Ustaların ən çox çətinlik çəkdiyi 6 maşın markası
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Polşada 160 avtomobil ustası arasında keçirilən sorğuda “Honda”, “Suzuki”, “Mercedes”, “Peugeot”, “Citroën” və “Ford” markaları təmir və servis proseslərində ustaları en çox yoran avtomobillər siyahısına düşüb.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadla xəbər verir ki, ustalar ehtiyat hissələrinin çətin tapılması, mürəkkəb elektron sistemlər və xüsusi dizayn quruluşu səbəbindən bu markaların təmirini öz üzərilərinə götürməyə həvəsli olmadıqlarını bildiriblər.
Ustalar bu avtomobillərin siyahıya düşməsini onların tez-tez xarab olması ilə əlaqələndirmirlər. Əksinə, yapon maşınları servislərə daha az müraciət etdiyi üçün bir çox ustanın bu təcrübəyə yetərincə yiyələnmədiyi qeyd olunub. Həmçinin, bəzi ehtiyat hissələrinin tapılmasının Avropa markalarına nisbətən daha çətin olması da prosesi ləngidir. Sezar pizza
“Mercedes” markasında isə xüsusi texniki həllər və elektrik avadanlıqlarının mürəkkəbliyi diqqət çəkir. Nasazlıq yarandıqda bərpa işlərinin həddindən artıq çətinləşdiyi, habelə bəzi ehtiyat hissələrinin həddən artıq baha olması və ya bazarda çətin tapılması əsas səbəblər kimi göstərilir.
Fransa istehsalı olan bu avtomobillərdə nasazlığın dəqiq mənbəyini tapmaq üçün avtomobilin texniki quruluşunu dərindən bilmək tələb olunur. Elektron sistemlərdə yarana biləcək problemlərin təmiri böyük xərc tələb edir və bu işləri görə biləcək peşəkar usta tapmaq getdikcə çətinləşir.
“Ford” modellerində isə əsas problem detalların paslanması ilə bağlıdır. Xüsusilə birləşdirici detallarda zamanla yaranan korroziya söküntü və təmir işlərini xeyli çətinləşdirir.
Sorğuda iştirak edən ustalar “Volkswagen”, “Audi”, “Skoda”, “Seat”, “Toyota”, “Fiat”, “Kia”, “Hyundai”, “BMW” və “Opel” markalarını isə münasib qiymətə və daha rahat təmir edilə bilən avtomobillər kimi qiymətləndiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 16 Sentyabr 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















