Icma.az
close
up
RU
ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 oktyabr, AZƏRTAC

Hər il 3,5 milyondan çox insan qurğuşunun mənfi təsirindən dünyasını dəyişir, bu problem yüz milyonlarla uşağın sağlamlığı və inkişafı üçün ciddi təhlükə yaradır.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, təşkilat üzv ölkələrin əhalisini bu zəhərli metala məruz qalmaqdan qorumaq üçün tədbirləri gücləndirməyə çağırıb. Bəyanat 18-24 oktyabr tarixlərində keçiriləcək qurğuşundan zəhərlənmə əleyhinə Həftə ilə üst-üstə düşür.

ÜST qurğuşunun mənfi təsirini ictimai səhiyyəyə təhlükə kimi qəbul edir və bu sahədə profilaktik tədbirlər görmək məqsədilə Qlobal Fəaliyyət Planı hazırlamağı nəzərdə tutur. Sənədin 2027-ci ildə Ümumdünya Səhiyyə Assambleyasına təqdim edilməsi planlaşdırılır.

Təşkilat, həmçinin qurğuşundan zəhərlənmədə təhlükəsiz səviyyənin olmadığını vurğulayır. Hətta kiçik dozalar belə, xüsusən də beyin və sinir sisteminin inkişaf etdiyi uşaqlıq dövründə sağlamlığa ciddi zərər verə bilər.

Qurğuşun mənbələrinə boyalar, qab-qacaq, kosmetika, ədviyyatlar, eləcə də sənaye çirklənməsi və təhlükəli tullantıların atılması daxildir. Yetkinlərdə qurğuşunu təsirinə məruz qalma ürək-damar xəstəlikləri və böyrək zədələnməsi riskini artırır. Uşaqlarda isə bu, beyin inkişafının geridönməz pozulmasına, öyrənmə çətinliklərinə və davranış problemlərinə səbəb ola bilər. Qurğuşun zəhərlənməsinin simptomları çox vaxt özünü dərhal göstərmir.

ÜST riskləri azaltmaq üçün təhlükəsizlik tələblərinin daha sərt şəkildə yerinə yetirilməsinə, monitorinqin təkmilləşdirilməsinə və ictimaiyyətin məlumatlılığının artırılmasına çağırır. Təşkilatın son qiymətləndirməsinə görə, boyadakı qurğuşunla bağlı hüquqi məhdudiyyətlər dünya ölkələrinin 50 faizdən azında mövcuddur.

Təşkilat 2027-ci ildə ölkələrə qurğuşunun mənfi təsirinə məruz qalmağın əsas mənbələrini müəyyən etməyə, effektiv profilaktik tədbirləri seçməyə və qərarlarının təsirini qiymətləndirməyə kömək edəcək PREVENT texniki paketini işə salmağı planlaşdırır.

Bundan əlavə, ÜST zəhərlənmənin aşkarlanması sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir. Bu təşəbbüs Braziliyada, Hindistanın beş ştatında, Nepalda və Saharaaltı Afrikada altı ölkədə sınaq laboratoriyalarının potensialını gücləndirməyi planlaşdırır.

ÜST vurğulayır ki, effektiv profilaktika hökumətlərin, bizneslərin, tibb ictimaiyyətinin və vətəndaş cəmiyyətinin birgə səylərini tələb edir. Prioritetlərə qanunvericiliyin təkmilləşdirilməsi, təhlükəsiz sənaye istehsalının və tullantıların idarə olunmasının təmin edilməsi, laboratoriya monitorinqinin genişləndirilməsi və ictimaiyyətin təhlükələr barədə maarifləndirilməsi daxildir.

Təşkilat qeyd edir ki, qurğuşundan zəhərlənmənin qarşısının alınması təkcə ictimai sağlamlığı qorumur, həm də səhiyyə xərclərini azaldır, təhsil nəticələrini yaxşılaşdırır və ictimai məhsuldarlığı artırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri