ÜST rəhbərindən Avropadakı istilərlə bağlı xəbərdarlıq
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hazırda Avropada 150 milyon insan həddindən artıq isti şəraitdə yaşayır, yüzlərlə insan ölüb, təhsil müəssisələri bağlanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Avropada istiləşmə digər qitələrdə olduğundan iki dəfə sürətlə baş verir:
"İqlim dəyişikliyi və qlobal istiləşmə səbəbindən əvvəllər bir nəsildə bir dəfə baş verən istilik dalğaları indi demək olar ki, hər il baş verir. Bizə xəbərdarlıq edilmişdi".
ÜST rəhbəri vurğulayıb ki, 21 iyundan bəri Avropada əvvəlki rəqəmlərlə müqayisədə 1300 ölüm halı daha çox qeydə alınıb ki, bu da yüksək temperaturla bağlıdır.
Qebreyesus bildirib ki, ÜST ekstremal istilərin yaratdığı sağlamlıq təhdidlərini aradan qaldırmaq üçün üzv dövlətləri və tərəfdaşları ilə birgə çalışır və hazırlığa, profilaktikaya və səhiyyə sisteminin reaksiyasının gücləndirilməsinə diqqət yetirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 28 İyun 2026 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















