ÜST rəhbəri İsrailin hava hücumu zamanı Yəmən hava limanında olub
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus İsrailin hava hücumu zamanı Yəmənin paytaxtı Səna hava limanında olub.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
İlkin məlumata görə, o, sağdır.
"Al Mayadeen" telekanalının məlumatına görə, ÜST direktorunu hava limanında adı açıqlanmayan BMT-nin rezident əlaqələndiricisi müşayiət edib. BMT nümayəndə heyətinin Sənaya gəldiyi təyyarənin ikinci pilotunun yaralandığı iddia edilir.
Xatırladaq ki, Yəmənin Səna beynəlxalq hava limanı İsrailin hava hücumlarına məruz qalıb. Yəmən paytaxtının şimalında yerləşən Əd-Deyləmi aviabazasına və onun ətrafına da zərbələr endirilib.
Bu mövzuda digər xəbərlər:İsrail ordusu Yəmən hava limanına hücumu təsdiqləyib
26 Dekabr 2024 20:21
İsrailin cavabı gecikmədi: Yəmən bomba yağışına tutuldu
26 Sentyabr 2025 06:55
Yəmən İsrailin mərkəzinə raket zərbələri endirdi Yaralılar var
21 Dekabr 2024 08:57
Yəmən İsrailə raket hücumu edib
29 Sentyabr 2025 10:15
Baxış sayı:71
Bu xəbər 26 Dekabr 2024 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















