Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Ustadsız həyatın anlamı olmaz Ustadım professor Qəzənfər Paşayevə

Ustadsız həyatın anlamı olmaz Ustadım professor Qəzənfər Paşayevə

Icma.az bildirir, 525.az portalına istinadən.

Hər bir insanın ömrünə naxışdır ustad. Ustad gənclərə doğru yol göstərən, uğur güzərgahını işıqlandıran çıraqbandır. Ustadsız nə əsl elm, nə alim, nə tələbə, nə də şagird var. Heç şübhəsiz, Ustad adının arxasında "pedaqoq", "müəllim", "ziyalı", "aydın" kəlmələri yer alır. Dünyaya gələn körpənin ustadı ana-atası, müəllimi, övladının xoşbəxt gələcəyi naminə gah valideyn, gah pedaqoq, gah sirdaş, gah tay-tuş, gah da ustad statusunda bütün bilik-bacarığını, imkanlarını bir istiqamətə yönləndirən şəxsdir ki, bütün bunlar bir məcrada birləşən ustad adında özünü ehtiva edir.

Günümüzün belə nadidə şəxsiyyətlərindən biri də zəngin yaradıcılığı ilə fəaliyyətini ara vermədən, yorulmadan, usanmadan davam etdirən  Əməkdar elm xadimi, folklorşünas alim, yazıçı, publisist, tərcüməçi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevdir.

1982-ci ildə bir mübarək gündə şair-alimimiz, professor Mustafa İsgəndərzadənin xanəgahında tanıdım Məhəmmədoğlu Qəzənfər Paşayevi. Xalq şairimiz Nəriman Həsənzadə, Həmid Abbas və el şairi Əli Qurbanov da məclisə dəvət edilmişdilər. O günün qədəmi uğurlu gəldi ki, Qəzənfər müəllimlə bu gün də əlaqələrimiz davam etməkdədir. Düz 44 ildir necə gördümsə, elə də qalmaqdadır - xoş xasiyyəti, həlim təbiəti, rəftarı, etikanı, ədəb-ərkanı gözləyən iffətli-nurlu şəxsiyyəti ilə. Bu münasibətimizin sayəsində canlı ensiklopediya, müdrik şəxsiyyət olan Qəzənfər Paşayevi özüm üçün kəşf etdim. Dediyi kəlamlar ürəyimə yazıldı, doğru məsləhətləri ilə elmin zirvəsinə yön almaqda məni istiqamətləndirdi. Doktorluq və professorluq elmi adı alanda elmi rəyini inanaraq təqdim etdi elmi şuraya - akademik Firudin Köçərli, Azad Nəbiyev, professorlar Babək Qurbanov, Maarifə Hacıyeva və Gülnaz Abdullazadə kimi. Bu ustadların xeyir-duası sayəsində qardaş Türkiyədə olduğum 25 il ərzində 35 beynəlxalq konqreslərə dəvət aldım, 200-dən artıq elmi məqaləm mətbuat səhifələrində yayımlandı, Türkiyə və Azərbaycanda musiqi mədəniyyətimizə həsr olunmuş 74 kitab və monoqrafiyam işıq üzü gördü. "Azərbaycan xalq mahnıları" kitabımı möhtərəm ustadım Qəzənfər Paşayevə həsr etməklə mənəvi borcumu verməyə çalışdım. Etiraf etməliyəm ki, Azərbaycan milli musiqi mədəniyyətimizi uğurla təmsil etməyim Qəzənfər Paşayev kimi müqtədir ustadımın məni yönləndirməsiylə gerçəkləşdi. Bu illər ərzində bir çox uğurlar qazandım, 19 il aradan sonra yabançı kimi ilk dəfə Türk xalq musiqisinə xidmət mükafatını (2015) aldım. İki ölkədən professorluq ünvanını almağım Qəzənfər ustadımın xoşməramlı məsləhətləri sayəsində gerçəkləşdi.

Qısaca xarakterizə etsək, Qəzənfər müəllim bu gün Azərbaycan elminin, Azərbaycan ziyalılığının layiqli, ləyaqətli davamçılarından biridir. Heç şübhəsiz, bir zamanlar Qəzənfər müəllimin də ustadları olub. O, ustadlarının -  akademik Məmmədağa Şirəliyev, Xalq şairi Rəsul Rza, Abbas Zamanov - xeyir-duası və inamı ilə, özünün məhsuldar çalışmaları sayəsində Azərbaycan ziyalılığının zirvəsinə yüksəlib - 1000-dən artıq elmi-publisistik məqalə, tədqiqat əsərləri, 100-dən artıq monoqrafiya, kitablar və s.

Bir xatirəmi sizinlə bölüşmək istəyirəm. 2000-ci il idi. Bacım qızı Nurlana İngilis dili fakültəsinə qəbul olunmuşdu. Bir gün Nurlana ilə yolumuz təsadüfən Qəzənfər müəllimin ofisindən düşdü. Nurlananın İngilis dili fakültəsini qazandığnı eşidəndə Qəzənfər müəllim onu imtahan etmək qərarına gəldi. İngilis dilində bir neçə suala Nurlana doğru cavab verəndə sevinərək bir ustad kimi xeyir-duası ilə bizi müjdələdi. Bu xeyir-dua sayəsində Nurlana fakültənin "sinifkomu" - tələbə təmsilçisi olaraq ali məktəbi fərqlənmə diplomu ilə bitirdi. Uzun illər keçməsinə rəğmən, Qəzənfər müəllimin verdiyi ustad xeyir-duası, öyüd-nəsihəti sayəsində Nurlana "sinifkomluq" fəaliyyətini bu gün də qədim Gəncə məkanında çalışdığı dövlət qurumunda, işi, əməli, fəaliyyəti, ciddiyyəti ilə doğrultmaqdadır.

(Sağdan sola) Prof.Dr. Babək Qurbanov, Prof.Dr. Qəzənfər Paşayev, Prof.Dr. İlqar İmamverdiyev Bakı, Fəvvarələr bağı, 2007.

Təbii ki, ustad hər kəsə xeyir-dua verməz. Xeyir-duanı almağı haqq etmək lazımdır. Hər kəsin ustaddan xeyir-dua alması müşkül məsələdir. Bunun üçün yorulmadan, mütəmadi çalışmaq əzmi, geniş tədqiqat və mütaliə gərəkdir. Ustadın verdiyi xeyir-duanı imzasıyla doğruldan neçə-neçə elm adamı məhz Qəzənfər bəyin diqqəti və qayğısı sayəsində Azərbaycan elmində xidmətləri ilə məşhur olan alimlər kimi uğurlu fəaliyyətlər göstərməkdədirlər.

Sovetlər Birliyinin çökməsindən bir neçə il öncə - 1988-ci il oktyabrın 23-də A.M.Şərifzafə adına Aktyor evində ustad Mikayıl Azaflı ilə videoçəkilişli tədbirin təşəbbüskarı, bu möhtəşəm gecənin təşkilatçısı ustad Qəzənfər Paşayevin sayəsində tədbir bütün Azərbaycana səs saldı. Həmin gün unudulmaz bir xatirə kimi ömrümə yazıldı. Çünki açılış musiqisi olan "Azaflı himni"ni mənim ifa etməyimi ustad Mikayıl Azaflı ilə ustad Qəzənfər Paşayev məsləhət bilmişdilər.

O dönəmdə Qəzənfər bəyin möhtəşəm tədqiqat əsəri olan "Altı il Dəclə-Fərat sahillərində" kitabı Azərbaycan oxucularına təqdim edilmişdi. Azərbaycan oxucusu İraq Türkmənlərinin mədəniyyəti, folkloru, şifahi xalq ədəbiyatı nümunələri, xalq musiqisi, örf-adəti, məişəti, ictimai-sosial yaşam tərzi ilə məhz bu kitabı mütaliə edərək yaxından tanış oldu. Azərbaycan-Kərkük mədəni əlaqələrinin yaranmasına və möhkəmlənməsinə öndərlik edən, çoxsaylı tədbirlərin keçirilməsi ilə bu nəcib işə canı-könüldən xidmət göstərən ustad Qəzənfər Paşayevin bu illər ərzində İraq-türkmən mədəniyyəti ilə bağlı 20-dən artıq kitabı ("Nəsiminin İraq Divanı", "Nəsimi haqda araşdırmalar", "Kərkük folkloru antologiyası", "Arzu-Qəmbər dastanı", "Kərkük mahnıları", "İraq-Kərkük atalar sözləri", "Kərkük bayatıları", "İraq-Kərkük bayatıları", "Kərkük tapmacaları", "İraq-Türkman folkloru", "Kərkük dialektinin fonetikası", "İraq-Türkman folklorunun janrlar sistemi", "Kərkük folklorunun janrları", "İraq-Türkman ləhcəsi", "Kərkük sevdalısı" və s.) ərsəyə gəlib. Bu xoşməramlı xidmətlərindən dolayı o, həm Azərbaycanda, həm də İraqda bir çox mükafatlara layiq görülüb. Bu baxımdan Qəzənfər müəllimi İraq-Azərbaycan mədəni-ədəbi əlaqələrinin öndəri, barış elçisi hesab edirəm. Yeri gəlmişkən, iraqlı alim Mustafa Ziya çıxışlarının birində Qəzənfər müəllimi "İrak Türkmənlərinin mədəniyyət səfiri" adlandırıb. Akademik Yaşar Qarayev isə bir zamanlar Qəzənfər ustadımız haqda gözəl bir təsbitdə bulunmuşdu: "Bizim nəsil üçün İraq Füzulidən, Füzuli Kərbəladan başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır". Qəzənfər Paşayev öz yaradıcılığı ilə bütün Türk Dünyası üçün çox dəyərli bir şəxsiyyətdir.

Qəzənfər bəyin ustadlığı təkcə onun fərqli illərdə yayımlanan neçə-neçə fundamental əsərlərində görünmür, ustadımızın əhatəli və çoxşaxəli yaradıcılığı bir çox elm sahələrini əhatə edir. Bu münasibətlə 2022-ci ilin bir payız günü Qaziantep Konservatoriyasında magistr tələbələrimin qarşısında Qəzənfər Paşayevin özü və geniş yaradıcılığı mövzusunda xüsusi bir seminarla çıxış edərək ustadımızı gənc musiqiçilərimizə tanıtmış oldum. Fəxarətlə deyə bilərəm ki, Qəzənfər bəyin adı gələn elm aləmində hər kəs ona böyük hörmət və ehtiramla yanaşır. Məcazi anlamda Qəzənfər bəy ustadlıq adlı günəşin təmsilçisi, artıq tanınmış elm xadimləri olan vəfalı tələbələri isə onun pərvanələridir. Ustadın ustadlığı onun yetirdiyi elm xadimləri ilə dəyərləndirilir. Qəzənfər bəy hər birimiz üçün ədəb-ərkan örnəyi olmaqla yanaşı, həm də müdrikanə-fəlsəfi fikirlər qaynağıdır. O, rəftarı ilə mənim nəzərimdə bir munislik mücəssəməsidir. Mən onun kiçiklərlə kiçik, böyük şəxsiyyətlərlə ünsiyyətdə isə müdrik Qəzənfər Paşayev olduğunu daima müşahidə etmişəm.

"Ağac bar gətirəndə başını aşağı dikər" kimi müdrik bir atalar sözü var. Mənim təsbitimə görə, təvazökarlıq edərək özünü kiçildib dəyər verdiyi şəxsi yüksək qiymətləndirmək əsilzadə insanlara xas olan ustadlıq nişanəsidir. Geniş məfkurəyə, intəhasız qəlbə sahib insanlar öz ustadlıqlarını həm də bu yönləri ilə də göstəriblər hər zaman. Qəzənfər bəyi bu nöqteyi-nəzərdən də dəyərləndirdiyimizdə onun bir məqaləsində ustadlıq keyfiyyətini görürük. Qəzənfər ustadımızın "Kredo" qəzetinin 16 avqust 2014-cü il tarixli 33-cü (788) sayında Osman Sarıvəllioğlu Babək Qurbanovun 75 illik yubileyi münasibətilə yazdığı məqalənin başlığı mənə bir vaxt Dədə Şəmşirin özündən 35 yaş kiçik olan Cəmil Əkbərə ünvanladığı bir şeirdə işlətdiyi bir ifadəni xatırlatdı.

Şəmşirin söhbəti-sözü səndədi,

Qəlbi məhəbbəti, özü səndədi,

Əllisi məndəsə, yüzü səndədi,

Çiçəklənən solmaz bağdı ürəyin

- deyən Dədə Şəmşir kimi ustad aşıq özünü kiçildərək əlli rəqəmi ilə kifayətlənir, Cəmil Əkbəri isə yüz rəqəmi ilə mükafatlandırırdı. Bu, əslində ustadlığın təcəllisinin pik nöqtəsidir. Qəzənfər müəllimin Babək Qurbanova yazdığı yazıya verdiyi "Babəksən, güclüsən, qüdrətlisən" başlığı da, məncə, Dədə Şəmşirin qeyd etdiyimiz misrası ilə fikir baxımından dəng gəlir. Tələbəlik illərinin filosof-estetikçi musiqişünas-bəstəkar dostunu bu kəlmələrlə ucaltmaqla əslində özünün ustadlığını, alicənablığını göstərir. Ustadlığa layiq insanlar hər zaman bu müstəvidə yer almaqdadır mənim könül xanimanımda. Sənət adamlarına, elm xadimlərimizə dəyər verən əsl ziyalılarımız özünü kiçildib qarşıdakını böyütməklə əslində öz ustadlıqlarını nümayiş etdirmiş olurlar. Bu cəhət Qəzənfər Paşayevə çox yaraşır.

Qəzənfər müəllim diqqətcil, səmimi, təvazökar, vicdanlı, ləyaqətli, ədalətli, dürüst, xeyirxah insan, sədaqətli dost, müdrik el ağsaqqalı, gözəl ailə başçısı, vətənsevər alimdir, ustadımızdır. Hesab edirəm ki, bu nəcib keyfiyyətləri özündə birləşdirən Qəzənfər bəyə "Dədə" titulunu da ərmağan etməyin vaxtı çoxdan çatıb. Bu yazımda fürsətdən istifadə edərək Qəzənfər bəyi "Ustad Qəzənfər" adından daha yüksək mərtəbəyə ucaldaraq "Dədə Qəzənfər" adı ilə mükafatlandırıram. Qəzənfər bəy günümüzün ustadı olduğu kimi, həm də insanlıq elminin "Dədə"sidir. Zəngin yaradıcılığı, xasiyyəti və xarakteri, rəftarı, əxlaqı ilə bu ilahi dəyərlərin bir kəlmə ilə məcmusudur, simvoludur "Dədə" termini adı altında. Bu şərəfli ad Dədə Qəzənfərə çox yaraşır. Xeyirli, uğurlu, mübarək olsun ustadım, Dədəm Qəzənfər! Zehniniz açıq, yazıb-yaradan əlləriniz var olsun! 27 avqustda tamam olacaq yeni yaşınızı ürəkdən təbrik edərim. Cansağlığı, yaradıcılıq uğurları arzulayaraq Türk təbiri ilə deyirəm: "Xeyirlərə vəsilə olsun, Tanrım sizi qorusun!"

İlqar İMAMVERDİYEV

Sənətşünaslıq elmləri doktoru, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Avqust 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri