstruasiya pozğunluğu kimi təsirlərini, yeri gələndə ancaq keysəriyyə ilə doğum edə biləcəyini söyləməyib. Bu gün o, qadınların sünnət edilməsinə qarşı mübarizə aparan fəaldır.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

"Qadın sünnəti" nə deməkdir?

Bu adət qadınların xarici cinsiyyət orqanlarının qəsdən kəsilməsi deməkdir. Bu, adətən klitorisin və ya vaginal dodaqların kəsilməsini əhatə edir. ÜST “qeyri-tibbi səbəblərə görə qadınların reproduktiv orqanlarına xəsarət yetirən istənilən proseduru” cinsiyyət orqanlarının sünnəti kateqoriyasına aid edir.

Bu təcrübəyə məruz qalan qadınlardan biri, misirli blogger və kinorejissor Omnia İbrahim deyir ki, bu, qadınların münasibətlərinə və özləri haqqında düşüncə tərzinə çox zərər verir.

O, "Buz kubuna çevrilirsən. Heç nə hiss edə bilmirsən, heç kimi sevə bilmirsən, istək hiss edə bilmirsən" deyir.

Omnia deyir ki, o, yetkin həyatı boyu "qadın sünnətindən" psixoloji təsirə məruz qalıb.

Keniyalı Bişara onunla birlikdə daha dörd qızın da “sünnət edildiyini” deyib.

Onlar əllərimi və gözlərimi bağladıqdan sonra ayaqlarımı kəsdilər: "Bir neçə dəqiqədən sonra kəskin ağrı hiss etdim. Qışqırdım, amma məni eşidən yox idi. Ayağa qalxmağa çalışdım, amma kimsə ayaqlarımdan tutdu. Bu, mümkün olan ən ağır tibbi müdaxilələrdən biri olmaqla yanaşı, həm də qeyri-gigiyenik idi. Oradakı bütün qızların üzərində eyni kəsici alətdən istifadə etdilər. Onların ağrıkəsici kimi istifadə etdikləri ənənəvi bitki mənşəli dərman idi. Sonra "Növbəti, növbəti” deyə qışqırdılar və o biri qızları götürdülər”.

Qadın sünnəti bir çox ölkədə qadağan edilsə də, Afrika, Asiya və Yaxın Şərqdə mütəmadi olaraq həyata keçirilən bir prosedurdur.

Qadınlar niyə "sünnət olunur"?

Qadın sünnətinin müxtəlif səbəbləri ola bilər:

Bunlardan bəziləri cəmiyyət tərəfindən qəbul edilmək istəyi, dini inanclar, gigiyena ilə bağlı yanlış məlumatlar, bakirəliyin qorunması, qadınları “evli” etmək, kişilərin cinsi həzzini artırmaqdır. Bəzi mədəniyyətlərdə bu, yetkinliyə keçid ayini və nikahdan əvvəl ilkin şərt kimi qəbul edilir.

Sağlamlıq və ya gigiyenik cəhətdən heç bir faydası olmasa da, bu proseduru tətbiq edən cəmiyyətlər qadın vaginasının kəsilməli olduğuna inanır və onlara görə "sünnətsiz" qadınlar çirkli və ya dəyərsiz görünə bilər.

Səhiyyə rəsmiləri bu təcrübəni qadınlara qarşı zorakılıq və insan hüquqlarının pozulması kimi qiymətləndirirlər. Uşaqlara tətbiq edildikdə isə bu uşaq istismarı sayılır.

Qadın sünnətinin növləri

1. Klitoridektomiya: Həssas klitoris sahəsinin və ətrafındakı dərinin hamısının və ya bir hissəsinin kəsilməsi.

2. Eksizyon: Klitorisin və vaginanın daxili dodaqlarının (kiçik dodaqlar) bir hissəsinin və ya hamısının kəsilməsi.

3. İnfibulyasiya: Vaginanı əhatə edən həm daxili dodaq, həm də xarici dodaqların kəsilməsi və quruluşunun dəyişdirilməsi. Bu proses tez-tez kiçik bir çuxur buraxaraq tikişi əhatə edir.

Bu prosedur olduqca ağrılıdır və infeksiya riski də daşıyır. Vajina ilə sidik yolları arasında yalnız menstrual qanaxma və sidik ifrazı üçün kiçik bir boşluq qalır.

Bu boşluq o qədər kiçikdir ki, bəzən cinsi əlaqə və doğuş üçün kəsilməlidir. Bu vəziyyət doğum zamanı həm körpə, həm də ana üçün risklər yaradır.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, “qadın sünnətinin” sağlamlığa heç bir faydası yoxdur, əksinə, qızlara və qadınlara çoxlu zərərlər verir.

Qadın orqanının təbii funksiyalarına müdaxiləni nəzərdə tutan qadın sünnətinin hər hansı bir forması sağlamlıq üçün ağırlaşmalar riski yaradır; Daha ağır müdaxilə formaları ilə risk daha yüksəkdir.

Dərhal ağırlaşmalara aşağıdakılar daxil ola bilər:

- şiddətli ağrı
- həddindən artıq qanaxma
- genital toxumaların şişməsi
- yanğı
- infeksiyalar, məsələn, tetanoz
- sidik problemləri
- yaraların sağalma problemləri
- ətrafdakı cinsiyyət orqanlarının zədələnməsi
- şok
- ölüm

Uzunmüddətli ağırlaşmalara aşağıdakılar daxil ola bilər:

- sidik problemləri (ağrılı sidik ifrazı, sidik yollarının infeksiyaları)
- vaginal problemlər (axıntı, qaşınma, bakterial vaginoz və digər infeksiyalar)
- menstrual problemlər (ağrılı menstruasiya, menstrual qan axınının çətinliyi və s.)
- çapıq toxuması və keloid (yara yerində qaldırılmış, sərt toxuma)
- cinsi problemlər (cinsi əlaqə zamanı ağrı, məmnunluğun azalması və s.)
- doğuşun ağırlaşmaları riskinin artması (çətin doğuş, həddindən artıq qanaxma, keysəriyyə əməliyyatı, körpənin reanimasiyasına ehtiyac və s.).
- psixoloji problemlər (depressiya, narahatlıq, travma sonrası stress pozğunluğu, özünə hörmətin azalması və s.)

Hansı ölkələrdə həyata keçirilir?
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasında iştirak edən qadınların əksəriyyəti deyirlər ki, qadın sünnəti haqqında danışmaq onların icmalarında tabu sayılır. Ona görə də bu mövzuda verilən rəqəmlər təxminlərə əsaslanır. Bəzən qadınlar kənardan tənqid olunacağından qorxaraq bu mövzuda açıq danışmırlar. Bəzən prosedurun qeyri-qanuni olduğu yerlərdə onların ailə üzvlərini və ya sünnəti icra edən icma üzvlərini mühakimə etmək qorxusu üstünlük təşkil edə bilər.

Afrika və Yaxın Şərqin 30 ölkəsində cəmlənməsinə baxmayaraq, BMT-nin məlumatına görə, qadın sünnəti Asiya və Latın Amerikasının bəzi ölkələrində də tətbiq olunur. Bu təcrübə Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada yaşayan immiqrant əhali arasında da müşahidə olunur.

UNICEF-in Afrika və Yaxın Şərqin 29 ölkəsini əhatə edən hesabatında bu ölkələrin 24-də qadın sünnətinə qarşı qanuni tənzimləmələr olsa da, hələ də geniş şəkildə tətbiq edildiyi bildirilir.

Azərbaycanda qadın sünnəti var?

2020-2021-ci illərdə Azərbaycan mətbuatında ölkənin şimal rayonlarında gizlincə tətbiq edilən azyaşlı qızların sünnəti – qadın sünnəti kimi adət haqqında məqalələr dərc edilirdi. Tək-tük hallarda da olsa, Azərbaycanda da bu halı qarşılaşmaq olar. Qadın sünnəti Azərbaycanın avar əhalisinin bir hissəsi arasında qalıb. Bu adət xüsusən regionun şimal hissəsindəki kəndlərdə - Danaçı, Paşan, Makov, Kebeloba, Mazıx, Yolayrıcı, Car, Axaxdərə və Zilbanda mövcuddur.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:349
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Noyabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri