İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
NATO Baş katibi Mark Rüttenin ABŞ-nin İrana qarşı hərbi təcavüzünə dəstək olaraq Avropa bazalarından 5000 uçuşun həyata keçirildiyini etiraf etməsi Avropanın da hücum infrastrukturunun bir hissəsi olduğunu göstərib.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında yazıb.
"Öz ərazilərini ABŞ-nin ixtiyarına verən dövlətlər məsuliyyətdən boyun qaçıra bilməzlər. Bu iştirak cavabsız qalmayacaq", o bildirib.
Xatırladaq ki, fevralın sonundan atəşkəs qüvvəyə minənədək olan dövrdə Avropa bazalarından 5 minə uçuşun həyata keçirildiyini Rütte ilk dəfə iyulun 8-də etiraf edib. Həmin vaxt o, bu faktla Ağ Ev rəhbəri Donald Trampın avropalı müttəfiqlərinin ABŞ-nin İrana qarşı əməliyyatına kifayət qədər dəstək verməməsi ilə bağlı tənqidini qəbul etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 25 Sentyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















