Icma.az
close
up
RU
Uşaqpulu buna görə verilmir AÇIQLAMA

Uşaqpulu buna görə verilmir AÇIQLAMA

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai Şuranın sədri Elşad Məmmədov uşaqpulu məsələsinə münasibət bildirib.

Milli.Az "modern.az"a istinadlar xəbər verir ki, o, ölkədə çoxuşaqlı ailələrə verilən müavinətlərin və güzəştli kateqoriyaların artmasının problemin həllinə yetərli olmayacağını bildirib. Ekspert müavinətlərin artırılmasının sosial xərcləri qarşılamadığını və bu yanaşmanın uzunmüddətli həllə gətirib çıxarmadığını vurğulayıb.

"Hesab edirəm ki, ölkəmizdə bununla bağlı vəziyyət qənaətbəxş sayıla bilər. Əgər biz çoxuşaqlı ailələrə müavinətlərin verilməsi üzərində fokuslansaq, heç kim müavinətlərin azalmasını istəməyəcək. Biz hamımız  əhalinin sosial müdafiəsinin daha çox təmin olunması üzərində çalışmalıyıq. Bunun üçün də ölkə iqtisadiyyatına investisiyaları çoxaltmalıyıq, iqtisadiyyatın çoxşaxəli istiqamətini təmin etməliyik, yüksək texnoloji tutumlu sahələri inkişaf etdirməliyik ki, vətəndaşlarımız, o cümlədən çoxuşaqlı ailələr işlə təmin olunaraq öz sosial müdafiələrini təmin edə bilsinlər. Desək ki, bu kateqoriyaya artıq 4 uşağı olanları da aid etmək olar, amma verilən müavinətlər həmin ailələrin sosial xərclərinin qarşısını ala bilirmi? Hətta o müavinətlərin 30, 40, 50% artırılması problemi həll edəcəkmi? Ona görə də mən aktiv məşğulluq siyasətinin tərəfdarıyam. Bunun üçünsə biz dövlət investisiyalarını artırmaqla yanaşı, elə şərait yaratmalıyıq ki, özəl investisiya institutu lazımi səviyyədə işə düşsün. Bank kreditləri investisiyaların artımına xidmət etməli, iqtisadiyyatda şaxələndirmə olmalıdır. Əgər iqtisadiyyat bir istiqamətdən çox asılıdırsa, əmək bazarında tarazlığı təmin edə bilməzsiniz. Müavinətlər, güzəştli kateqoriyaların sayı artırılsa da, bu problemlər daha da zəncirvari şəkildə davam edəcək. Çünki o zaman insanlarda fikir formalaşacaq ki, hansısa kateqoriyalara düşüb dövlətdən müavinət alsınlar. Amma biz əks istiqamətdə hərəkət etməliyik ki, insanlarımız əmək bazarına inteqrasiya olunsunlar. Burada bir sual yarana bilər ki, bizim kompetensiyamız var, amma əmək bazarında iş yoxdur. Mən bu iradı qəbul edirəm. Mən dəfələrlə demişəm, yüksək peşəkarlıq bacarığına malik olan insan üçün həmişə iş var. Amma hər kəsin kompetensiyası yüksək səviyyədə deyil. Peşəkarlığı aşağı olan insanların iş tapması üçün problemlər var, bunu etiraf edirəm. Amma onların əmək bazarına cəlb olunması, təhsillə bağlı kompetensiyalarının yüksəldilməsi sosial sahə ilə bağlı məsələ deyil. Bu, iqtisadiyyatın strukturuna, təhsil müəssisələrimizin sisteminə daxildir. Bu problemi sistemli şəkildə həll etmək lazımdır. Daha çox iş yerləri açılmalı, bunun üçün iqtisadiyyatın strukturu dəyişməlidir.  Bunun üçün də təhsil müəssisələrimiz öz mənfəətlərinə fokuslanan deyil, ölkənin uzunmüddətli,  dayanıqlı sosial inkişafına yönəlik siyasət aparmalıdır. Əmək bazarı bir tərəfdən sosial müdafiə sistemi, digər tərəfdən təhsil sistemi, eyni zamanda milli iqtisadiyyatın strukturu və dövlət qurumlarının koordinasiya edilmiş fəaliyyətidir. Biz buna nail olmalıyıq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Noyabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri