Icma.az
close
up
RU
Uzaqdakı Çini yaxından tanımaq... İki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf edəcək

Uzaqdakı Çini yaxından tanımaq... İki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf edəcək

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əslində Çin Azərbaycandan uzaq olsa da, adı çəkiləndə belə insanda qəribə təəssüratlar oyadır. Bir gün getməyə imkanım olsa sevə-sevə Pekini gəzərəm. Ötən ay Çin Kommunist Partiyasının dəvəti ilə YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi altında bir qrup deputat Çində səfərdə olub.

Bu səfər mənim diqqətimi çəkdi. Çünki əməkdaşlıq etdiyim deputatların çoxu bu səfərdə idi. Onlar mənə səfərin önəmli olduğunu da bildirmişdilər. Səfərdən sonra onların səfər təəssüratlarını yazmağı çox istəyirdim. Səfərdə özüm olmasam belə Azərbaycan və Çin əlaqələrinin qurulması Azəırbaycan adına böyük uğur olduğu üçün bu səfər haqqında mütləq öz düşüncələrimi də yazmalı idim.

Öyrəndim ki, Çin Kommunist Partiyası tərəfindən bu partiyanın Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao və Azərbaycan tərəfindən YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun imzası ilə sənədlərin imzalanma mərasimi baş tutub.

Deputat Vüqar İskəndərov Çinə səfər edən heyət tərkibində olub. Deputat Bizimyol.info xəbər portalı ilə Çin təəssüratlarını bölüşüb. Vüqar İskəndərov qeyd edib ki, səfər Çin Kommunist Partiyasının dəvəti və Yeni Azərbaycan partiyasının xətti ilə təşkil olunub.

Vüqar İskəndərov

“Çində keçirdiyimiz 8 gün ərzində ölkənin əsrarəngiz təbiəti, tarixi abidələri və insanları ilə yaxından tanış olduq. Müxtəlif şəhərlərdə olmağımız bizdə çox maraqlı təəssüratlar yaradırdı”-deyən deputat vurulayıb ki, səfər çərçivəsində Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında memorandum imzalanıb. Deputat vurğulayıb ki, Çinin keçmiş MDB ölkələri arasında yalnız Rusiya ilə belə bir memorandum imzalanmışdı. Çinin Azərbaycana olan müsbət münasibətinin bariz nümunəsidir. Deputat deyir ki, həmçinin Çində Azırbaycan prezidenti cənab İlham Əliyevə nüfuzlu bir lider kimi olan hörmətə də şahid olub.

“Biz o nüfuza olan hörməti, sözün əsl mənasında, hər addımda özümüzə qarşı da hiss edirdik. Çin kimi böyük bir dövlətin Azərbaycana olan hörməti hər birimizi sevindirirdi. Ölkəmizə, ölkə başçımıza olan bu hörmət bizi qürurlandırırdı”-deyən deputat vurğulayıb ki, səfər proqramı çox zəngin hazırlanıb. Belə ki, deputat qrupu səfərdə olduqları şəhərlərdə yeni infrastruktur layihələri ilə də yaxından tanış olma fürsətindən istifadə edərək, yeni innovativ yanaşmalar olan istehsalat müəssisələrini də ziyarət ediblər. Bununla yanaşı, Çinin tarixi abidələri ilə tanışlıq da baş tutub.

Vüqar İskəndərov bildirib ki, şəhərləri gəzikdə, tarixi abidələri tanıdıqca Çin sakinlərinin öz keçmişinə necə dəyər verdiyinin də şahidi olub.

“Çin zəngin mətbəxə sahibdir. Təşkilatçı tərəf bizim üçün hər bir şərait yaratmağa çalışmışdı. Çinin qonaqpərvərliyi proqramın zənginliyi ilə bir-birini tamamlayırdı. Biz bu səfər zamanı uzaqdan tanıdığımız Çini yaxından tanıdıq. İki ölkə arasında olan münasibətlər bu səfərə bir "ton" anlamlı rəng qatdı. Nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyasının sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun işgüzar görüşləri və bu çərçivədə apardığı danışıqlar partiyalar arasındakı münasibətlərin yeni dövrə uyğun və keyfiyyətcə yeni formada inkişafına təkan verəcəyinə əminik. Tahir Budaqov partiya rəhbərləri ilə görüşü zamanı onları Azərbaycana dəvət etdi. Növbəti səfərin Çin nümayəndə heyəti tərəfindən olacağı istisna deyil”-deyən Vüqar İskəndərov bildirib ki, bundan sonra iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf edəcəyi gözlənilir.

Qeyd edək ki, deputatlar Çinə səfər zamanı bir neçə əhəmiyyətli tədbirdə iştirak ediblər. Belə ki, Yantsızı çayının sahilində, Nankin şəhərində 100-dən çox ölkənin analitik mərkəzlərində fəaliyyət göstərən nümayəndə heyətlərinin iştirak etdiyi belə mühüm beynəlxalq tədbirdə Yeni Azərbaycan Partiyasının sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edib. Bu çıxışı həm də, Prezident İlham Əliyevin yeni dünya nizamına baxışı, daha ədalətli və çoxqütblü dünya nizamı ilə bağlı siyasi baxışlarının məcmusu kimi də təqdim etmək olar.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Dekabr 2024 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri