Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Üstüaçıq yatan eskalatorlar

Üstüaçıq yatan eskalatorlar

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Adətən, oğlum Amuru şəhər gəzintisinə aparanda sonda məlum olur ki, mən onu yox, o məni gəzdirirmiş. Belə ki,  uşaq məni həmişə sevdiyi yaşıl parklara, eskalatorlu yeraltı keçidlərə dartıb aparır. Dünən də həmin gəzintilərimizdən biri idi. Demək, "28 May” metrostansiyasından çıxıb üzü Milli Bank tərəfə, ordan da yeraltı keçiddən keçib Heydər Əliyev parkına geçdik. Burda, Rəşid Behbudov prospektinin altında ikitərəfli, dördçıxışlı yeraltı keçiddəki eskalatorların hamısının işlədiyini heç zaman görməmişəm. Hər dəfə ya yuxarı qaldıran, ya da aşağı endirən tayı işləmir. Bu dəfə də belə oldu, uşağın sevimli eskalatorları işləmirdi. Buranın dəmir qanunu budur, eskalatorlar ya taykeş işləməli, ya da heç işləməməlidi! 

Fəaliyyətsiz eskalatorların üstünü toz-torpaq basıb. Hərdən görürsən bir neçə usta yığışaraq həmin nasaz eskalatorların motorunu söküb təmir eləyirlər. 

Çox maraqlıdı, yəqin ki, bu yeraltı keçidləri inşa edərkən  onların proyektini əvvəlcə keçid-tuneldən başı çıxan mühəndislər, mütəxəssislər yazıb-çəkib təqdim edirlər. Bildiyimiz kimi eskalatorlar əsasən elektriklə işləyən matordan, bir də dəmir çarxlı pilləkənlərdən ibarətdir. Təbii ki, bu cür matorlara su düşərsə mütləq xarab olur.  Xarab olması bir yana, elektriklə işlədiyinə görə o matorlar həm də çox təhlükəli hala gələ bilərlər. 

Başqa yerləri demirəm, təkcə həmin keçidlərdəki eskalatorları ayda ən azı bir neçə dəfə təmir eləyirlər. Bu qədər xərc çəkib pul tökürlər, yəni. Eskalatorlar fəaliyyətsiz olduğuna görə çox vaxt piyadalar yol hərəkət qaydalarını pozmağı, fəaliyyətsiz dəmir pilləkanlarla quyuya düşüb-çıxmaqdan üstün tuturlar.

Əlbəttə, açıq hava şəraitində eskalator uzun müddət işləyə bilməz! Üstü örtülməmiş eskalatorların dişcikləri zir-zibillə dolur, yağan yağış, çirkli qar suyu onun motoruna axır, axı!

Həmin yeraltı keçidləri inşa edən mühəndislərin qolundan tutub demək lazımdı, a kişi, tikintinin xərci sənin cibindən çıxmır ki, niyə belə yarımçıq iş görmüsən? Layihədə bunların üstünü ən azı şüşə örtüklə örtmək haqda bir qeyd eləsəydin, canın çıxardı? Yarımçıq, qeyri-peşəkar işinlə camaatı qoymusan avara. Təkcə bu eskalator motorlarının təmirinə mütəmadi çəkilən xərclə keçidlərin girişinin üstünü üç dəfə örtmək olardı...

Ordan qanı qara halda keçdik Qış parkına. Bu gözəlim parkın içi ilə üzü Milli Dram Teatra tərəf getdik. Parkın o başında yenə yeraltı keçidə girəsi olduq. Burda da eyni mənzərə! Keçiddəki dörd eskalatorun heç biri işləmir! Üstü örtülməmiş eskalator necə işləsin, axı? 

Sinəmə gəlmişkən, icazə verin yollarımız haqda da bir neçə xanə deyim. Qayda belədi, yol çəkilişi zamanı, ilk olaraq, kənarlarda ya yeraltı su kanalları, ya da açıq arxlar quraşdırılmalıdır ki yağan yağışın, qarın suyu axıb həmin kanallara tökülsün, hər yağmur sezonunda şəhərin müxtəlif bölgələri su altında qalmasın. Yəni, əgər mühəndis yolun inşasını düzgün konstruksiya edə bilməyibsə və yağış zamanı yollar göl bağlayırsa, buna şəhərin meri neyləsin?

Birini də deyim, söhbəti bağlayaq. Bizim yaşadığımız bölgədə, Əsəd Əhmədov küçəsində yaraşıqlı bir orta məktəb var. Məktəbin qarşısındakı işıqforsuz yolda piyadaların keçməsi üçün zolaqlı keçid var. Ətrafda yaşayan sakinlər və əsasən də orta məktəb şagirdləri həmin zolaqlı yoldan keçirlər. Gün ərzində minlərlə insan bu yolu o tərəf-bu tərəfə adlayır. Ancaq intensiv keçən maşınların təkərləri altında sürtünən o ağ zolaqlar tezcə pozularaq görünməz hala düşür. İldə bir-iki dəfə gəlib o zolaqları yenidən çəkirlər, üstündən bircə ay keçməmiş zolaqlar yenə görünməz olur. Niyə? Çünki o zolaqları keyfiyətli boya ilə yox, adi emulsiya ilə çəkirlər. Həmin zolaqların görünməz vaxtı bu yolu ilk dəfə keçən naşı sürücülər piyadalara dəfələrlə təhlükə yaradıblar. 

Olmazmı, yol tikinti idarəsi bir dəfə də keyfiyətli iş görsün, o zolağı normal, müvafiq ağ kraska ilə çəkəsin?   

Murad Köhnəqala

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see331

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see327

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see320

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see319

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see282

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see220

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see218

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see216

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see206

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see203

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see187

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see179

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see176

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see171

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see161

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see156

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri