Icma.az
close
up
RU
Uşaqpulu və digər sosial vasitələr uşaq sayını artırmaq üçün effektiv həll yolu deyil Humay Axundzadə

Uşaqpulu və digər sosial vasitələr uşaq sayını artırmaq üçün effektiv həll yolu deyil Humay Axundzadə

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Ailə modeli hər bir cəmiyyətin mədəni, sosial və iqtisadi xüsusiyyətlərinə görə formalaşır. Zamanla bu model dəyişərək cəmiyyətin ehtiyac və dəyərlərinə uyğunlaşır. Ölkəmizdə də son illər ailə strukturlarında müəyyən yeniliklər müşahidə olunur. Bunlardan biri də ailədə uşaq sayının azalmasıdır. Keçmiş dövrə nisbətən indi bir çox ailələr bir və ya iki uşağa üstünlük verir.

Bəs çoxuşaqlıdan azuşaqlıya keçidə səbəb nədir və bu hal necə dəyərləndirilir?

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, cəmiyyətlər müasirləşdikcə ailə institutu da dəyişir:

"Hər bir dövr üçün həmin dövrə xas onun bir sıra cəhətlərini özündə əks etdirən ailə quruluşu səciyyəvidir. Bu və ya digər ailələrdə uşaq sayı heç də təsadüfi qərarların nəticəsi deyil. Ümumiyyətlə, qeyd edək ki, cəmiyyətlər müasirləşdikcə, ailə institutu da dəyişir və çoxuşaqlı ailə modeli keçmişdə qalır. Bəzən ailədə uşaq sayının azalmasını yalnız və yalnız iqtisadi amillərlə əlaqələndirirlər. Bəzən ictimai müzakirələrdə elə fikir səslənir ki, sanki uşaqpulu kimi vasitələrlə ailələrdə övlad sayının artırılmasına nail olmaq olar. Lakin ailə quruluşu heç də bu kimi tədbirlərin nəticəsində dəyişən bir quruluş deyil".

Onun sözlərinə görə, ailə modelinin dəyişməsi uzun tarixi prosesin və cəmiyyət daxilində baş verən kompleks dəyişikliklərin nəticəsidir.

"Bu proseslərdə insanların valideynliyə verdikləri tələblər, övlad qayğısının nə demək olmasını zaman-zaman dəyişməsi, demoqrafik dəyişikliklər, bu və ya digər cəmiyyətdə müəyyən yaşda olan insanların artıb-azalması, nigaha girmə yaşı, qadınların təhsil və karyera sahəsində fəallığı və bir sıra digər demoqrafik proseslər ailədə uşaq sayının dəyişməsinə gətirib çıxarır. Ümumiyyətlə, əgər biz orta statistik azərbaycanlının ideal ailə modelinə baxsaq, əksəriyyətində bu model iki uşaqdan daha çoxunu nəzərdə tutmur. Burada hansısa bir neqativ məna və yaxud nəticə axtarmaq lüzumsuzdur. Çünki əgər əvvəlki dövrlərdə bir övladı böyütmək üçün ideallar başqa idisə, - məsələn, onun qidalanması və təhlükəsizliyi yetərli idisə, - indi özünü təsir səviyyəsindən asılı olmayaraq, əksər valideynlər qarşılarına daha böyük standartlar qoyur", - deyə sektor müdiri bildirdi.

Humay Axunzadənin fikrincə, uşaqpulu və digər sosial vasitələr uşaq sayını artırmaq üçün effektiv həll yolu deyil:

"Bu, əslində pis deyil. Yəni bir övladı və ya iki övladı gələcəkdə əmək bazarında rəqabət qabiliyyətinə malik olan fərd kimi yetişdirmək üçün valideynlərin daha çox resurs sərf etməyə ehtiyacı yaranır. Bu da təbii ki, onların övlad sayı ilə bağlı olan qərarlarına öz təsirini göstərir. Eyni zamanda bizdə nuklear (sadə) ailələr artır, yəni yalnız valideynlər və övladlardan ibarət olan ailə quruluşu artır. Bu da ona gətirib çıxarır ki, uşağa qayğının təşkili çətinləşir. Ona görə bu baxımdan mən hesab edirəm ki, əvvəlki dövrlərdə olan ailə quruluşunu bərpa etməyə can atmaq lüzumsuz və eyni zamanda qeyri-effektivdir. Yəni burada dövlət və yaxud da ki, digər sosial aktorlardan hansısa gözləntilər düzgün deyil. Çünki belə bir ailə quruluşunun müasir dövrdə bərqərar olması dövrün tələbi, bir zərurətdir və öz-özlüyündə neqativ hal kimi qiymətləndirilə bilməz".

Türkan İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Yanvar 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see302

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see236

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see147

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri