“Uzaqlıq”da Aygün Röya görüşü (Video)
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Röya Ayxandan "Uzaqlıq"a fərqli nəfəs...
Milli.Az xəbər verir ki, pop kraliça, Xalq artisti Röya Ayxan diva, Xalq artisti Aygün Kazımovanın repertuarından sevilən "Uzaqlıq" mahnısını fərqli ifa tərzi ilə təqdim edib.
Eldar Mansurovun musiqisi, Vahid Əzizin sözləri əsasında ərsəyə gələn mahnı Röyanın ifasında yeni ovqat qazanıb. Yay enerjisi, parlaq rənglər və dinamik kadrlarla hazırlanan klipdə sənətçi 3 fərqli obrazda təqdim olunur.
Klipin rejissoru Delee Oruclu, montaj və rəng həlli Ravil Askerov, aranjimanı isə Camal Qurbanov tərəfindən həyata keçirilib. Layihənin səsyazma, miks-masterinq və prodakşn işlərini Toufan Records həyata keçirib.
Rəngarəng vizuallığı, fərqli obrazları və Röyanın enerjili ifası ilə "Uzaqlıq" həm nostalji hissi, həm də müasir yay atmosferini bir araya gətirib.
"Uzaqlıq" artıq bütün musiqi platformalarında dinləyicilərin ixtiyarındadır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 14 Avqust 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















