Icma.az
close
up
RU
ÜST və EFSA nın təhlükəli dediyi palma yağı Azərbaycana idxal olunur... Palm yağı zərərlidirmi? Şərh

ÜST və EFSA nın təhlükəli dediyi palma yağı Azərbaycana idxal olunur... Palm yağı zərərlidirmi? Şərh

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024-cü ildə Azərbaycana 81 milyon 932 min ABŞ dolları dəyərində 64 min 559.5 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib. Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü illə müqayisədə bu göstərici həcm ifadəsində 41.7% və ya 18 min 989 ton, dəyər ifadəsində isə 56.5% və ya 29 milyon 589 min ABŞ dolları artıb. 2023-cü ildə Azərbaycana 52 milyon 342 min ABŞ dolları dəyərində 45 min 570 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib. Bu dövrdə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti 2.2 manat təşkil edib. Hesabat dövründə Azərbaycana Malayziyadan 23 min 896 ton, İndoneziyadan isə 40 min 663.5 ton palma yağı idxal edilib.Qida məhsullarında istifadə edilən palma yağı zərərlidirmi?

Palma yağı dünyada ən çox istifadə edilən bitki yağıdır. Şokoladdan tutmuş çipslərə qədər bir çox işlənmiş qidalarda, həmçinin təmizlik və kosmetik məhsullarda istifadə edilir. Bununla belə, Avropa Qida Təhlükəsizliyi Təşkilatına (EFSA) görə, xərçəng riski yarada bilər.

Avropa Birliyi 2014-cü ildə qəbul etdiyi qanunla palma yağının qida məhsullarında istifadə edildiyini bəyan etməyi məcbur edib. Lakin bu qayda kosmetik məhsullara şamil edilmir.

EFSA-nın məlumatına görə, palma yağı 200 dərəcədən yüksək temperaturda təmizləndikdə, digər bitki yağlarından daha çox kanserogen maddələr əmələ gəlir.

EFSA ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (BMT) kimi təşkilatlar da palma yağının tərkibindəki kanserogen maddələrin yaratdığı təhlükəyə diqqət çəkir. Lakin bu qurumlar palma yağından istifadə etməyi məsləhət görmürlər. Bəzi tədqiqatçılar palma yağının yüksək doymuş yağ tərkibinə görə xolesterol səviyyəsini artırdığını, infarkt və insult riskini artırdığını bildirirlər.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, palma yağı əsasən müsəlman ölkələrində, Malaziyada və İndoneziyada istehsal olunur və çox ucuz qiymətə başa gəlir.

Eyyub Hüseynov

“Duru yağ olaraq, yəni bitki yağı olaraq dünya bazarına verildikdə, bu yağlar digər duru yağ istehsalçıları ilə ciddi rəqabət mühiti yaradır və digər yağ istehsalçıları yağın satışına maneçilik törədir. Bu səbəbdən də, MDB məkanında və bir sıra Avropa ölkələrində palma yağına qarşı böyük media basqısı var. Bu təzyiq bilərəkdən həyata keçirilir. Sadəcə olaraq palma yağını, yəni duru yağ olaraq bitki yağını bazardan çıxartmaq üçün aparılır və hətta bəzi Avropa ölkələri guya meşələrin qırılması ilə bunu əsaslandırır. Ona görə də deyilir ki, “palma yağı lazım deyil”. Lakin o palma ağaclarından istifadə olunmaqla yanaşı yeniləri də əkilir. Yəni bu da haqsız fikirdir.

Palma yağı iki cür olur: biri onun lətindən, meyvəsindən, bir də onun toxumundan hazırlanan palma yağı. Toxumundan hazırlanan palma yağı əsasən sənaye üçün lazım olur. Parfümeriya, sabun və s. Lakin lətindən hazırlanan palma yağı normaldır. Normal yağlardır və bir çox ölkələrdə istifadə olunur. O cümlədən, biz körpə qidalarının tərkibində onu görə bilərik. Ən həssas qida olan körpə qidasının tərkibində üstünə yazılıbdı. Mən Avropa ölkələrindən palma yağı almışam, gətirmişəm. Bizim ofisimizdə də onun nümunəsi var. yəni qida üçün olan palma yağı normal yağlardır”-deyə ekspert qeyd edib.

Eyyub Hüseynovun fikrincə, orta insan ömrünün uzunluğuna baxdıqda görünür ki, Malaziyada insanların orta ömrü Azərbaycandan yuxarıdır, hətta bir çox ölkələrdən yuxarıdır.

“Onlar palma yağından çox geniş istifadə edirlər, Azərbaycana da gətirilir. Çox təəssüf ki, bu proses sanki gizlədilir. Əhali arasında uzun illər aparılan media basqısı əhalidə doğru təsəvvür yaratmayıb. Palma yağları haqqında qida üçün olan normal yağlardır və istifadə edilə bilər. Çox təəssüf ki, Azərbaycana gətirən palma yağlarının son taleyi görünmür.

Təsadüfi deyil ki, “Azad İstehlakçılar Birliyi” keçən ilin ortalarında Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumat ünvanladı və biz malların nümunəsini göndərdik. Bəzi ölkələrdən Azərbaycana idxal olunan malların "spred" yağları üzərində yazılır. Bitki yağı, lakin hansı bitki yağı? Biz güman edirik ki, onlar palma yağlarıdır və istehlakçının məlumat almaq hüququ var. Bunlar təmin olunmalıdır”-deyən ekspert bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi buna ciddi nəzarət edir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Fevral 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri