Icma.az
close
up
RU
Üstü mayonezli Nobel

Üstü mayonezli Nobel

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən yazıçının adı açıqlananda bizim ədəbi mühitdə bir qaynaşma hiss edirəm. Qaynaşmanın içindən ah-uf səsləri də eşidilir, yəni, mükafat bu dəfə də bizə verilmədi. Əlbəttə, bu cür köksötürmələrin müəlliflərini qınamıram, hələ nə yaşları var ki, yavaş-yavaş bədii söz sənətinin nə demək olduğunu anlayacaqlar. Qırxında öyrənib gorunda çalanlar o qədər olub ki! 

Hələ bir vaxtlar Vaqif Bayatlı müsahibələrinin birində demişdi ki, vaxt gələcək, mükafatı bizə vermədiyinə görə  Nobel komitəsi Azərbaycan ədəbiyyatından üzr istəyəcək! 

Bayatlının bu sözündən sonra Nobel komitəsi zəng edib soruşmuşdu ki, mayonez də vuraqmı? Şəxsən məndən soruşsaydılar deyərdim, mayonez vurun, ama, soğan lazım deyil. Həqiqətən ee, indiki soğanlar yeyiləsi deyil. 

Vaxt var idi şeiri-zadı qəzet-jurnallardan oxuyardıq, indi  sosial şəbəkələrin hansını silkələyirsən şeir tökülür. Hamısı da qəmli, mərsiyə ladında. Bizim şairlər elə bilir, oxuyanı təsirləndirmək üçün şeir mütləq qəmli olmalıdı. Şeirdə ki, ölüm, kəfən, meyit olmadı – apar qaytar! 

Bir dəfə oksigen balonunu belimə bağlıb ümman poeziyamızın dərinliyinə endim ki, görüm, şairlərimiz hansı mövzularda gərdiş edirlər. Biri yazır, göz yaşım bulaq kimi qaynayır, o biri yazır, bulaq nədi, məndə leysandı, digəri yazır, məndəki uje, qanlı göz yaşıdı, bu yandakı deyir, əl vurma yaram dərindi. 

Hamısının da sevgilisi şeirdə harasa gedir: "Sən getdin...”

Baxdım ki hamısı eşq dəlisi, gözəllik aşiqi, ayrılıqlar məcnunu! 

Bu yerdə, gəlin sizi əsil Məcnunla, yəni, Qeysin özü ilə tanış edim. Qədim ərəb tayfalarından bir ailə balaca  Qeysi mollaxana məktəbinin ibtidai sinfinə qoyur. Başqa bir tayfa da balaca Leylisini həmin məktəbə göndərir. Yerdə bardaş qurub oturan bu iki balaca uşaq biri-biri ilə mehribanlaşır, dost olurlar. Dərsdən sonra evlərinə qayıdan balacalar biri-birindən ötrü darıxır, mollaxanada görüşəndə sevinib gülümsəyirlər. Onlar balacadırlar, sadəcə bir yerdə oynamaq istəyirlər. Balacaların mehribanlığını görən molla-məllim qızın oğlana meyillənməsini onun atasına çatdırır. Söhbəti eşidən ata qızını okuldan çıxardır. Balaca Qeys məktəbə gələndə  dostu Leylini görmür. Sevginin nə olduğunu bilməyən  Qeys məktəbdə, evdə hamıdan Leylinin hara getdiyini soruşur, onunla oynamaq istədiyini söyləyir. Leyli isə yoxdu! Buna görə uşaq hər şeydən, hər kəsdən küsür, həyata, yaşamağa marağı sönür. O, yaşa dolduqca Leylini sevdiyini anlayır. Beləcə, dəhşətli bir istəklə görmək istədiyi dostunu gizlətdiklərinə görə onda psixi problemlər yaranır və o, dəlilik vəziyətinə gəlir. Qeyri-adi davranışlarına görə ətrafdakılar ona Məcnun deyirlər. Məsələ burasındadır ki, Qeys Leyli ilə evlənsəydi belə, yenə də onda dəlilik simptomları olacaqdı. Dostunu görmədiyi üçün ruhi müvazinətini tezcə itirdiyinə görə onun elə, anadangəlmə psixi problemlərinin olmasını  düşünmək olar. 

Həmişə fikirləşmişəm, həmin Qeys, məsələn, Rusiyanın hansısa orta məktəbində təhsil alsaydı heç də bir qızın yoxluğuna taxılıb dəliliyə qədər sapmazdı. 

Nəysə! Sonralar bu hadisəni şişirdərək yekə-yekə dastanlar yaratdılar. Şərqdə bu sevgi haqda şifahi yaranan nağıl-dastanlardan qidalanan çoxlu sayda yazılı əsərlər ortaya çıxdı. 

Yaxşı, deyək ki, qapalı cəmiyətlər, ciddi qayda-qanunlar bir uşağı o hala saldı, bəs, ay mənim şairlərim, sizə nə oldu? Siz niyə o saat Məcnuna çevrildiniz? Bu nə gopdu, bu nə şeirlərdi yazırsınız? Hələ yazdıqlarınıza Nobel mükafatı da umursunuz! Nəhayət bilməlisiniz ki, Nobel pəncərədən baxıb kədərli fikirləri qafiyələndirənlər üçün deyil! Paravoza oxşayan bir rədif tapıb müxtəlif fikirləri  qafiyələndirərək həmin paravozun arxasına qoşmaqla şeir yazılmaz! Biri ala dağdan, o biri qara dağdan xəbər gətirən misralar yazıb şeir düzəldirsiniz. Rədif də zarıya-zarıya bu əcaib misraları çəkib aparır öz arxasınca. Yəni, sizin yazdıqlarınızı vahid bir mövzunu ifadə edən şairanə düşüncə, sərrast müşahidədən yaranmış bədii ifadələr yox, yerli-yersiz səsləşən qafiyələr idarə edir. 

Nəsriniz də ondan betər! Guya sənin ayaqyalın uşaqlığın, nə bilim, hansı düzdə dana otarmağın, yetim böyüməyin avropalı üçün çox maraqlıdı. Kitab oxumursan, eybi yox, heç olmasa müasir filmlərə bax gör, nə süjetlər düşünən, nə ssenarilər yaradan beyinlər var! Hara dürtürsən özünü?  

Nobel komitəsi bir yana, sənin o ağlaşman, qanlı göz yaşların, "nöş gəlib insan?” fəlsəfən, sevgilinin əğyara qoşulub getməsi heç bir qərbli üçün maraqlı deyil. Demirəm yazmayın, yazın, yazdıqlarınızı da tində, məhlədə biri-birinizə oxuyub kayf tutun, ta, yekə-yekə düşünüb beynəlxalq mükafat-zad ummayın. Çünki sənin yazdıqların insanlığa heç bir fayda gətirməyən, heç bir ictimai çəkisi olmayan söz yığınıdı. Ona görə də sənin yazdıqlarının başqa dilə tərcüməsi sivilizasiyadan aralı bir cəngəllikdə yaşayan qəbilə adamının yazdığı mətn kimi mənasız səslənəcək. Təxminən belə: 

Mən göylərə baxırdım,

Çəmənlikdən sənə

Qurbağa çiçəyi yığırdım.

Baxdım ki, bir meymun 

Qonşunun bambukuna dırmaşdı.

Bil ki, o məndən 

Ucalara dırmaşa bilməz.  

Sərinləşdirici yağış yağdı,

Timsah ruhumu dişlədi 

Mən kolluğa girdim

Ayağımı sancdı tarantula

Belə yaşayışı apar tulla... 

Murad Köhnəqala

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Dekabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri