ÜST: Fövqəladə hallarda tibbi yardım göstərilməsi üçün 1 milyard dollar vəsait lazımdır
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 4 fevral, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2026-cı ildə fövqəladə hallar zamanı insanlara tibbi yardım göstərmək üçün qlobal səviyyədə təxminən 1 milyard dollar vəsait ayrılmasına çağırıb.
AZƏRTAC xəbər verir ki, 2025-ci il üçün oxşar müraciətdə ÜST və tərəfdaşları 1,5 milyard dollar tələb etmişdilər. Maliyyə çatışmazlığı səbəbindən ÜST planlaşdırdığı yardımı göstərə bilməyib. Buna baxmayaraq, toplanan vəsait 30 milyon insana kömək etməyə imkan verib. Təxminən 5,3 milyon uşaq peyvənd edilib, 8 mindən çox səhiyyə müəssisəsi dəstək alıb və yerlərdə 1370 səyyar klinika qurulub.
Bu il ÜST fövqəladə hallar kimi təsnif edilən 36 qaynar nöqtədəki insanlara yardım göstərməyi planlaşdırır.
“Bu müraciət münaqişə, köçkünlük və fəlakətlərdə yaşayan insanlara dəstək üçün edilib. Onlara xidmət göstərməklə yanaşı, həm də dünyanın bu insanları unutmadığını nümayiş etdirmək lazımdır”, - deyə ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib. O əlavə edib: “Bu, xeyriyyəçilik deyil. Bu, sağlamlıq və təhlükəsizliyə qoyulan strateji investisiyadır”.
2026-cı il müraciəti uzun sürən münaqişələr, ekstremal hava hadisələri və genişmiqyaslı yoluxucu xəstəliklərin yayılması, həmçinin qlobal humanitar maliyyə vəsaitinin azalması fonunda edilib.
2026-cı ildə ÜST-nin təcili yardım üçün prioritet sahələri Əfqanıstan, Konqo Demokratik Respublikası, Haiti, Myanma, Fələstin, Somali, Cənubi Sudan, Sudan, Suriya, Ukrayna və Yəmən olacaq. Vəba və meymunçiçəyi epidemiyalarından təsirlənənlərə də yardım edilməsi planlaşdırılır.
Aparıcı qlobal səhiyyə koordinasiya agentliyi olan ÜST dünya miqyasında 1500-dən çox tərəfdaşı bir araya gətirir. Vaxtında investisiya qoyuluşu bu təşkilata və tərəfdaşlarına böhranlara, fövqəladə hallara dərhal reaksiya verməyə, ölüm və xəstəlikləri azaltmağa, epidemiyaların qarşısını almağa, xəstəxanaları zəruri dərman və avadanlıqlarla təmin etməyə imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 04 Fevral 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















