ÜST: Yəməndə münaqişə nəticəsində ölənlərin sayı 959 a çatıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəməndə avqustun 6-dan oktyabrın 2-dək davam edən hərbi eskalasiya nəticəsində 959 nəfərin öldüyünü, 4 207 nəfərin yaralandığını açıqlayıb.
APA xəbər verir ki, beləliklə, ölən və yaralananların ümumi sayı 5166 nəfərə çatıb.
ÜST-nin məlumatına görə, sentyabrın 27-dən oktyabrın 2-dək 685 yeni itki qeydə alınıb. Onlardan 121 nəfər ölüb, 564 nəfər yaralanıb.
Münaqişə nəticəsində təxminən 198 min nəfər yaşayış yerini tərk edib, 3800-ə yaxın yəmənli isə qonşu Cibutiyə sığınıb.
Təşkilat ölkədə humanitar və səhiyyə vəziyyətinin ağırlaşdığını bildirib. Xolera hallarının üç həftə ərzində üç dəfə artdığı, 2026-cı ilin əvvəlindən isə 22 mindən çox şübhəli qızılca halının qeydə alındığı və xəstəlikdən 128 nəfərin öldüyü açıqlanıb.
ÜST Yəməndə səhiyyə xidmətlərinin davamlılığı üçün 29 milyon dollar həcmində təcili maliyyə yardımı çağırışı edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 06 Oktyabr 2026 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















