Icma.az
close
up
RU
ÜSTdən xəbərdarlıq: Yeni pandemiya riski artır Yeni Gündəm

ÜSTdən xəbərdarlıq: Yeni pandemiya riski artır Yeni Gündəm

Yenigundem saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının (“ÜST”) müşavirlərindən biri, doktor Rita İssa (Rita Issa), iqlim böhranının 2050-ci ilə qədər yeni pandemiyanın yaranmasına səbəb ola biləcəyini bildirib.
Valyuta.Az xəbər verir ki, Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (“BMT”) İqlim Dəyişikliyi üzrə 29-cu Tərəflər Konfransında (“COP29”) sualları cavablandıran İssa, iqlim böhranının insan sağlamlığına çoxsaylı təsirlər göstərdiyini vurğulayıb. O, ekstremal hava hadisələrindən qaynaqlanan xəsarətlər, yoluxucu xəstəliklər və isti hava dalğalarının yaratdığı problemlərin bu təsirlərin bir hissəsi olduğunu qeyd edib.

ÜST müşavirinin açıqlamaları

İssa “COP29” çərçivəsində mövzu ilə bağlı çoxsaylı müzakirələr aparıldığını qeyd edib:

“Ekstremal istilərin ürək sağlamlığı üzərində ciddi təsirləri var. Hər il həddindən artıq istilərin səbəb olduğu ölüm hallarının əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. İqlim dəyişikliyi hər yaş qrupundan insanın sağlamlığını təhdid edir, lakin xüsusilə həssas qruplar üçün daha böyük risklər yaradır. Bu qruplara yaşlılar, uşaqlar və hamilə qadınları daxil etmək mümkündür. Bundan əlavə, iqlim böhranı artıq sağlamlıq problemləri ilə mübarizə aparan insanlar üçün əlavə yük yaradır.”

İssa iqlim böhranı ilə yoluxucu xəstəliklər arasında əlaqəyə diqqət çəkib. Onun sözlərinə görə, xəstəlik daşıyan canlıların bölgə dəyişməsi bu əlaqənin əsas səbəblərindəndir.

Malyariya və dang qızdırması yayan ağcaqanadların qlobal istiləşmə nəticəsində yaşayış yerlərini dəyişdiyini bildirən İssa, bu kimi hallar nəticəsində pandemiya riskinin artdığını vurğulayıb.

O əlavə edib:

“İqlim dəyişikliyi mütləq yeni pandemiyaya səbəb ola bilər. ÜST-nin “COP29” çərçivəsində bir həftə ərzində həyata keçirdiyi proqramlarda iqlim böhranının pandemiya risklərini artırdığına dair çoxlu sübut təqdim edildi. Bunun əsas səbəbi pandemiyaya yol aça biləcək xəstəliklərin insanların təbiətlə və biomüxtəlifliklə olan əlaqəsindən qaynaqlanmasıdır. Təbiət, biomüxtəliflik, iqlim dəyişikliyi və insan sağlamlığı bir-biri ilə sıx bağlıdır. İqlim böhranı nəticəsində insanların təbiətlə əlaqələrində dəyişikliklər müşahidə olunur və bu, 2050-ci ilə qədər yeni pandemiyanın yaranması ehtimalını artırır.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 25 Noyabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri