Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Çinlilərdən inqilabi neft emalı üsulu

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Səhər yeməyində buna diqqət edin!

Panik atakla infarktı necə ayırd etmək olar?

Uzaqdan sevilən yaxın adam

Uzaqdan sevilən yaxın adam

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Yaxud müsəlmanın sonrakı zövqü...

Yenicə itirdiyimiz sənətkara gecikmiş rekviyem

...Bizim cəmiyyətimizdə adamlar doğulub, yaşayıb, böyük olmur. Biz doğulub, ölüb... böyük oluruq. Ya da kiçik...

Necə deyərlər, böyük-kiçik yeri bilənik; Fəxri Xiyabanla Xocahəsən qəbiristanı arasında fərq qədər.

"Fəxri" ölüləri də nömrələmişik: birinci, ikinci...

Hələlik iki "xiyabanlıq" "fəxr ediləsi" adamımız var.

Özümüzə ya öləndə qiymət veririk, ya da ölənə yaxın. Ən "yuxarı" (Allahdan aşağı) and yerimiz də... ölümdür: "Bu canım ölsün...", "məni qəbrə qoyasan ki..."

Bir-birimizi "mən ölüm"lə, "sən öl"lə inandırırıq.

"Sən mənim qədrimi biləsən deyə

bu cavan yaşımda ölümmü indi?!"

Əli Kərim belə dedi, dedi, elə o cavan yaşında da ölüb getdi.

Qədrini bildik!

Sağlığında olmadığı qədər...

Elə bil yazıçıların, şairlərin məzarında qəbir ağacı bitib, pöhrələyir...

Biz sözə, söz adamına, sənətə, mədəniyyətə qarşı, deyəsən, belə bir azca nekrofilik: yazıçını diri kimi deyil, ölü kimi daha çox sevirik. Şairi, rəssamı, bəstəkarı da.

Bircə toy müğənnilərini, şou əhlini sağlığında sevib yaşadırıq, amma əsl sənət adamını əvvəl "öldürüb", sonra sevirik.

Sənətin axırına çıxıb, sənəti axırdan sevməyə başlayırıq. Biz sənətin əvvəlini, ortasını deyil, axırını xoşlayırıq.

Dünənə qədər Rəşidin adı gələndə, radionun səsini qısanlar, bu gün yutubda "eşələnib" Rəşidin səsini axtarır... " Gör, bizim kimimiz varmış e!" deyə şeşələnir.

Bəli, varmış!

Necə deyərlər, müsəlmanın sonrakı... zövqü.

Məndən olsa, insanları tanımağı və sevməyi körpələrə onlar "doğulana qədər" öyrətmək gərək.

Yoxsa kələfin ucu itir, hər şey qarışır, dolaşıq düşür.

Adam var, tanıyırıq deyə sevirik. Adam var, tanıyana qədər sevirik.

Amma mən fikir vermişəm: biz tanımadığımız adamları daha çox sevirik.

İllah da şəxsən tanımaq imkanımız yoxdursa və olmayacaqsa, sevgimiz "fontan vurur".

...Kitab mağazasına gedəndə, kitabları necə seçirik, deyim. Kitabı əlimizə götürən kimi, dərhal çevirib, arxa üz qabığına baxırıq. Orda adətən qiymət yazılır. Bir də müəllifin fotoşəkli, haqqında məlumat. Bu müəllif hələ yaşayırsa, ona maraq azalır, yox, ölübsə, üstəlik əcnəbidirsə, oxumaq həvəsi ikiqat artır. Elə bilirik, ölülər dirilərdən daha... ağıllı və talantlıdır. Üstəlik əgər bu, tanımadığımız ölüdürsə.

Hə, əgər kitabın qiyməti əlimizi "yandırırsa", müəllifi kim olur-olsun -ölü, ya diri, fərqi yoxdur, dərhal qoyuruq yerinə.

Doğma ədəbiyyatımıza qaşı ikiqat, beşqat qəddarıq: öz müəlliflərimizi "görməyə gözümüz yoxdur".

Baxıram, yeni nəsillər ingiliscə, lap köhnə nəsillər rusca kitab axtarır. "Qlamur" zümrənin bir az aşağısındakılar və bir qism xanımlar isə daha çox Türkiyə türkcəsinə meyl edir. Böyük bir qism də Azərbaycan türkcəsində əcnəbi yazıçıları oxuyur (sosial mediada tərcümədən giley-güzar edənlər ona görə bu qədər çoxalıb).

Elə bil and içmişik, öz yazıçılarımızı oxumayaq.

Ancaq oxusaq, görərik, bizimkilərin arasında elələri var, əcnəbi qələmlərin çoxunu suya susuz aparar...

Qaytarıb gətirər, ya gətirməz, onu deyə bilmərəm.

Hardan bilək?! Oxumuruq axı.

Ədəbiyyatımız Çində çox zövqlə tikilmiş, amma boş qalmış yeni, böyük çöl şəhərlərinə oxşayır. Ucsuz-bucaqsız və... adamsız meqapolislərə. Bəziləri indi-indi məskunlaşır.

Azərbaycanın da boşalan kəndləri var. Ev tikilib, içində adam yoxdur. İnsan evini, yurdunu sevir, ancaq uzaqdan. İçəridən yox, bayırdan sevir. Öz evinin içində yaşamaq yerinə, öz evini çölündən yaşayır. Köçüb uzağa - öz evinin həsrətini çəkməyə gedir. Ya istəyərək uçub gedir, ya da istəməyərək - məcburiyyətdən çıxıb gedir.

Məmləkətimin oxucusu da doğma ədəbiyyatına, bax, elə uzaqdan baxır, distant sevir. Bilmir, içində nə var, nə yox. Öz yazıçısına öz həyatında, lap ürəyinin bir küncündə yer ayırır, amma onun kitabını almaq üçün pul ayırmır. "Özgə" ədəbiyyata pul xərcləyir, özününkünü isə havayı "xərcləyir".

Başa düşürəm, durum bir az qarmaqarışıqdı: heç kimin oxumayacağı kitablar çox yazılır deyə hamının oxuyacağı kitablar az yayılır. İndi ədəbiyyat iki yerə bölünüb: kitabı satılan müəlliflər, müəllifi "satılan" kitablar...

Uzun sözün qısası, yaşayanda uğurla yaşamasan da, öləndə də gərək uğurlu öləsən. Uğurlu öləndə, səni urvatlı götürəcəklər.

Biz?!

Ehh! Hələ ölməmişik deyə... ağlayanımız yoxdur...

...Eyni torpaq parçasında qopub pərvazlanmışıq, ancaq mən Çingiz Əlioğlunu həyatda tanımadım, Ədəbiyyatdan tanıyırdım. Elə bilirəm, çox adam şairi uzaqdan tanısa da, yaxını kimi sevmişdi. Ömrünü kitaba həsr eləyən adamın bu qədər tanınması bir yandan təbiidir, o biri yandan isə...

Nə isə.

Kitab oxumayan cəmiyyət kitaba bağlanmış, kitaba bağışlanmış ömrü hardan tanısın?! Bu nöqtədən baxanda Çingiz Əlioğlu şanslıymış. Xoşbəxt olmaq üçün xoş bəxt başlıca şərtdir. Şairin bəxti xoş imiş: yaşayanda necə sevilmisənsə, öləndə də elə sevilmək əvəzsiz bəxtəvərlikdir.

Bəli, biz doğulub, yaşayıb, böyük olmuruq. Biz doğulub, ölüb... böyük oluruq.

Ancaq, yox, doğulub, yaşayıb... böyük ölənlər də var.

Etiraf edirəm: mən də Çingiz Əlioğlunu az oxumuşam, ancaq çox tanımışam. Həm də sevmişəm. Adam var, şairliyini şeirlərindən çox sevirsən. Məndə də bu insana qarşı belə bir duyğu vardı. Səbəbini soruşsanız, açıqlamasını tam verə bilməyəcəm.

Bəli, adamlar var, eləcə için-için, həzin-həzin sevirsən. Uzaqdakı yaxın adamı uzaqdan necə sevərlər, bax, eləcə...

Çingiz Əlioğlu da belə insan imiş: uzaqdan sevdiyimiz yaxın adam! İtirəndə daha çox tapdığımız adam!

Zatən biz həmişə itirdiklərimizə tapınmışıq. Sözün sənət mənasında...

Daha bir yaxınımız da bizdən cismən uzaq düşdü...

Məkanı cənnət, məqamı uca olsun!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Avqust 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see346

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see252

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see232

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see229

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see213

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see212

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see209

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see199

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see181

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see180

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see178

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see175

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see174

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see174

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see173

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see170

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see166

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see164

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see162

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri