Üsyançılar Əsədin evində heyrətamiz bir şey tapdılar silah deyil
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Bəşər Əsəd rejiminin süqutundan sonra suriyalı üsyançılar onun iqamətgahında qeyri-adi bir tapıntı - qalmaqallı "Borat" filminin surətini tapıblar.
Britaniyalı aktyor və komediya ustası Saşa Baron Koen tərəfindən ərsəyə gətirilən film qazaxıstanlı jurnalist Borat Saqdiyevin ABŞ-ı səyahətindən bəhs edir. 2006-cı ildə nümayiş etdirilən film stereotipləri, irqçilik və ksenofobiyanı ifşa edən təxribatçı yumoru ilə izləyicilərin rəğbətini qazanıb.
Maraqlıdır ki, rejimi insan haqlarını pozduğuna görə onilliklər boyu beynəlxalq tənqidlərə məruz qalan Əsəd totalitar rejimləri və absurd bürokratik sistemləri ələ salan filmi saxlayıb.
Qeyd edək ki, 2012-ci ildə Koen daha bir satirik komediya olan "Diktator"u buraxıb. Film bəzi yerlərdə cizgiləri Əsədə bənzəyən, gücə aludə olan uydurma tiran haqqındadır. (lent.az)
Baxış sayı:47
Bu xəbər 11 Dekabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















