Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“Üzən məzənnəyə keçid maliyyə sabitliyini alt üst etmək deməkdir” XƏBƏRDARLIQ

“Üzən məzənnəyə keçid maliyyə sabitliyini alt üst etmək deməkdir” XƏBƏRDARLIQ

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

“Hazırkı konyunkturanı nəzərə alsaq, üzən məzənnəyə keçid həmin bu fiks məzənnədən daha yaxşı deyil. Biz axır-əvvəl üzən məzənnəyə keçəcəyik, amma gələcəkdə. Bu günkü iqtisadi konyunktura, ixracın strukturu və digər amillər buna imkan verməz”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. O, qeyd edib ki, bütün dünyada tam üzən məzənnə demək olar ki, yoxdur:

“Əslində bütün dünyada tam üzən məzənnə demək olar ki, yoxdur. Dünyanın ən sərbəst valyutaları belə öz dövlətlərinin mərkəzi bankları tərəfindən zaman-zaman intervensiyaya məruz qalır. Sərbəst üzən valyuta bizim insanların çoxunun düşündüyü kimi deyil. 

Bunlar əslində tənzimlənən üzən məzənnələrdir. Sərbəst üzən məzənnəyə keçmək 1 günün işi deyil. Səbəb odur ki, sərbəst üzən məzənnəyə keçid üçün iqtisadiyyatda müəyyən məsələlər öz həllini tapmalıdır və iqtisadi konyunktura buna imkan verməlidir. Bu o deməkdir ki, müəyyən makroiqtisadi göstəricilər üzən məzənnənin özünü dəstəkləməyi bacarmalıdır. Yəni imkan verməməlidir ki, üzən məzənnə nəzarətdən çıxsın. Bunun da bir neçə əsas amili var. 

Bunlardan biri də ixracın strukturudur. Bizim ixracımızın təxminən 90 faizə qədəri neft və qaz, o cümlədən neft məhsullarıdır. Yəni ölkəyə valyuta gətirən əsas tərəf yuxarıda sadalanan məhsullardır. Sabah dünya bazarında neft və qazın azacıq dəyişməsi dollar-manat kursunda kəskin volotilliyinə səbəb olar. Kəskin volotillik o deməkdir ki, ilk növbədə maliyyə sabitliyi pozular, iqtisadiyyatda ciddi problemlər formalaşar, əlində valyuta olan bir qrup insan və özəl maliyyə qurumları həm də vəziyyətdən sui-istifadə edərək, müəyyən spekuliyasiyalara yol verə bilər. Yaxud iş adamlarımız çökə bilər. Çünki həddən artıq volotillikdə heç bir iş adamı iş görə bilməz”.

Ekspert diqqətə çatdırıb ki, yaxın bir neçə il ərzində qeyd olunan məsələlərin həllindən sonra üzən məzənnə müzakirə mövzusu ola bilər:

“Əslində fiks məzənnənin özü də yaxşı bir şey deyil. Amma hazırkı konyunkturanı nəzərə alsaq, üzən məzənnəyə keçid həmin bu fiks məzənnədən daha yaxşı deyil. Biz axır-əvvəl üzən məzənnəyə keçəcəyik, amma gələcəkdə. Bu günkü iqtisadi konyunktura, ixracın strukturu və digər amillər buna imkan verməz. Bütün dünyada investorların bir yerə investisiya qoyması üçün birinci amil siyasi və maliyyə sabitliyidir. 

Bizdə həm siyasi, həm də maliyyə sabitliyi var. Üzən məzənnəyə keçid maliyyə sabitliyini alt-üst etmək deməkdir. Ən optimal yol üzən məzənnəyə keçid üçün iqtisadi konyunktura və ixrac strukturunda öz həllini tapmalı olan məsələlərin həllidir. Bunları etdikdən sonra üzən məzənnəyə keçid onsuz da olacaq. Fikrimcə, ümumiyyətlə hazırda üzən məzənnənin özü belə müzakirə mövzusu deyil və ola bilməz. Çünki onun müzakirə olunması belə cəmiyyətdə yanlış gözlənti yaradır.  

Yanlış gözləntinin özü yavaş-yavaş ajiotaja və gərginliyə çevrilir. Bu gərginliyin özü ən çox əhaliyə və iş adamlarına zərbə vurur. Bu gözlənti həm də biznes mühitinin daralmasına səbəb olur, çünki iş adamları gözləmə mövqeyinə keçir. Məsələnin kökü və mahiyyəti bundan ibarətdir ki, hər bir iqtisadi siyasətin əsasları olmalıdır, onun üçün bir zərurət formalaşmalıdır. Üzən məzənnəyə keçid üçün lazım olan şərtlər yerinə yetirildikdən sonra, bu məsələlər öz həllini tapacaq və üzən məzənnəyə keçid daha az ağrılı olacaq. Ən əsası biznes mühitinə və vətəndaşlara kəskin zərbə vurmayacaq. Yaxın bir neçə il ərzində qeyd olunan məsələlərin həllindən sonra üzən məzənnə müzakirə mövzusu ola bilər”. 

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 May 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see197

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see174

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see159

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see149

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see149

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see136

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see133

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri