Icma.az
close
up
RU
Fenomenal ədib Qəzənfər Paşayev

Fenomenal ədib Qəzənfər Paşayev

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aynur Turan

(27 avqustda Qəzənfər Paşayevin 81 yaşı tamam olur )

Hər insan sirli-sehrli bir aləm, yazılmamış bir kitabdır. Yaradıcı insanın könül dünyası daha cazibədar, təlatümlü, coşğun üfüqləri isə daha geniş, əngin və əlçatmaz olur. Bu dünyanın öz Günəşi, Ayı, ulduzları, öz güllü-çiçəkli yazları, vaxtlı-vaxtsız saralıb solan payızlıarı, əsrarəngiz qışları var. İnsan dünyasını dəyişdikdən sonra ömrünü həyatda qalanların xatirəsində davam etdirir. Bunun üçün ölməzdən əvvəl insana ölməzlik gətirən işlər, əməllər, ad-san qazanmalısan. Ən azı səni sevənlərin xatirəsinə layiq olmalısan. Xatirəni yaratmaq da, yaşatmaq da çətindir. Xatirəni şəxsiyyətlər yaradır və yaşadır. Dəqiq desək xatirəni yaratmaq və yaşatmaq üçün Şəxsiyyət olmaq lazımdır. Filologiya elmlər doktoru, professor Qəzənfər Paşayev ədəbi-içtimai mühitdə sayılb-seçilən, nüfuzu və yeri olan, həm müasirlərinə, həm də dünyasını dəyişmiş unudulmazlara yüksək qədirşünaslıq bildirən belə şəxsiyyətlərdən biridir. O, elmi maraq dairəsi çox geniş olan tanınmış Azərbaycan alimidir. Qəzənfər Paşayev dilçilər mühitində dilşünas, ədəbiyyatşünaslar arasında ədəbiyyatçı, xarici dil və ədəbi əlaqələr mütəxəssisləri arasında rus, ingilis və ərəb dillərinin mötəbər bilicisi, tərcüməçi kimi nüfuz sahibidir. Yaşı səksəni adladığına baxmayaraq, Qəzənfər müəllim yorulmaq nə olduğunu bilmədən aktual mövzularda səmərəli araşdırılmalar aparan, əldə etdiyi maraqlı nəticələri ilə fərqlənən bir tədqiqatçı, öhdəsinə götürdüyü işə həmişə böyük məsuliyyət duyğusu ilə yanaşan, fəal vətəndaşlıq mövqeyində ardıcıl olan Azərbaycan ziyalısıdır. Q. Paşayev təkcə özü üçün yox, başqaları üçün də yaşamağı bacaran açıq ürəkli, səmimi və səxavətli bir şəxsiyyətdir. Qəzənfər Paşayev həm sağlında, həm də yoxluğunda insanlara qiymət verməyi bacaran xeyirxah Tanrı bəndəsidir. Onda şamanlara məxsus bir tizfəhmlik, sufilərə xas bir dünya tamahsızlığı var. Adı keçən bu insan övladlara, nəsillərə, tükənməz örnəkdir. İllər keçəcək, Qəzənfər Paşayevin kitabları öz qəhrəmanları ilə birlikdə yeni nəsillər üçün mənalı bir dərsliyə, şəxsiyyətlər haqqında ensiklopediyaya çevriləcək, üzərindəki imzanı nəsillərin yaddaşına həkk edəcək.

Qəzənfər Məhəmməd oğlu Paşayev 1937-ci ilin avqustun 27-də Tovuz bölgəsinin Düzqırıxlı kəndində doğulub.1962-ci ildə Bakıda Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib. 1990-cı ildən isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetində xarici dillər kafedrasının dosenti və kafedra müdiri işləməyə başlayıb. İraq Türkman folkloru mövzusunda doktorluq dissertasiyası müdafiə edib. “Kərkük bayatıları” (1968), “Arzu-Qənbər dastanı” (1972), “İraq kərkük atalar sözləri” (1978), “İraq kərkük bayatıları” (1984), “Kərkük tapmacaları” (1984), “Kərkük folklor antologiyası” (1987), “Nəsiminin İraq divanı” (1987), “İraq Türkmən folkloru” (1982), və b. kitabları nəşr edilmişdir. A.Dümanın “Qafqaz səfəri”, “Necə yaşayasan yüzü haqlayasan” və b. kitabları Azərbaycan türkcəsinə çevirən Qəzənfər Paşayevin “Altı il Dəclə və Fərat sahillərində” kitabı da oxucular arasında ona böyük uğur qazandırdı. Bu kitab Qəzənfər müəllimin bacarıqlı pedaqoq, zəhmətkeş alim olmaqla yanaşı şirin dilli bir publisist olduğunu da ortaya qoydu. İraqda tərcüməçi işləmiş Qəzənfər Paşayev (1962-1966;1972-1975), burada yaşayan və sayı təqribən 2,5 mln-a çatan azərbaycanlıların (İraq türkmanları) dialekt və folklorunun toplanması və araşdırılması ilə məşğul olmuşdur. “Azərbaycan dilinin Kərkük dialekti” mövzusunda namizədlik (1969), “İraq Türkmən folkloru” mövzusunda doktorluq (1993) dissertasiyaları müdafiə etmişdir. 1964-1989-cu illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda (1973-cü ildən M.F.Axundov adına APİ ) fəaliyyət göstərmiş, institututun ingilis dili fakültəsində dosent, dekan müavini (1970-1971), xarici dillər kafedrasının müdiri (1972-1989) olmuşdur. ABŞ (1983) və İngiltərədə (1988) ixtisasartırma kurslarını bitirmişdir. 1989-1999-cu illərdə BDU-nun Qərbi Avropa dilləri kafedrasında çalışmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdiri (2001-2005), eyni zamanda 2003-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçisi işləmişdir. Ədəbi-elmi fəaliyyətində İraqda yaşayan azərbaycanlıların-İraq türkmanlarının ədəbi-mənəvi yaradıcılığının tədqiqi və təbliği xüsusi yer tutur. Paşayevin elmi fəaliyyətinin zirvəsi onun “İraq-türkman folkloru” adlı monumental əsəridir. Ə.Bəndəroğlunun “Şah əsər”, professor M.Naqibin “Abidə bir əsər” başlıqlı məqalələr həsr etdikləri, müəllifin 20 illik axtarışlarının məhsulu olan bu monoqrafiya Bakıda, Bağdadda və İstanbulda nəşr edilmiş, Azərbaycanda və xaricdə tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Q.Paşayev “Ədəbiyyat” qəzetinin (1995-ci ildən), “Vəfa” (2004-cü ildən), “Folklor və etnoqrafiya” (2004-cü ildən), “Xəmsə” (2002-ci ildən), “Qopuz” (2005-ci ildən) jurnallarının, Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbi-nəzəri məcmuə” sinin redaksiya heyətinin üzvüdür. 1994-cü ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində müdafiə Şurasının üzvüdür. 1997-2005-ci illər arası həmin şuranın həmsədri olub. Pedaqoji və elmi kadrların hazırlanmasında xidmətləri vardır. Rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edilib. Onlarla doktorluq və namizədlik dissertasiyaları üzrə opponent olub. Bir çox dərslik və monoqrafiyaların redaktoru və ya rəyçisi olmuşdur. Uzun müddət Azərbaycan-İraq Dostluq Cəmiyyətinin sədr müavini (1990-2003) olmuşdur. 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-Dini şuranın üzvüdür. 2004-cü ildən Yazıçılar Birliyinin Təftiş komissiyasının sədridir.

Q.Paşayev 1995-ci ildə öz vəsaiti hesabına Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elm Mərkəzində İraq Türkman Ocağı muzeyi yaratmış, İraqda yaşayan azərbaycanlıların ədəbiyyatı və mədəniyyəti ilə bağlı olan son otuz ildə topladığı şəxsi əşyaların (o cümlədən incəsənət əsərləri), əlyazmaların, elmi mənbələrin, kitabların hamısını burada cəm etmişdir. 2001-ci ildə ocağın kolleksiyası Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə köçürülmüş və ayrıca bir zalda “İraq-türkman ədəbiyyatı və mədəniyyəti” daimi ekspozisiyası açılmışdır. İraq Respublikasının “Əməkdə şücaətə görə” medalı ilə təltif edilmiş (1876), Kərkük vəqfinin (1999) və türkman cəbhəsinin (2003) diplom və yüksək mükafatlarına layiq görülmüşdür. Paşayevin həyat və fəaliyyətindən bəhs edən “Bu sevda ölüncədi” (2001), “İraq bizə iraq deyil” (2002) və s. kitablar nəşr edilmiş, şair H.Kürdoğlunun “Tovuzum mənim, Oğuzum mənim” poeması (1998) Paşayevə həsr olunmuşdur.

Türkiyə xaricindəki türk xalqlarına mənsub elm və fikir adamlarının Türk dünyası ilə bağlı çalışmalarının həcmi və səviyyəsi danılmazdır. Hətta bəzi sahələrdə aparılan tədqi-qatların dərinliyinə nəzər salındıqda, onların Türkiyənin özündə belə bənzəri çətin tapılar. Ancaq 1990-cı ilə qədər siyasi azadlıqların olmamasını göz önünə gətirsək görərik ki, bu ölkələrdəki tədqiqatçıların çoxu əsərlərini içində yaşadığı siyasi rejimin ideologiyasına uyğun yaratmaq məcburiyyəti altında qalmışlar. Çünki burada Türk dünyasının mədəniyyət baxımından eyniliyini isbatlamaq belə suç hesab olunurdu. Ancaq bunun az istisnaları da olmuşdur. Bu istisnalardan biri, bəlkə də, ən önəmlisi dəyərli elm adamı Qəzənfər Paşayevin göstərdiyi xidmətlərdir. Q.Paşayev XX əsrin 60-70-ci illərində altı il İraqda bir rus firmasında ingilis dili üzrə mütərcim işlədiyi vaxt, gecəsini gündüzünə qataraq İraq türkləri barədə folklor materialları toplamış, İraq türklərinin şair, ədəbiyyatçı və araşdırmaçıları ilə tanış olmuş, yazılı və şifahi qaynaqlara nüfuz etmiş, çox zəngin bir kolleksiya ilə məmləkəti Azərbaycana dönmüşdü. Həmin tarixdən sonra bir ipliyə inci dənələri düzən kimi, qiymətli kitablarını sıralamağa başlamışdır. Qəzənfər Paşayevin yüzlərlə məqaləsi, səksəndən çox kitabı, kərpic-kərpic yeddicildliyə sığmayan yeddi cilddən ibarət “Seçilmiş əsərləri” mövcuddur...

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

(ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Avqust 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see205

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see151

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see148

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see148

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see147

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see146

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see143

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see143

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see141

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see141

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see140

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see140

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see140

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see139

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see139

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see138

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see137

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see133

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see132

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri