Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Uşaqlıq illərimdə bu mənə nəsib olmamışdı” Hikmət Hacıyev

Uşaqlıq illərimdə bu mənə nəsib olmamışdı” Hikmət Hacıyev

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Doğma Kəlbəcərdə olmaq hər birimiz üçün böyük qürur hissidir.

Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü çərçivəsində Kəlbəcərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İkinci Bal Festivalında deyib.

O bildirib ki, həmin vaxt 13-14 yaşında olmasına baxmayaraq 1993-cü ildə Kəlbəcərin işğalı zamanı baş verən hadisələri yaxşı xatırlayır.

“Kəlbəcər sakinlərinin ayağıyalın, başıaçıq, çörəksiz, qidasız halda ilk üz tutduqları yerlərdən biri məhz Gəncə şəhəri idi. Onların yerləşdirildiyi ilk məntəqələrdən biri Gəncə şəhərindəki Texnologiya Universitetinin yataqxanası idi. Bizim evimiz də həmin ərazinin yaxınlığında yerləşirdi. O günləri hələ də böyük bir faciə kimi xatırlayıram”, – deyə Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Kəlbəcər sakinləri ağır əzablardan keçərək, qarlı və çətin şəraitdə Ömər aşırımını keçib Gəncə şəhərinə pənah gətirmişdilər.

Onun sözlərinə görə, Kəlbəcər bir ilə yaxın müddətdə mühasirə şəraitində qalıb. Ağdərə istiqamətində Ermənistan qoşunları tərəfindən mühasirəyə alınan rayonun Laçının işğalından sonra həmin istiqamətdə də yolu bağlanmışdı. Digər tərəfdən isə Kəlbəcər Murov dağları ilə əhatə olunmuşdu.

“Bütün bunlara baxmayaraq, Kəlbəcər sakinləri öz əzmlərini, inamlarını və qürurlarını itirmədilər”, –deyə o vurğulayıb.

Hikmət Hacıyev Tunel faciəsini də xatırladaraq bildirib ki, həmin hadisələr Azərbaycan tarixinin unudulmamalı səhifələrindəndir.

“Tunelin çıxacağında Yaxın Şərqdən gəlmiş erməni terrorçusu Monte Melkonyan və onun dəstəsi pusqu qurmuşdu. Orada çox qəddar faciə baş verdi, kəlbəcərlilərə ağır divan tutuldu. Biz bunları unutmamalıyıq, bunlar da tariximizin bir hissəsidir. Həmin vaxt öz namusunu və qeyrətini qoruyan kəlbəcərli bacılarımız özlərini Tərtər çayına atdılar”, – Prezidentin köməkçisi deyib.

H.Hacıyev vurğulayıb ki, bu ağrılı hadisələrdən danışmaq çətin olsa da, bu gün həmin günlərin keçmişdə qalması və Kəlbəcərin yenidən dirçəlməsi qürurvericidir.

“Uşaqlıq illərimdə Kəlbəcərdə olmaq mənə nəsib olmamışdı. Kəlbəcərli dostlarımız həmişə buranın gözəlliyindən danışırdılar. Təsəvvür edirdim, amma Kəlbəcərin bu qədər gözəl olduğunu həqiqətən təsəvvür edə bilmirdim. Kəlbəcər çox gözəldir”, – o bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Kəlbəcər yenidən qurulur və canlanır.

“Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Bundan sonra da burada daha böyük işlər görüləcək”, – Hikmət Hacıyev bildirib.

Sonda o, bütün kəlbəcərliləri təbrik edib və diplomatik korpusun nümayəndələrinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

“Bundan sonra da biz yenə gələcəyik. Buraya bundan sonra yalnız toylara, xeyir işlərə gələcəyik”, – Hikmət Hacıyev vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Sentyabr 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see359

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see309

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see279

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see253

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see248

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see243

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see229

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see224

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see221

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see206

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see202

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see202

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see199

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see193

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see193

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see193

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see187

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see183

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri